Xalqın ehtiyacından yaranan Partiya
21.11.2024 [15:07]
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri
Heydər ƏLİYEV: Müasir Azərbaycanın memarı - Xalqın xilaskarı
32 il əvvəl noyabr 21 də Azərbaycanın siyasi tarixində yeni mərhələnin bünövrəsi qoyuldu və milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) yarandı.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində bir formasiyadan digər formasiyaya keçid dövründə ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin özündə əks etdirən partiyadır.
1992- ci ildə ölkədə ağır, böhran və xausun hökm sürdüyü dövrdə Xalqın Ümummilli Heydər Əliyevə üz tutması öz Liderinə inamını ifadə edirdi. Məhz ziyalıların Ulu Öndərə müraciətində də bu inam daha aydın görsənirdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Bu müraciətdən sonra ölkənin ictimai-siyasi həyatında mühüm dəyişikliklər oldu.Heydər Əliyevin Naxcıvanda Yeni Azərbaycan partiyasını yaratması və hakimiyyətə gəlməsi xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın da sonu oldu. Ümummilli Lider hakimyyətə qayıtmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq qeyri-mümkün idi. Müasir Azərbaycanın bu günki memarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət startegiyası bu gün də layiqincə davam etdirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 32 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi yaranır.
Gələcəyə inamlı addımlayan partiya
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm çağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır.
Azərbaycan bütün işləri ardıcıllıqla edir. Qarşıya hədəflər qoyulur və düşünülmüş, gələcəyə hesablanmış siyasətimiz nəticəsində bu hədəflərə zamanında, yüksək səviyyədə nail oluruq. Reallığa çevrilən hədəflər yeni məqsədlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Bu hədəflərə çatmaqla Azərbaycanın siyasi, iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, əsl söz sahibinə çevrildi. Ölkəmizi Qələbəyə aparan Ordumuzun maddi-texniki bazası möhkəmlənləndirildi. İşğal olunmuş torpaqlarımız 44 günlük Vətən muharibəsindən sonra geri alındı. Azərbaycan böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və bu uğurlarımız əsasında ərazi bütövlüyümüz bərpa edildi. Bununla yanaşı Azərbaycan dövləti həm regionda, həm də dünyada söz sahibi ölkəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Zəfər tariximiz yeni raeallıqlar yaratmaqla yanaşı, yeni hədəflər qarşıya qoyuldu.
Tarixi Zəfərimizin reallıqları əsasında VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Partiyanın VII qurultayında yeni tərkib formalaşdı. Veteranlar Şurası yaradıldı. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövlət başçısı İlham Əliyev VII qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirdi. 5 fəsildən ibarət olan yeni Proqram YAP İdarə Heyətinin qərarı əsasında təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizini özündə əks etdirən Proqramda postmünaqişə dövrünün reallıqları, görüləcək işlər öz əksini tapıb. 32 illik fəaliyyətinin reallıqlarını özündə ifadə edən yeni Proqramı, Nizamnaməsi əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.
YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində
Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri bütün seçkilərində, siyasi hadisələrdə də özünü göstərməkdədir. Son illərdə keçirilən prezident seçkiləri, parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif beynəlxalq təşkilatların iclasında aktiv iştirak edir, dünyəvi məsələlərin müzakirəsində yaxından iştirak edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın 29-cu konfransının yəni COP 29 -un Azərbaycanda keçirməsi də dediyiklərimizə sübutdur.
YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
İlham Əliyevin sədrliyi ilə bugun Partiya özünü daim inkişaf etdirir və xalqa xidmət etməyə davam edir.
Xəbər lenti
Hamısına bax
Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Gündəm
17 Oktyabr 19:49

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10
