Altı ölümün öldürdüyü tək adam
23.07.2026 [11:30]
Edqar Allan Ponun yaradıcılığı haqqında
əvvəli ötən saylarımızda
Tavana göz gəzdirən məhbusun diqqətini daş plitələrdən birinin üstündəki qəribə fiqur çəkir: “Bu, Vaxt fiquruydu, onu adətən belə təsvir eləyirdilər, ilk baxışdan mənə qədim saatlardakı kəfkiri xatırlatdı. Diqqətlə baxanda gördüm ki, kəfkir elə bil hərəkət eləyir: çox yavaş, özü də kiçik amplitudlarla gedib-gəlirdi... Yarım saat, bəlkə də bir saat keçmiş yenidən tavana baxdım: kəfkirin amplitudları artmışdı, buna görə daha sürətlə yellənirdi. Bunlar bir yana, məni qorxudan indi saatın tavandan xeyli aşağı sallanmasıydı. Saatın aşağı hissəsi parıldayan polad aypara şəklindəydi, tavana tuşlanmış ucları arasındakı məsafə bir futa qədər olardı. Aypara özü isə ülgüc kimi iti, üstəlik ağır, iriydi. Tavandan yoğun mis məftillə asılmışdı, havada yelləndikcə fit səsi çıxarırdı... Saat yavaş-yavaş mənə doğru enirdi, günlər keçəndən sonra üzümə elə yaxınlaşmışdı ki, burnuma cilalanmış metal iyi gəlirdi...”
Beləcə, birinci tələyə düşmədiyinə görə cəlladlar ona başqa bir edam növü seçiblər. Əslində, bu cəza üsulu bizə yaxşı tanışdır, yaranışdan ömrü-günü saniyə-saniyə sananan, boynunun ardında daim fələyin qılıncı əsən cəmi bəşər övladına, cümlə məxluqata belə bir edam hökmü kəsilib. Fələk hər yaranmışın başının üstündə əcəl saatı qurub, burnunun ucunda qəbir quyusu qazıb əlibaltalı gözləyir. Edqar Ponun bu hekayəsində “Ölüm qətlin bir növüdür” deyən klassik ərəb şairindən tutmuş məzlum qəhrəmanı günahsız-dəlilsiz edam olunan Kafkaya qədər, “Başım cəllad əlində, nə kəsər, nə bağışlar” deyən aşıqdan tutmuş üsyankar qəhrəmanı suçunu boynuna mindirməyən Kamüyə qədər, əsərlərini “Qətl günü”, “Ölüm hökmü” adlandıran Azərbaycan yazıçılarından tutmuş “Bir dərzi əlinə düşdük, qayçısı var, iynəsi yox”, “Tanrı ölüm hökmü kəsib doğulmaq günahımıza” deyən Azərbaycan şairlərinə qədər əsrlər boyu əldən-ələ, dildən-dilə keçən poetik sözün minillik yaddaşı, ədəbiyyatın köhnəlməyən xatirəsi var. Po yaradıcılığı da bu gümüş zəncirin heç vaxt dəyərdən düşməyən ən qiymətli halqalarından biridir.
***
1849-cu ilin aprelində Kentukkidən olan Edvard Patterson adlı varlı pərəstişkarı Edqar Poya məktub yazıb birlikdə ümummilli jurnal təsis eləmək təklifində bulundu. Şərti də beləydi ki, işin maliyyə qayğısını bütünlüklə öz boynuna götürür, ədəbi məsuliyyətini yazıçının çiyninə qoyurdu. Po bu işə böyük həvəslə razılıq verdi, danışdılar ki, Sent-Luisdə görüşüb məsləhətləşsinlər, görüləsi işlərin planını tutsunlar, sonra birlikdə Nyu-Yorka yollansınlar. Yazıçı yubanmadan səfərə çıxdı - əvvəlcə bir neçə məntəqədə pullu mühazirələr söyləyəcək, sonra da gələcək şərikiylə tapışacaqdı.
İyunun 29-da Edqar Po Fordhemdən çıxıb Riçmonda istiqamət götürdü. Filadelfiyaya çatanda içib mühazirələrini saxladığı çantasını, yola götürdüyü bütün pulunu-parasını itirdi. Burada bir az ləngiyəndən sonra dostlarının yardımıyla Riçmonda çatdı. Birtəhər özünü yığışdırıb içməyə ara verdi, “Poetik prinsip” adı altında birləşdirdiyi proqram xarakterli esselərini bərpa eləyib publika qarşısında ədəbiyyata dair leksiyalar oxumağa başladı. Riçmondda Po uşaqlıq məhəbbəti Sara Elmira Roysterlə münasibətini təzələdi, dul qadına evlənmək təklif elədi. Mərhum ərindən Elmiraya böyük sərvət qalmışdı, odur ki, bu izdivac yazıçı üçün dünyanın qara qayğılarından qurtuluş ola bilərdi. Əvvəlki kimi yeganə problem onun içməsiydi - bundan bir neçə ay qabaq Sara Helen Uitman adlı xanıma içkini tərgitməyə dair verdiyi sözün üstündə durmadığına görə toy ərəfəsində nikahı pozulmuşdu, içkiylə suvardığı “təzad cini” günah rəngli pişiyindən can qurtarmağa çalışan zavallı qəhrəmanıtək onun da ağlını başdan almışdı. Odur ki, yazıçı ayıqlar cəmiyyətinə qoşulub spirtli içkidən uzaq duracağına and içdi. Toy oktyabrın on yeddisinə təyin olundu. Bu arada Edqar Ponun varlı şərikiylə birgə jurnal buraxmaq həvəsi də söndü (yəqin düşünürmüş ki, evlənəndən sonra həmin jurnalı heç kimi özünə ortaq tutmadan təkbaşına da çıxara bilər), ona görə də Pattersonla görüşü ertələdi, axırda onun məktublarını cavabsız qoydu.
Riçmondda mühazirələrini bitirəndən sonra yazıçı yeni səfərə hazırlaşdı: Filadelfiyada, Nyu-Yorkda yarımçıq işləri yekunlaşdırıb toya hazırlıq görməliydi. 1849-cu ilin 27 sentyabrında Po Baltimora üzən gəmiylə Riçmonddan çıxdı. Plana görə, Baltimordan qatarla Filadelfiyaya, oradan da Nyu-Yorka getməliydi...
Oktyabrın üçündə onu seçki məntəqəsi kimi də istifadə olunan bir tavernanın ətrafında anlaqsız vəziyyətdə tapdılar. Əynində kiminsə kirli köhnə paltarı, başında həsir şlyapa vardı. Nə fenomenal zəkasından, yaddaşından, nə də parlaq nitqindən əsər-əlamət qalmışdı, sözü sözə calaya bilmirdi. Başına nə oyun açıldığını, əşyalarının hara yox olduğunu, Baltimora necə gəldiyini xatırlamırdı. Oktyabrın altısı axşamı halı tamam qarışdı, isterik bir tərzdə ara vermədən Reynolds adlı bir nəfəri çağırmağa başladı. Oktyabrın yeddisi səhər saat beşdə okeanın üstündən köhnə qitəyə yeni-yeni körpü salan gənc Amerika ədəbiyyatının qırx yaşlı ulduzu Edqar Allan Po canını tapşırdı. Həkiminin deməsinə görə, son nəfəsində yazıçının dilindən bu sözlər çıxıb: “İlahi, mənim zavallı ruhuma kömək ol!”
Onun fəlakətinin gerçək səbəbi bu gün də bilinmir, əldə heç bir tibbi sənəd qalmayıb. Ortada altı versiya var: kimi onun içməkdən, kimi naməlum xəstəlikdən, kimi də pişik dişləməsi (bu pişik qəhrəmanının asdığı qara pişik olmasın?..) nəticəsində yaranmış quduzluqdan öldüyünü deyir; başqa bir versiyaya inansaq, yazıçını qəsdən zəhərləyiblər; bir ehtimal da budur ki, siyasətə bulaşmış cinayətkar şəbəkə onu hansı yollasa seçki karuselinə cəlb eləyib, istifadəyə yararsız hala salandan sonra lazımsız əşya kimi çölə tullayıb; nəhayət, son varianta görə, evlənmək üzrə olduğu qadının qardaşları bacılarının sərvətinə yiyə çıxmasın deyə yazıçını döyüb (yaxud döydürüb) bədəninə ölümcül xəsarətlər yetiriblər.
Səbəb hər nədirsə, nəticə birdir; əcəl istər qırmızı geyinsin, istər qara, fələyin əlində istər qılınc olsun, istər kəfkir, quyu istər suda qazılsın, istər quruda - ölümün ünvanı dəyişmir.
Onun cin müsəllət olmuş bərbad bədəni, bünövrəsini şiddətli zəlzələlər laxlatmış can evi axır davam gətirməyib yiyəsinin başına uçdu. Kamil ruh, parlaq zəka o dağıntıların altında qaldı. Yazıçı kimliyi bəxtiyar dinclik, əbədi şöhrət haqqı qazandısa da, şəxsi həyatı yer üzünə sürgündə keçdi, ta yetim-yiyəsiz uşaqlığından miskin, kimsəsiz ölümünəcən fələk onu doyunca güldürmədi, qismətini ona əlini əsdirə-əsdirə verdi, istəyini, sevincini müdam qursağında qoydu.
Cəhənnəm sözçüsü qarğa demişdi axı: bu dünyada xoşbəxtlik yoxdur, “heç vaxt” xoşbəxt olmayacaqsan, heç bir vaxt - nevermore! O da müdrik qarğanın bildiyi tək kəlmə sözü qəribliyə salmadı. Olmadı.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

