Əli Əhmədov Qusar rayonunda YAP-ın fəalları ilə görüşüb
16.04.2013 [14:08]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov aprelin 13-də Qusar rayonunda partiyanın fəalları ilə görüşüb.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov deyib ki, rayon üzrə təşkilatın üzvləri 5000 nəfərə çatıb. Onlardan 2000-dən çoxu gənclər, bir o qədəri isə qadınlardır. Ərazi ilk təşkilatlarının sayı 96-ya qədər artıb. YAP Mərkəzi Aparatı tərəfindən bir sıra əhəmiyyətli tədbirlər keçirilib. YAP Qusar rayon təşkilatı fəaliyyətini gücləndirmək məqsədilə təşkilatın maliyyə durumunu yaxşılaşdırmağı qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Ulu öndərin doğum günü ərəfəsində müxtəlif tədbirlərin təşkilat tərəfindən hazırlanıb həyata keçirilməsi artıq ənənə halını alıb.
Natiq vurğulayıb ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib.
Sonra görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov ilk olaraq partiyanın Qusar rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək deyib ki, rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verməkdədir. Daha sonra Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi, Qusar rayonunun həyatında da əsaslı dəyişikliklər, köklü inkişaf müşahidə olunmaqdadır.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı Azər Badamov görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

