Azərbaycan-Belarus münasibətləri yüksələn xətlə inkişaf edir
21.05.2024 [11:22]
Son illər Azərbaycanın dünya ölkələri qarşısında mövqeyinin artması bu gün ölkəmizin xarici dövlətlərlə münasibətinə yüksək təsir edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində xüsusi rolu olan ölkələrdən biri də Belarusdur. Belarusla Azərbaycan arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub. İkitərəfli əlaqələr əsasən cənab Prezident İlham Əliyevin hakimiyyəti zamanı yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Qurulan münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Məhz, son illərdə ölkə prezidentlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər həm ölkələrimiz, həm də dövlət başçıları arasında güclü dostluq əlaqələrinin olmasının göstəricisidir.18-19 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərləri, həmçinin 13-14 aprel 2021-ci il tarixində Belarus Respublikası Prezidentinin Azərbaycana işgüzar səfərləri baş tutmuşdur.
Cari ilin may ayının 16-da Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibli görüşləri olub, iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək 8 müqavilə imzalanıb.
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, hər iki ölkənin malik olduğu güclü potensial iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan verir.
Bu gün iki ölkə arasında ticarət və iqtisadi fəaliyyət mövcuddur. Elə məhz bu səbəbdən görüş zamanı müzakirə edilən məsələlər daha çox bu istiqamətdə yönəlib. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrin artırılması hər iki ölkə üçün xüsusi əhəmiyyət ləsb edir. İki ölkə arasındakı münasibətlərdə əsası təşkil edən sənaye kooperasiyalarının yaradılması və birgə istehsal potensialının artırılmasıdır. Həmçinin hərbi-sənaye komplekslərinin, kənd təsərrüfatının inkişafı, nəqliyyatda əlaqələrin artırılması məsələləri əməkdaşlıq üçün praktiki əhəmiyyət daşıyan mövzulardır. Bundan əlavə, qeyd etmək lazımdır ki, işğal dövründə dağıdılmış ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsi məqsədilə də addımlar atılması proqnozlaşdırılıb. Belarusun zəngin şəhərsalma təcrübəsinin, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək fayda verə bilər. Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində bölgənin bərpası işlərində iştirak üçün fəaliyyətə dəvət edilməsi gələcəkdəki münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edilə bilər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinə nəzər salsaq bir daha görərik ki, bu sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf dönəminin xəbərçisidir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

