Qanlı Tarixdən Şərəfli Səhifəyə
17.01.2025 [15:47]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı tarixinin ən faciəvi, lakin eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. Bu, azadlıq mübarizəsinin qırmızı qanla yazılan tarixi idi. "Qanlı Yanvar" kimi tanınan bu hadisə Sovet imperiyasının insan hüquqları və demokratiya prinsiplərinə zidd olaraq Azərbaycana qarşı törətdiyi ən ağır hərbi cinayətlərdən biri kimi yadda qaldı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı çıxan Azərbaycan xalqı, öz milli kimliyini və torpaq bütövlüyünü qorumaq üçün ayağa qalxmışdı. Bu müqaviməti boğmaq və xalqı cəzalandırmaq məqsədilə sovet rəhbərliyi belə bir amansız qətiliam törətdi. 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış unudulmaz bir səhifədir. Bu faciə təkcə məsum insanların qətli deyil, həm də xalqımızın azadlıq mübarizəsinin dönməz xarakter almasının başlanğıcı idi. O gecə törədilən vəhşiliklər xalqımızın milli kimliyinin formalaşmasına, azadlıq ideallarının gerçəkləşməsinə yol açdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Sovet rəhbərliyi tərəfindən öncədən planlaşdırılmış hərbi əməliyyat həyata keçirildi. Bakıya və digər bölgələrə göndərilən hərbi qüvvələr arasında erməni zabit və kursantların olması isə Kremlin məkrli niyyətlərini ortaya qoyurdu. Bu əməliyyat zamanı 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan qanunsuz həbs olundu. Hərbi cinayətin məqsədi təkcə xalqın azadlıq istəyini boğmaq deyil, eyni zamanda Azərbaycan xalqını sındırmaq idi. Lakin nəticə gözlənilənin əksi oldu. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da elan olunmasına baxmayaraq, qoşunlar Bakıya yanvarın 19-da saat 21:00-da daxil oldu. "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın tələblərinə zidd olaraq, əhaliyə xəbərdarlıq edilməmişdi. Dinc insanlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq amansızcasına qətlə yetirildi. Faciə zamanı minlərlə vətəndaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid oldu. Bu, xalqın milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. O hadisələr, əslində, Sovet imperiyasının Azərbaycanda mənəvi dayaqlarının sarsılması ilə nəticələndi. Xalq Sovet İttifaqına və Kommunist Partiyasına olan etimadını itirdi, partiya sıralarını kütləvi şəkildə tərk etdi. Faciənin ertəsi günü, 1990-cı il yanvarın 21-də, Ulu öndər Heydər Əliyev bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Sovet rəhbərliyini ittiham etdi. Onun cəsarətli bəyanatı həm daxili, həm də beynəlxalq səviyyədə əks-səda doğurdu. Heydər Əliyev faciəyə ilk siyasi-hüquqi qiyməti verdi, xalqın namusunu və milli kimliyini qorumaq üçün prinsipial mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "20 Yanvar faciəsi"nə siyasi qiymət verdi. Daha sonra, 1998-ci ildə onun Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Qanlı Yanvar hadisəsi yalnız bir faciə deyil, həm də milli azadlıq mübarizəsinin zirvəsi idi. Bu hadisələrdən sonra xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. Dünya azərbaycanlıları ilk dəfə olaraq bu milli faciəni tanıtmaq üçün təşkilatlanmağa başladılar.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək şəhid ailələrinin sosial rifahını yaxşılaşdırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.” 20 Yanvar faciəsi Azərbaycan xalqının istiqlal və azadlıq uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Bu hadisələr Azərbaycan tarixində milli birliyin, milli kimliyin formalaşmasının və azadlıq ideallarının təcəssümüdür. Bu gün hər bir azərbaycanlı həmin günlərin ağrı-acısını unutmur və şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Qanlı Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının ləyaqətini və azadlıq iradəsini dünyaya nümayiş etdirdiyi bir tarixi dönüş nöqtəsidir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54

