Müqavilə-hüquq bazası
18.04.2025 [18:37]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Azərbaycanla Gürcüstan arasında münasibətlər təkcə siyasi əlaqələrlə məhdudlaşmır, münasibətlər iqtisadi, mədəni əlaqələrlə də möhkəmlənir. Gürcüstan Gürcüstanda yaşayan azərbaycanlıların da Vətəni olduğu kimi, Azərbaycan da Azərbaycanda yaşayan gürcülərin Vətənidir. Neçə əsrlərdi bu iki xalq mehriban qonşuluq şəraitində yaşayır. Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr beynəlxalq əlaqələr səviyyəsində inkişaf etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biri olacaqdır. Yaxın vaxtlarda bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq, fəaliyyəti bir çox ölkələrin də diqqətini çəkəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 16-da Gürcüstanın Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bunlar haqqında da məlumatlar verdi, qeyd etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır.
Prezident İlham Əliyev bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”. Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər dövründə, müstəqillik şəraitində xeyli inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə qarşısında dayanan çağırışlar da, problemlər də eyni olub – ərazi bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ ki, Cənubi Qafqazda sülh tam bərqərar olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək baxımından daha sıx əlaqədədirlər. Eyni zamanda, hər iki tərəf bu qənaətdədir ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bütün bunlar həm də regionun üçüncü ölkəsi, təcavüzkar Ermənistana ciddi bir mesajdır. Gürcüstan Prezidenti, bütövlükdə qonşu ölkənin hökuməti Azərbaycana xoş və səmimi jestlərini həmişə nümayiş etdirdiyi kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil olunmuş Novruz bayramı şənliklərinə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər də qatılmışdılar. Şənlik böyük mehribanlıq və qonaqpərvərlik şəraitində keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı sakinlərini bayram münasibətilə təbrik edib, onlara qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan və gürcü dillərində şeirlər səslənib, rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Bu sahədə indiyədək bir sıra addımlar atılıb. Bir neçə il əvvəl Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması təşəbbüsü ilə çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Gürcüstanın Baş naziri bəyanatında bildirmişdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və Prezident cənab İlham Əliyev bu işə çox böyük töhfələr verir.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58

