Bəşər tarixində ən qanlı faciə
01.04.2025 [17:14]
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün imkanlar əldə olundu. Ulu Öndərin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran Ümummilli Lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəldi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu günün çağırışı dünyanın bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir. Bu fakt inkaredilməzdir ki, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Azərbaycanın informasiya mübarizəsində qələbəsi artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın formalaşdırılmasında əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyümüzü təmin edən, tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri məhz informasiya cəbhəsində qələbəmiz idi.
Azərbaycan daim real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə erməni yalanlarını ifşa etdi və bu gün də bu siyasət uğurla davam etdirilir. Baxmayaraq ki, Azərbaycan tarixi Zəfərə imza atıb, suverenliyimiz tam bərpa edilib, işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır informasiya mübarizəsi bütün dövrlərdə aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tariximizin öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çğırışlar edir. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, tariximizin şanlı səhifələri ilə yanaşı, faciəli səhifələri də vardır. Tarximizin hər bir səhifəsi bizim üçün əzizdir.
Bu tezislərin hər biri Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, yenilməzliyini, məğrurluğunu sübut edir. Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatırılmasına səy göstərir, diplomatik uğurlarının davamlılığını təmin edir. Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmiz daim ədalətin və beynəlxalq hüququn yanındadır.
Azərbaycan Silahlı Qüvvələri 2023-cü ilin sentyabr ayında növbəti zəfərə imza atdı. Həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ötən il Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi, Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması, may ayında Xocalı şəhəri ilk sakinlərini qarşılaması və sair kimi qürurverici məqamlar ədalətin təntənəsidir. Ermənilərin və onların havadarlarının yalan təbliğatına cavab tarixi ədalətə, real faktlara söykənən siyasətimizdir.
Tarixi Zəfərimiz növbəti hədəfə yol açdı. Bu gün artıq Qərbi Azərbaycana qayıdacağımızdan bəhs edirik. Tarixi faktlar, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyimiz hər bir hədəfə yüksək səviyyədə və zamanında nail olacağımıza əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.”
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

