Azərbaycan vətəndaşlarının qürur günü
17.10.2024 [15:08]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Cari ilin 15 oktyabr tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində etdiyi çıxışla ölkənin siyasi və sosial həyatında yeni bir dövrün başlanğıcını elan etdi. Xankəndidəki nitqi, Prezident Əliyevin Azərbaycanın gələcəyinə dair müsbət proqnozlarının əks olunduğu bir platforma oldu. “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik”. Bu sözləri cənab Prezident İlham Əliyev Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixli nitqində qeyd etmişdir.
Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə,bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri mahiyyəti baxımından müharibənin xronikası kimi yaşanılırdı. Bu müraciətlər xalqın güvənci idi, xalq bu müraciətlərdən qələbə sorağı gözləyirdi, qələbələri Böyük Qələbənin ərəfəsində olduğumuzun təsdiqi bilirdi. Kəndlər, qəsəbələr, rayonlar işğaldan azad edilirdi, Azərbaycan Respublikasının Prezidenti bu sevinci, bu qüruru xalqa böyük qürurla bildirdi. Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Prezidentin böyük qürurla söylədiyi sevincli müjdələr xalqın Qələbə inamının işığına döndü - o gecə hamı ruhən Şuşadaydı, qaliblərlə nəfəs-nəfəsəydi, dumanı çəkilmiş Şuşa son 29 ilin ən gözəl gecəsini yaşayırdı - gözəl səhər açılacaqdı.
Son illər biz xalqımızda güclü iradə gördük, yenilməzlik gördük, dövlətə sədaqət gördük, eyni zamanda onların gözlərində nisgil, həsrət gördük. Bunların hamısına artıq son qoyulub. Əlbəttə ki, bu yerə gəlib çatmaq asan olmadı, amma mübariz xalqın əzmkarlığı ilə biz bunu bacardıq. Hazırda bundan böyük xoşbəxtlik yoxdur ki, Azərbaycan bütöv Azərbaycandır. Onun üçün də bu tarixlər şərəflə, qürurla qeyd olunacaq bir tarixdir.
İşğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Qalibiyyət kimi! Azərbaycan Ordusunun qüdrəti kimi! Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağının dalğalanması bütün azərbaycanlıların, Azərbaycanın dövlətçiliyinə sayğısı olan dövlətlərin vətəndaşlarının hamısının qürurudu, şəhidlərin ruhuna gözaydınlığıdı.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

