Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarını tamamilə təmin edir
02.09.2025 [16:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Sözügedən müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Eyni zamanda bu müsahibə regional və qlobal səviyyədə strateji əhəmiyyət kəsb edən mövzuları əhatə etməklə yanaşı, ölkəmizin milli maraqlarını ədalət prinsipləri əsasında özündə ehtiva edir. Müsahibədə eyni zamanda beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar da açıq şəkildə təqdim edilir.
Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub. Son vaxtlarda ölkə baçısı İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxsaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb.
Prezident İlham Əliyev qeyd etdi ki, əgər qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da eyni yanaşmanı tətbiq edəcək və onların ərazi bütövlüyünü tanımayacaq. “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb. Dövlətimizin başçısı bildirib ki, bu işlərə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli liderliyi və siyasətinin nəticəsidir.
Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və ona nail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunan müsahibədə də vurğulandığı kimi Azərbaycan danışıqlar formatının təşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun 8-də Vaşinqtonda paraflanan sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqtonda prezident Trampın iştirakı ilə imzalanmış sənəd uzun illər davam edən münaqişəyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Reallıq budur ki, Azərbaycan və Ermənistan Ağ evdə prezident Trampın iştirakı ilə bu sənədin paraflanması müharibənin başa çatdığını göstərir.
Müsahibədə diqqət çəkən məqamlardan xüsusi vurğulanan ədalətsiz 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, regional inteqrasiya, nəqliyyat və tranzit imkanlarının genişlənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycan XX əsrin əvvəllərində üzləşdiyi faciələr, enerji siyasəti, işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşması və digər istiqamətdə səslənən fikirlər oldu.
Dövlət başçısının sözügedən müsahibəsində səslənən hər fikir bu günümüz və gələcəyimiz üçün mühüm çağırışları özündə ehtiva edir. Müsahibədə Türk dünyasının birliyi ilə bağlı səslənən fikirlər, Azərbaycan və Türkiyənin bu istiqamətdə səylərinin əhəmiyyət kəsb etdiyi mühüm məqamlardan idi. Prezident İlham Əliyev Türk dünyası birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səyləri göz önündədir. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də TDT-nın beynəlxalq nüfuzunun artmasına xidmət edən addımlar bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Həm də vacib odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Nəticə etibarilə Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin təqdimatı kimi dəyərləndirilə bilər. Azərbaycan lideri bir daha göstərdi ki, ölkə balanslaşdırılmış siyasət yürütməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq əməkdaşlıqda konstuktiv mövqe sərgiləyir. Bu isə Azərbaycanın regional liderlik rolunu möhkəmləndirməklə yanaşı, qlobal arenada nüfuzunu daha da artırır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

