Rusiya-Ukrayna müharibəsi: həllin Çin formulu
30.03.2024 [11:05]
Mübariz ABDULLAYEV
Artıq üçüncü ilə keçən Rusiya-Ukrayna müharibəsi getdikcə daha təhlükəli və qorxunc ssenarilər üzrə inkişaf etməkdədir. İş o yerə çatıb ki, perspektivdə nüvə silahlarının işə salına biləcəyinin də tam real olduğu bildirilir. Nüvə qarşıdurması isə yalnız müharibə tərəfləri üçün deyil, bütün bəşəriyyət üçün faciə olardı.
Buna görə də gözlənilən qlobal təhlükənin qarşısını bəri başdan almaq lazımdır. Hazırda ayrı-ayrı dövlətlər müharibənin sülh yolu ilə başa çatmasına vasitəçi olmaq istəklərini bildirir və bu məqsədlə müxtəlif təkliflər irəli sürürlər. Hələlik tərəfləri ümumi məxrəcə gətirmək və danışıqlar masası arxasına əyləşdirmək asan görünməsə də, belə səylər təqdir edilir. Çin də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə sonuclanması məqsədi ilə öz formulunu təklif edib. Bu ölkə “Xüsusi əməliyyat”ın başlamasının növbəti ildönümündə böhranın tənzimlənməsinin Çin planını hazırlayıb. Pekin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməyə, hərbi əməliyyatları dayandırmağa, yenidən danışıqlara başlamağa və sanksiyalardan imtina etməyə çağırış edib. Çinin Xarici İşlər Nazirliyi öz saytında sənədi “Ukrayna böhranının siyasi həlli üzrə Pekinin mövqeyi” şərhi ilə dərc edib.
Çinin neytrallığını qorumaq cəhdi
Çin dünyanın supergüc dövlətlərindən biridir. Böyük iqtisadiyyata malik olan və innovasiya yönümlü inkişaf yolu tutan bu ölkənin təkcə Asiyada deyil, digər regionlarda da iqtisadi və siyasi təsir imkanları getdikcə artır. O cümlədən Çinin Şərqi Avropada proseslərə qoşulması və böhranın sülh yolu ilə tənzimlənməsinə töhfə vermək istəyini ifadə etməsi özlüyündə müsbət bir addımdır. Bu, gələcəkdə tənzimləmə prosesinə yeni istiqamət və yeni impuls verə bilər.
Ümid yaradan həm də o amildir ki, Çinin yüksəksəviyyəli rəsmiləri ölkələrinin məlum geosiyasi qarşıdurmanın təfəfləri olan hər iki dövlətlə münasibətləri davam etdirməkdə maraqlı olduğunu müxtəlif auditoriyalarda bəyan ediblər. “Çin Ukrayna-Rusiya münaqişəsinin həlli üçün Moskva və Kiyev arasında danışıqlar üçün lazım olan hər şeyi təmin etməyə hazırdır”. Bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan deyib. O, BMT Təhlükəsizlik Şurasının Ukrayna məsələlərinə dair iclasında çıxışı zamanı bildirib: “Çin Rusiya və Ukrayna arasında danışıqlar üçün lazımi imkanlar yaratmağa hazırdır və böhranın siyasi yolla nizamlanmasında konstruktiv rol oynamağa davam edəcək”.
Çinin xarici işlər naziri Vanq Yinin sonuncu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə səsləndirdiyi fikirlər də diqqət çəkir. O, müzakirələr zamanı Çinin münaqişənin tərəflərinə münasibətdə neytrallığını saxladığını vurğulayaraq ölkəsinin Rusiya-Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışmadığını diqqətə çatdırıb. Fikirlərinə davam edən Vanq Yi bildirib: “Çin münaqişə zonalarına və ya münaqişə tərəflərinə öldürücü silahlar satmayacaq”.
Eyni zamanda, Çin bundan əvvəl Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransı keçirməyi təklif edib. Bu təklif Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin dilindən səsləndirilib. Xüsusi nümayəndə sülh konfransının çağırılmasının zəruriliyini belə əsaslandırıb: “Bütün tərəflər öz mövqelərində dayanırlar və onların sülh danışıqlarını başa düşmələrində nisbətən böyük boşluq var... lakin hamı razılaşır ki, bu müharibəni son nəticədə silahlar deyil, danışıqlar bitirəcək. Müharibənin başlamasından iki ildən çox vaxt keçsə də, nəinki hərbi əməliyyatlarda sakitləşmə əlamətləri yoxdur, hətta münaqişənin daha da genişlənməsi təhlükəsi də var”.
Li Hui həmçinin qeyd edib ki, Çin beynəlxalq konfransın həm Rusiya, həm də Ukrayna tərəfindən tanınmasına və hər iki tərəfin bərabərhüquqlu iştirakçı olmasına çalışır. “Mən vurğulamalıyam ki, Çin bir tərəfi digərindən üstün tutmur, sadəcə, görüşün uğurlu keçəcəyinə əmin olmaq istəyir. Çin tərəfinin niyyətləri çox aydındır: Bu böhranın tezliklə siyasi həllinə töhfə vermək” - deyə, xüsusi nümayəndə əlavə edib.
Qeyd edək ki, Çin və Rusiya Federasiyası müharibə başlamazdan əvvəl “məhdudiyyətlər olmadan” tərəfdaşlıq sazişi bağlayıblar. Öz növbəsində bəzi Ukrayna rəsmiləri bildiriblər ki, Çin müharibəni dayandırmaq üçün danışıqlara cəlb edilməlidir. Beləliklə, o qənaət hasil olur ki, Çin geosiyasi böhranın sülh yolu ilə həllində ən real, hər iki tərəfi qane edən vasitəçi ola bilər. Bu ehtimalı həm də Çinin dünyada artan siyasi nüfuzu və iqtisadi-maliyyə imkanları gücləndirir.
“Pekin planı” özündə nəyi ehtiva edir?
“Pekin planı” adlandırılan sənəd 12 bənddən ibarətdir. Burada böhranın sülh yolu ilə həllinə nail olmaq üçün bir sıra aktual məsələlər, o cümlədən həm Ukrayna, həm də Rusiya üçün böyük əhəmiyyət daşıyan məqamlar nəzərə alınıb. Vurğulamaq yerinə düşər ki, ki, Vanq Yi “Pekin planı”nın anonsunu cari ilin fevralında Münhen Təhlükəsizlik Konfransında edib. O, Münhendə Ukraynanın xarici işlər naziri D.Kuleba və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə geçirdiyi görüşlərdə də planın müzakirələrini aparıb. Bundan sonra Vanq Yi fevralın 22-də Moskvaya səfərə gələrək prezident V.Putinlə müzakirələrə qatılıb. Bu müzakirələrdə də “Pekin planı”nın detalları diqqət mərkəzində olub.
Bəhs olunan planın bəndləri aşağıdakılardır:
-BMT-nin nizamnaməsinə və beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl etməklə bütün ölkələrin suverenliyinə hörmət göstərilməsi. Bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü səmərəli şəkildə qorunmalıdır,
-Soyuq müharibə mentalitetindən və “başqalarının təhlükəsizliyinə xələl gətirməklə öz təhlükəsizliyini təmin etmək” cəhdindən imtina edilməli,
-Hərbi əməliyyatların dayandırılması, münaqişənin eskalasiyasından imtina olunması, Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpasının dəstəklənməsi,
-Sülh danışıqlarının bərpası - “Ukrayna böhranının həllinin yeganə real həll variantıdır”. Çin bundan sonra da bu həll variantında “konstruktiv rol oynamağa hazırdır”,
-Humanitar böhranın həlli, mülki vətəndaşların təxliyyəsi məqsədilə humanitar dəhlizlərin yaradılması, BMT-nin koordinasiyası ilə humanitar yardımların atırılması,
-Mülki vətəndaşların və hərbi əsirlərin müdafiəsi, hərbi əsirlərin mübadiləsi üçün daha əlverişli şəraitin yaradılması,
-Atom elektrik stansiyalaının təhlükəsizliyinin təmin ediməsi,
-“Hər hansı bir ölkə tərəfindən hər hansı bir şəraitdə” bioloji, kimyəvi və nüvə silahlarından istifadə edilməsinin yolverilməzliyi başa düşülərək strateji risklərin azaldılması,
-Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış Qara dəniz taxıl təşəbbüsü çərçivəsində taxıl ixracının həyata keçirilməsi,
-”Problemi həll etməyən, əksinə yeni problemlər yaradan” birtərəfli sanksiyaların dayandırılması,
-İstehsal və təchizat zəncirinin sabitliyinin dəstəklənməsi, qlobal iqtisadiyyatdan siyasi məqsədlər üçün istifadə olunmasından imtina edilməsi,
-Postmünaqişə mərhələsində “Çinin kömək göstərməyə və kontruktiv rol almağa hazır olduğu” bərpa prosesinə həmrəylik göstərilməsi.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
