/ / Prezident İlham Əliyevin müsahibəsi həm ölkə, həm də beynəlxalq ictimaiyyət üçün verilmiş mühüm mesajlarla yadda qaldı
Prezident İlham Əliyevin müsahibəsi həm ölkə, həm də beynəlxalq ictimaiyyət üçün verilmiş mühüm mesajlarla yadda qaldı
08.01.2025 [17:05]
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm ictimai və siyasi məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib. Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Donald Trampın rəhbərlik edəcəyi ABŞ hakimiyyəti ilə mümkün isti münasibətlərdən Fransanın və Avropa təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzinə qədər olan bütün məsələlərə də aydınlıq gətirdi: “Cənab İlham Əliyev müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlili verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı”.
“Prezident İlham Əliyevin müsahibəsində əsas xətti təşkil edən məqamlardan birini də məhz milli maraqların qorunması və milli təhlükəsizliyin təmin olunması məsələləri idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçısı ölkəmizdə perspektiv təhdidlər üçün gənclər üzərindən müxtəlif platformaların yaradılmasına çalışan xarici qüvvələrin məkirli niyyətlərini də açıqladı: “Sirr deyil ki, belə bir məqamda “demokratiya”, “insan hüquqları”, “azad mətbuat” və başqa qulağa xoş gələn ifadə və söz birləşmələrini bəhanə gətirib, milyonlarla vəsaiti xəyanət yolunu tutmalı olan qrupların formalaşdırılmasına xərcləyən NED, EED kimi Qərbin “troya atları” da ifşalanmış olur. Məhz, bu təşkilatların maliyyəsi ilə bu gün Avropa şəhərlərində dislokasiya edilmiş təhqir müxalifətinin fəaliyyəti, eyni zamanda onların Azərbaycandakı radikal müxalifətin əməlləri ilə sinxronlaşdırılması, xor dərnəyinin üzvləri kimi birgə işləmələri bir daha onu deməyə əsas verir ki, sözügedən təhdid və xəyanət yolu mövcuddur və ona qarşı ictimai mübarizə daha da gücləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

