Lerikdə YAP-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
01.11.2012 [00:44]
Daha sonra rayon Mədəniyyət Evində YAP-nın yaranmasının 20 illiyinə həsr edilmiş filmə baxış olub. Partiyanın yaranmasının 20 illiyinə həsr edilmiş məruzə ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yaranıb. 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının yarandığı elan edilib. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.
Daha sonra natiq partiyanın rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, YAP rayon təşkilatı 59 ilk təşkilatında 3431 nəfər partiya üzvünü özündə birləşdirir. 2012-ci ilin 9 ayı ərzində partiya sıralarına 244 nəfər qəbul olunub ki, bunların da 39 faizini gənclər təşkil edir: “Partiya sıralarına qəbul olunanlara vəsiqələrin verilməsi bir qayda olaraq Heydər Əliyev Mərkəzində və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yadda qalan iz buraxır. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbuluna xüsusi diqqət yetirilmişdir. 9 ayda qəbul olunanların 27 faizini qadınlar təşkil edir”.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın İcra katibinin müşaviri Kərim Kərimov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının 20 ildə minlərlə siyasi fəalı birləşdirən partiyaya çevrildiyini qeyd ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola müxtəlif aspektlərdən nəzər salıblar və bu gün xalqımızın firavan yaşamasında mühüm rol oynayan Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirdiyini xüsusi olaraq vurğulayıblar.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri, partiyanın rayon təşkilatının fəaliyyətində fərqlənənlərə Fəxri fərmanlar verilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasında xidmətləri olan Sübi Ağayevaya, Abbas Zahidova, Gültəkin Şıxəliyevaya və rayon təşkilatının sədri Elxan Qənbərova rayon İcra Hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Yubiley tədbiri rayon musiqi kollektivlərinin rəngarəng ifaları ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

