YAP Sədərək rayon təşkilatı partiyanın yaranmasının 32-ci ildönümünü qeyd edib
21.11.2024 [13:03]
Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədərək rayon təşkilatının Sədərək rayon Mədəniyyət Sarayında partiyanın yaranmasının 32-ci ildönümü qeyd olunub.
İştirakçılar əvvəlcə Heydərabad qəsəbəsində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılmış büstü önünə gül düzərək əziz xatirəsini yad edib.
Tədbir sonra Sədərək rayon Mədəniyyət Sarayında davam etmişdir. Əvvəlcə Ümummlli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının sədri Arif Qasımov partiyanın keçdiyi şərəfli yoldan danışaraq bildirib ki, bu gün biz Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik etmişdir. O, partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür, ötən dövür ərzində Yeni Azərbaycan Partiyası özünün proqramına, prinsipinə, amalına sadiq olduğunu bir daha sübut edərək, Azərbaycanı demokratik ölkəyə çevirmiş və müstəqilliyimizin möhkəmlənməsində inkişafında əzmlə mübarizə aparmışdır.
Yeni Azərbaycan Partiyası ağır şəraitdə, böyük təzyiqlər altında Naxçıvanda 1992-ci ilin noyabrın 21-də ümummlli liderimiz Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarında seçilmiş 550 nəfər nümayəndənin təmsil olunduğu Yeni Azərbaycan Partiyası təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Ümummlli liderimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük məsuliyyət götürərək və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası meydana gəldi və Yeni Azərbaycan Partiyası xalqın xilasında tarixi misiyanı öz üzərinə götürdü. Bununlada özbaşınalıqdan rahatlıq tapmayan xalqımız nəhayət ki, azad nəfəs ala bildi. Partiya sədri qeyd etmişdir ki, Ümummlli liderimiz Heydər Əliyev partiyanın II qurultayında onun yaranma səbəbini və tarixi missiyasını təhlik edərək demişdir: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır”.
“Yeni Azərbaycan Partiyasına hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır”.
1993-cü ildə Yeni Azərbaycan Partiyasının ümummlli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə qısa müddət ərazində siyasi sabitlik, sosial-iqtisadi inkişaf bərqərar olundu. Ötən 32 il ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanın regionun lider dövlətinə çevirib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub.
Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. 32 il ərzində dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyası sədri cənab İlham Əliyevin və onun hər bir üzvünün özünə məxsus tövhələri vardır.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək naliyyətlərəimza imza atdı. Iqtisadi inkişaf hərbi güc ən əsasıda ermənistan Azərbaycan münaqişəsinin həllində ölkəmizin üstün mövqe əldə etməsi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.
Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi.
Partiya sədri qeyd edib ki, 2020-ci il 44 günlük vətən müharibəsində qazanılan tarixi zəfər mahiyət etibarı ilə ümummlli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin təkminləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının nəticəsidir.
Bu gün Azərbaycanın ərazi bütövlüyü Qarabağda, Şuşada qürurla dalğalanan bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz və suverenliyimiz dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə Yeni Azərbaycan Partiyası sədrinin apardığı 32 illik mübarizənin nəticəsidir.
Bundan sonra da Yeni Azərbaycan Partiyasının amalı ümummlli liderimiz Heydər Əliyevin idealarını yaşatmaq və həyata keçirməkdir. Partiyamızın bu yolu Azərbaycan Respublikasının müstəqil dövlətçiliyə gətirib çıxaran və xalqımızı xoşbəxt firavan həyata aparan yoldur. Bu yol Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün müqəddəs və əbədi yoldur.
Tədbirdə Sədərək rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər üzrə şöbə müdiri Pərviz Ağayev qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalimət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyulunda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə etdi. Ulu Öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxartdı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə - iqtidar partiyasına çevrildi.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Mahir İsmayılov, partiya üzvləri Şövkət sadiqova və Bulud Bağırlı çıxış ediblər.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

