Azərbaycan-Almaniya əlaqələri bütün sahələrdə inkişaf yolu keçir
07.04.2025 [23:12]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycanla Almaniya arasında 1992-ci ilin fevralın 20-də qurulan diplomatik münasibətlər zəminində sonrakı dövrdə mühüm irəliləyişlər əldə olunub, siyasi, iqtisadi və elmi-texniki sahələrə dair müqavilələr imzalanıb, müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizəyə dair uğurlu əməkdaşlıqlara imza atılıb.
Son illərdə isə Azərbaycan ticarət dövriyyəsi Avropanın enerji təhlükəsizliyi baxımından Almaniyanın əlaqələrin inkişafına önəm verdiyi vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərləri, beynəlxalq konfranslar çərçivəsində baş tutan dialoqlar iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən təkbətək, geniştərkibli görüşlər, ardınca liderlərin mətbuata bəyanatları da münasibətlərin dinamik inkişafından, yeni strateji perspektivlərindən xəbər verdi.
Liderlərin mətbuata bəyanatlarında diqqətçəkən məqamlar sırasında iqtisadi, enerji, xüsusilə də bərpa olunan enerji sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ön plana çıxdı. Prezident İlham Əliyevin mətbuata bəyanatında da ilk olaraq məhz iqtisadi əlaqələrə dair nikbinlik, ticarət dövriyyəsinin artımından məmnunluq diqqəti çəkdi: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz, təxminən, üç dəfə artıb”
Almaniya lideri də öz bəyanatında Azərbaycanın inkişaf edərək mühüm məkana çevrildiyini, buradan çox vacib ticarət yollarının keçdiyini və bunun da dünyanın birləşməsinə səbəb ola biləcəyini vurğuladı. Almaniyanın yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərq, Cənub-Qərbi Asiya və Çinlə ticarət əlaqələrində Azərbaycanın rolu olduğunu qeyd edən FrankValter Ştaynmayer bu baxımdan Orta Dəhlizin əhəmiyyətinə xüsusi toxundu: “Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək”.
Azərbaycanla Almaniya arasında əməkdaşlığın mühüm perspektivləri sırasında, şübhəsiz ki, hər iki ölkənin böyük önəm verdiyi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məsələsi öndə gəlir. Federativ Respublikanın bu sahədəki zəngin təcrübəsi və Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslər tərəflərin yaxınlaşmasını şərtləndirən əsas amildir.
Ümumilikdə, onu deyə bilərik ki, Azərbaycan-Almaniya liderlərinin Bakı görüşündə ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələlərə, eləcə də beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı, səfərin çox faydalı, məhsuldar olacağına və ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əminlik ifadə olundu.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

