Xəzər rayonunda 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib
06.09.2024 [21:55]
Xəzər rayonunda 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.
6 sentyabr 2024-cü il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinlər, RİH başçısı Aparatının şöbə müdirləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova, təhsil müəssisələrinin nümayəndələri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.
Görüş Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını və təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyevin bu sahəyə çox böyük diqqət və qayğı göstərdiyini qeyd etdi. Elşən Salahov bildirdi ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Tədris prosesidə ən qabaqcıl texnologiyaların imkanlarından istifadə edilir. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Xəzər rayonunda tələbə adını qazanan abituriyentlərdən 68-i 600-dən yuxarı bal toplayaraq ali təhsil ocaqlarına daxil olublar. Həmçinin E.Salahov onların arasında təhsilini Qarabağ Universitetində davam etdirəcək bir tələbəmizin olmasının sevindirici hal olduğunu vurğuladı.
Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova və 149 №li tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühitin formalaşdığını, məktəblilərin milli ruhda yetişdiklərini qeyd ediblər və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıblar.
Çıxış edən natiqlər tələbə adını qazanan gənclərə yeni yeni nailiyyətlər arzulayıblar. Görüşdə həmçinin qəbul imtahanında 675 bal toplayan 124 nömrəli məktəbin məzunu Zeyqəm Hüseynli və 674 bal toplayan 117 nömrəli məktəbin məzunu Aydan Xanəhmədli çıxış edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya gənclər adından öz təşəkkürlərini bildiriblər.
Tədbirdə 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Diplomlarla təltif olunaraq onlara hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15

