Ərazi bütövlüyünün təminində yeni mərhələ
22.09.2025 [17:37]
Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərini 2020-ci ildə – Vətən müharibəsində tarixi Qələbə qazanaraq azad etdi. Müharibədən sonra regionda sülh və sabitlik mühiti yaratmaq üçün rəsmi Bakı bir çox addımlar atdı. Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası, onların hüquqlarının təmin olunması və birgə yaşayış mühitinin formalaşdırılması Azərbaycan dövlətinin əsas hədəflərindən biri oldu.
Bu müddət ərzində Azərbaycan dəfələrlə bəyan etdi ki, problemin yalnız siyasi-diplomatik yollarla, qarşılıqlı dialoq vasitəsilə həllinə sadiqdir. Üç il boyunca rəsmi Bakı sülh təklifləri irəli sürdü, yerli erməni əhalisi ilə təmas qurmağa çalışdı. Lakin bu çağırışlar qarşı tərəfdən anlayışla qarşılanmadı, əksinə, separatçı fəaliyyətlər davam etdi.
Ən ciddi problemlərdən biri, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində – xüsusilə də Kəlbəcər-Laçın və Xankəndi ətrafı bölgələrdə təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı idi. Faydalı qazıntı yataqları ekoloji normalara zidd şəkildə istismar edilir, bu sərvətlər Ermənistana daşınırdı. Bu faktlar Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu və ölkənin suveren hüquqlarının açıq şəkildə pozulduğunu göstərdi.
2023-cü ilin 19 sentyabrında vəziyyət yenidən gərginləşdi. Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələri təxribatlara əl atdı, nəticədə Azərbaycan əsgərləri və mülki şəxslər həlak oldu. Bununla yanaşı, üçtərəfli Bəyanatın müddəaları yenidən kobud şəkildə pozuldu. Azərbaycan isə Konstitusiya quruluşunun tam bərpası və bölgədə sabitliyin təmin olunması üçün lokal xarakterli antiterror əməliyyatına başladı.
Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi. Peşəkar şəkildə aparılan bu hərbi tədbirlər nəticəsində separatçı silahlı dəstələr müqavimət göstərmək iqtidarında olmadı və ağ bayraq qaldırmağa məcbur oldular. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan öz ərazisində qeyri-qanuni hərbi varlığa dözməyəcək və milli suverenliyini hər vasitə ilə qorumağa qadirdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək, Azərbaycan bayrağını bu şəhərlərdə ucaltdı. Bu, yalnız hərbi uğur deyil, eyni zamanda siyasi və tarixi ədalətin bərpası idi.
Antiterror əməliyyatı, əslində, sülhə aparan bir qətiyyətli yolun başlanğıcı oldu. Dövlət suverenliyi təmin olunmadan bölgədə sabitlikdən danışmaq mümkün deyildi. İndi isə əsas məqsəd Qarabağda reinteqrasiya prosesini sürətləndirmək, orada yaşayan hər bir vətəndaşın təhlükəsiz və ləyaqətli şəraitdə yaşamasını təmin etməkdir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48

