Azərbaycanın etibarlı tərəfdaş mövqeyi daha da güclənir
07.04.2025 [22:43]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini genişlənirərək uğurla davam etdirən Azərbaycan əməkdaşlığa böyük önəm verməklə etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına və davamlı inkişafına öz təsirini göstərir. Prezident İlham Əliyevin məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Prezident İlham Əliyev aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edərək Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadığını diqqətə çatdırdı.
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır.Ölkəmizin qaz təchizatı günü gündən genişlənir. 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilib. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak etməyimiz, bizim gələcəkdə Avropada qaz təchizatımızın coğrafiyasını birmənalı olaraq daha da genişləndirəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın tam iş gücündə işlədiyini vurğulayaraq onların genişləndirməsinin zərurliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.
Bu gün Günəş və Külək Enerji stansiyalarına aid imzalanmış müqavilələrin 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək olması, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaradacaqdır.
Ölkə başçısı qeyd etdi ki, Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24

