Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti
03.02.2025 [17:15]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş mühüm əhəmiyyətə malik müşavirə keçirilib. Dövlət başçımızın bu müşavirədəki çıxışı ilk növbədə Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edirdi.
Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkə miqyasında həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, xüsusilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində olduqca mühüm layihələr reallaşdırılıb. Bütün yol infrastrukturu yenilənib, o cümlədən kəndləri, qəsəbələri, şəhərləri birləşdirən yollar salınıb. İşğaldan azad olunmuş ərazilərdə də bu gün müasir yol infrastrukturu qurulur.
Azərbaycan yerləşdiyi coğrafi mövqeyin yaratdığı imkanlardan səmərəli istifadə edərək strateji nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə nail olub. Belə ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu bu gün Avrasiyanın nəqliyyat xəritəsində önəmli rola malikdir. Yaradılan müasir infrastruktur nəticəsində Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi təmin edilib.
Nəqliyyatın təhlükəsizliyi məsələsi də Azərbaycan dövlətinin önəm verdiyi sahələrdən biridir. Ölkəmizdə bu istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviq edilməsi, sərnişin və yük daşımalarında ekoloji təhlükəsizlik standartlarının tətbiqi ön planda olmuşdur. Nəqliyyat sektorunun inkişafı ilə paralel olaraq, qanunvericilik bazası da təkmilləşdirilmişdir.
Son 15 ildə Azərbaycan dövləti nəqliyyat məsələlərini diqqət mərkəzində saxlayaraq, bu sahədə bir sıra mühüm islahatlar və layihələr həyata keçirmişdir. Nəqliyyat sektorunun inkişafı, ölkənin iqtisadiyyatı üçün vacib rol oynayır və bu sahənin müasir tələblərə uyğunlaşdırılması, həmçinin beynəlxalq tranzit yollarının inkişafı məqsədilə çoxsaylı təşəbbüslər həyata keçirilmişdir.
Həyata keçirilən layihələr sayəsində ölkəmiz nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yenilənməsində böyük uğurlar əldə etmişdir. İcra edilən layihələr yalnız daxili deyil, həm də beynəlxalq nəqliyyat əlaqələrini gücləndirərək, Azərbaycanı əhəmiyyətli bir tranzit mərkəzinə çevirmişdir. Bununla yanaşı Azərbaycanda dəmir yolu və avtomobil yollarının yenidən qurulması, yeni hava limanlarının və limanların tikintisi kimi mühüm layihələr həyata keçirilmişdir.
Nəqliyyat infrastrukturundan danışarkən, əlbəttə, ölkəmizin ərazisində mövcud olan müasir hava limanlarının imkanlarını xüsusi qeyd etmək lazımdır. İşğaldan azad edilən Füzulidə və Zəngilanda müasir beynəlxalq hava limanları artıq istifadəyə verilib, Laçın hava limanının inşası davam etdirilir. Həmçinin Qəbələdə və Zaqatalada müasir hava limanları var. Digər hava limanları isə əsaslı təmir olunub. Bir sözlə, bu gün bütün sahələrdə dayanıqlı inkişafa malik Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə də diqqət mərkəzindədir.
Azərbaycanın uzun illər ərzində Ermənistanı bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda saxlayıb. Vətən müharibəsindən sonra Ermənistan yaranmış fürsəti dəyərləndirə bilmir. Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Regional kommunikasiyaların açılması hazırkı vəziyyətdə Ermənistanın inkişaf yoluna qədəm qoyması üçün yaxşı çıxış yolu ola bilər. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı beynəlxalq layihənin icrası mümkün deyil. Buna görə də Ermənistan Azərbaycandan Azərbaycana heç bir maneənin olmadığı yolun açılmasını təmin etməlidir. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlik, Azərbaycanın isə haqlı tələbidir.
Son 20 ildə Azərbaycan, nəqliyyat sektorunda əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi böyük infrastruktur layihələri ilə bu sahədə möhkəm bir inkişaf yolunu mənimsəmişdir. Dövlətin nəqliyyat məsələlərini diqqət mərkəzində saxlaması, ölkənin iqtisadi və strateji mövqeyini gücləndirmiş, həmçinin beynəlxalq əlaqələrin inkişafında əhəmiyyətli rol oynamışdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

