“Seçkilər YAP-a inam və etimadın daha bir təsdiqi olacaq”
28.08.2024 [16:14]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Gərmətük qəsəbə, Velədi, Viyən, Şiləvar və Digah kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qeyd edib ki, hər günü müstəqillik tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir: “Xalqımız Azərbaycanı qalibiyyətə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək yeni hədəflərə doğru inamla addımlayır”.
Deputatlığa namizəd Anar İsgəndərov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hədəfləri ölkənin milli məqsədlərini əks etdirir: “Partiyamız bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa töhfələrini verəcəkdir”.
“Xalqımız Heydər Əliyev yoluna sadiqdir, ölkəmizin parlaq gələcəyinə inanır və bunu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyi ilə ifadə edir. Heç şübhəsiz, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də bu inam və etimadın, birlik və həmrəyliyin daha bir ifadəsi olacaqdır”, - deyə deputatlığa namizəd əlavə edib. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Asif İmanlı, Mais Cəfərov, Cəmil Quliyev və digərləri seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

