YAP İdarə Heyətinin üzvü Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib
25.05.2024 [11:04]
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu 2024-cü il 23-24 may tarixlərində Rusiyanın Perm şəhərində keçirilən “Avropa-Asiya: sivilizasiyaların dialoqu” mövzusunda ikinci konfransda iştirak edib.
Rusiya Federasiyası Federal Məclisinin və hakim “Yedinaya Rossiya” partiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 10-dan artıq ölkədən olan ictimai-siyasi xadimlər və ekspertlər müasir qlobal çağırışlar şəraitində sivilizasiyalararası dialoqun xüsusiyyətləri haqqında fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu sivilizasiyalararası dialoqun qlobal təhlükəsizlik üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərin çoxqütblü olması sivilizasiyalararası dialoqun qurulması və inkişafı üçün real imkanlar yaradır. E.Mirbəşiroğlu əlavə edib ki, müəyyən dairələr məhz sivilizasiyaların toqquşması yolu ilə məqsədyönlü şəkildə münaqişə potensialını artırır və bununla da dünyanı sırf öz maraqları çərçivəsində idarə etməyə çalışırlar: “Bir mədəniyyətin digərlərindən üstünlüyünün vurğulanması əslində təhlükəli mədəniyyətlərarası və ardınca da siyasi konfliktlərə gətirib çıxarır. Bu cür dağıdıcı cəhdlərə ən böyük sivilizasiyalararası dialoqla qarşı çıxmaq olar”.
E.Mirbəşiroğlu qədim multikulturalizm və tolerantlıq ənənələrinə malik olan Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfədən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlərdən və ölkəmizin nüfuzlu beynəlxalq mədəniyyətlərarası, dinlərarası dialoq forumlarına ev sahibliyi etməsindən də bəhs edib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri də mahiyyət etibarilə regionumuzda mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.
Tədbir çərçivəsində iştirakçıların Permdəki “Xoxlovka” memarlıq-etnoqrafik muzeyinə və insanabənzər robotların istehsalını həyata keçirən “Promobot” şirkətinin fabrikinə ekskursiyası təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

