Enerji ilə güclənən Vətən və yaşıl gələcəyə ucalan Azərbaycan
04.06.2025 [18:06]
Bugünkü tədbir təkcə enerji sərgisi deyil. Bu Azərbaycanın beynəlxalq müstəvidə yüksəlişinin, milli iradəsinin, strateji baxışının və qlobal məsuliyyətinin rəmzidir. Biz bu gün burada toplaşaraq bir daha şahidlik edirik ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil enerji siyasətində yeni çağın müəllifidir. Tariximizin dönüm nöqtəsi olan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan nəinki iqtisadi müstəqilliyini, həm də qürurlu dövlət gələcəyini təmin etdi. Bu baxışın memarı Ulu Öndər Heydər Əliyev, davamçısı isə bu gün bizə güvən və sabitlik gətirən cənab Prezidentimiz İlham Əliyevdir. Prezident İlham Əliyev iyunun 2-də keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və “Baku Energy Forum”un açılışında bir daha bəyan etdi:“Bu gün bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.” Bu sözlər sadəcə siyasi bəyanat deyil. Bu, rəqəmlərlə, nəticələrlə və beynəlxalq etibarla təsdiq olunmuş bir həqiqətdir. Bugün Azərbaycan ÜDM-də neft və qazın 30 faizdən artıq paya malik olduğu, xarici borcu ÜDM-in cəmi 7 faizini təşkil edən, maliyyə ehtiyatları borcunu 14 dəfə üstələyən bir ölkədir. Yoxsulluq 5 faizə düşüb, savadlılıq səviyyəsi isə 100 faizdir. Bunlar bir dövlətin öz resursuna sahib çıxmasının, onu xalqın rifahına çevirməsinin canlı sübutudur. Həm də bu gün biz təkcə iqtisadi gücümüzlə deyil, mənəvi məsuliyyətimizlə də seçilirik. Biz nəinki öz enerji təhlükəsizliyimizi təmin etmişik, eyni zamanda 12 ölkəyə təbii qaz ixrac edərək Avrasiyanın enerji xəritəsini dəyişmişik. Bu, həm də sülh ixracı, sabitlik ixracı və tərəfdaşlıq siyasətidir. “Bakı Enerji Həftəsi” artıq dünya enerji gündəmində mühüm hadisə, qlobal sənaye liderlərinin görüş platformasıdır. 267 şirkət, 39 ölkə bu həftədə iştirak edir. Bu isə Azərbaycanın etibarlı tərəfdaş, güclü dövlət və açıq əməkdaş platforması olduğunu bir daha təsdiqləyir. Amma bu uğurlar təkcə keçmişin yox həm də gələcəyin də inşası üçündür. Bəli, Azərbaycan neft ölkəsidir. Amma bu gün Azərbaycan həm də yaşıl enerjiyə keçidi qarşısına strateji məqsəd qoymuş, qlobal miqyasda ekoloji məsuliyyət daşıyan bir ölkədir. Biz COP29-a ev sahibliyi etməklə dünyaya göstərdik ki, enerji siyasəti yalnız hasilat və ixracat deyil. Bu, qayğı, məsuliyyət, gələcək nəsillərə borc məsələsidir. Cənab Prezident İlham Əliyev COP29-un mahiyyətini belə ifadə edir: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Hədəflərimiz real və praqmatik idi.” Bu səmimi və açıq siyasət sayəsində bu gün 6,5 giqavatlıq yaşıl enerji istehsalı gücü, bərpaolunan mənbələrə böyük sərmayələr, qaza qənaət və onun ixraca yönəldilməsi artıq reallaşmaqda olan hədəflərdir. Bu, Azərbaycanın sadəcə alternativ enerji axtaran deyil, yaşıl enerjiyə yol göstərən lider dövlət olduğunu sübut edir. COP29 zamanı qəbul edilən qərarlar isə sadəcə diplomatik qələbə deyil, bəşəriyyətin gələcəyinə ümid olan qərarlardır. İtki və Zərər Fondu təsis olundu, yardım məbləği 100 milyarddan 300 milyard dollara yüksəldi, karbon bazarı ilk dəfə işlək vəziyyətə gətirildi, inkişaf etməkdə olan ada dövlətlərinə yardım paketi elan olundu. Cənab Prezident İlham Əliyev bu barədə qürurla dedi:“Biz Qlobal Şimal və Cənub arasında körpü qurduq. Bu körpü etimadın körpüsüdür.” Bəli, Azərbaycan bu gün təkcə enerji hasil edən yox, səmimiyyət hasil edən, güvən ixrac edən və sabahı inşa edən bir dövlətdir. Enerji siyasəti artıq qlobal siyasətin nüvəsinə çevrilib. Bu nüvədə yer alan Azərbaycan böyük tarix, böyük vizyon və böyük liderliklə irəliləyir. Biz neftdən gəlir yox, gələcək qurduq. Biz qazdan sərvət yox, sabitlik yaratdıq. Və bu gün biz yaşıl enerjidən ümid, sabah və təhlükəsiz gələcək inşa edirik. Azərbaycan enerji ilə güclənən, ədalətlə yüksələn, yaşıl gələcəyə doğru irəliləyən gələcəyin dövlətidir. Bəli, Azərbaycan bu gün həm enerji ixrac edir, həm də güvən, ədalət, vicdan ixrac edir. Yaşıl enerji – bu, sadəcə texnologiya deyil, bu, yeni təfəkkür tərzidir. Bu, Azərbaycanın dünyaya etdiyi çağırışdır. “Caspian Power” sərgisində nümayiş olunan günəş, külək, geotermal və alternativ texnologiyalar – bu sərginin arxasında bir ideya dayanır: təbiətlə müharibə aparmadan inkişaf mümkündür. Azərbaycan bu gün enerji ilə dünyanı birləşdirir, yaşıl enerji ilə gələcəyə yol göstərir, COP29 ilə tarix yazır. Bu yolun adı “Bakı sıçrayışı”dır. Yalnız texnoloji deyil, həm də mənəvi sıçrayışdır – səmimiyyətin, məsuliyyətin və dövlətçilik iradəsinin sıçrayışıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

