Qaradağ rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib
27.09.2024 [12:22]
Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
YAP Qaradağ rayon təşkilatının və “Vətəndaş Tribunası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Lökbatan Şəhidlər Xiyabanına gedərək burada Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarı üzərinə gül dəsətələri düzülüb, ruhlarına dualar oxunub.
YAP Qaradağ rayon təşkilatının qərargahında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsələnməsi ilə başlanıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dörd il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi və Ordumuzun igidliyi sayəsində böyük Zəfərlə başa çatdığını xatırladıb. Dövlətiizin başçısının VII çağırış Milli Məclisin ilk sessiyasında nitqini xatırladan Qafar Əliyev bildirib ki, həmin çıxışında Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını xüsusi vurğulayıb. Prezident İlham Əliyevin dediyi kimi, 30 ilin işğalı artıq arxada qalıb. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bilmişik. Vətən müharibəsi və antiterror əməliyyatının əhəmiyyətini yüksək qiymətləndirən YAP rayon təşkilatnın sədri dövlətimizin başçısının bu tarixi qələbənin əhəmiyyətinin gənc nəslə çatdırılmasının əlaqədar qurumlar qarşısında mühüm vəzifə kimi qouduğunu da bildirib. O qeyd edib ki, bu gün “Vətəndaş Tribunası” İctimai Birliyi ilə birlikdə təçkil edilən tədbirin əsas məqsədi məhz bu mühüm vəzifənin həyata keçirilməsinə xidmət edir. Qafar Əliyev vurğulayıb ki, 27 Sentyabr – Anım Günü yalnız şəhidlərin Vətən naminə həyatlarını verməsinin hörmətlə xatırlanması deyil, həmçinin möhtəşəm Zəfərin əhəmiyyətinin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri, tanınmış yazıçı-publisist Səfər Alışarlı rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının həyata keçirdiyi “Qarabağ zəfərinin əsasları” adlı layihə barədə ətraflı məlumat verib. Səfər Alışarlı bildirib ki, layihənin əsas məqsədi Qarabağ zəfərinə aparan yol haqda ictimaiyyəti geniş məlumatlandırmaqdır. S.Alışarlı torpaqlarımızın 30 illik işğalına son qoymuş bu Zəfərin siyasi, iqtisad və mənəvi əsasları haqqında geniş məlumat verib. O qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının uğurlu icrası nəticəsində ordumuz ən müasir silahlarla təchiz edilib, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə yenidən qurulub. İşğalla bir an belə barışmayan, atəşkəs dönəmində də hər gün şəhidlər verən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından tamamilə azad edib və ölkənin suverenliyi tam şəkildə bərpa olunub.
Tədbirdə digər çıxış edənlər: Vüqar Əsədov adına uşaq bağçasının tərbiyəçisi Turanə Qasımova, Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Bəsti Şabanova, 139 nömrəli məktəbin kitabxanaçısı Gülnarə Hüseynova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Şirinzadə, partiya fəalı İlhamə Abadova, 106 saylı məktəbin müəllimi, Qarabağ müharibəsi qazisi Saleh Şirinov və başqaları 27 Sentyabr – Anım Gününün yalnız hüzn deyil, həm də qəhrəmanlıq tariximizin parlaq səhifələrindən biri olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, qalib xalqımızın gənc nəslinin vətənpərvəlik, dogma torpağa məhəbbət ruhunda tərbiyəsində belə tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

