Bayden vəzifəsindən kənarlaşdırılacaqmı?
28.02.2024 [11:00]
Dünyanın supergüc dövləti olan Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Cozef Bayden tez-tez müxtəlif məsələlərlə əlaqədar gündəmə gəlir. Bu dəfə onun tutduğu vəzifədən kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılıb. Ağ ev isə bu qəbildən olan xəbərləri təkzib etməyə tələsmir.
Yaş öz sözünü deyir
ABŞ Nümayəndələr Palatasının üzvü Ken Bak bu barədə yayılan məlumatları təsdiqləyib. O bildirib ki, Co Baydenin vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə ABŞ Konqresində təqdim olunacaq. Ken Bak prezidentin idrak qabiliyyətinin zəifləməsi və əqli dözümlülük çatışmazlığı səbəbindən artıq ölkəyə rəhbərlik etməyə uyğun olmadığını iddia edib.
Həqiqətən də, yaş öz sözünü deyir. Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub. O, ABŞ tarixində ən yaşlı prezidentdir və 74 yaşınadək bu postda olmuş sələfi Donald Trampdan təxminən 4 yaş böyükdür. Ronald Reyqan prezident vəzifəsini 1989-cu ildə tərk edəndə 77 yaşı vardı. Birləşmiş Ştatlarda 2024-cü ilə planlaşdırılan növbəti prezident seçkilərində Vaydenin 82 yaşı tamam olacaq.
Baydenin yaşı onun siyasi opponentləri tərəfindən tənqid obyektinə çevrilib ki, bu da səbəbsiz deyil. Təkcə ötən il C.Bayden tez-tez yıxılması və yaxud rəsmi tədbirlərdə yaddaş pozğunluğu nümayiş etdirməsi ilə gündəmə gəldi. Belə ki, Ağ evin rəhbəri 2023-cü ilin əvvəllərində Polşadan səfərdən qayıdarkən təyyarənin pilləkənində müvazinətini itirirdi. Ötən ilin yayında oxşar hadisə növbəti dəfə təkrarlandı - ABŞ prezidenti Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının buraxılış mərasimində yıxıldı. Tribunadan düşərkən müvazinətini itirən C.Baydeni ayağa qaldırmaq üçün azı üç Hərbi Hava Qüvvələri rəsmisi köməyə gəlib. Ayağa qalxan ABŞ prezidenti yerinə qayıdaraq mərasimi izləyib.
Yaşı 80-ni ötmüş C.Baydenin çaşması da adi hala çevrilib. Məsələn, ABŞ prezidenti İllik Milli Qubernatorlar Assosiasiyasında çıxış edərkən Barak Obamanın vitse-prezidenti olduğu dövrdən bir xatirəsini danışıb. Otaqda seçilmiş nümayəndələrə müraciət edən Bayden bu sözləri deyib: “Obama mənim Si Cinpinlə tanış olmağımı istəyirdi. Onun Rusiyanın rəhbəri olacağı aydın idi, yəni Çin. O zaman Rusiya və digər ölkələrlə də problemlər yaşayırdıq”, - deyə Ağ Ev rəhbəri bildirib.
Transmilli mediada Baydenin dəfələrlə oxşar səhvlər etdiyi vurğulanır. Məsələn, o, prezident Emmanuel Makronu 1981-1995-ci illərdə Fransaya rəhbərlik etmiş və 1996-cı ildə dünyadan köçmüş Fransua Mitteranla səhv salıb. C.Bayden həmçinin Angela Merkeli mərhum Almaniya lideri Helmut Kolla iki dəfə qarışdırıb. Eləcə də Ağ evin rəhbərı Misir prezidenti Əbdülfəttah əs-Sisini “Meksika prezidenti” adlandırıb.
Belə misalların sayı kifayət qədər çoxdur. Bunlar da siyasi opponentlərinə yaşı və səhhəti ilə bağlı C.Baydenin vəzifəsindən kənarlaşdırılması məsələsini vaxtaşırı gündəmə gətirmələrinə əsas verir.
Baydenin qanunsuz fəaliyyətləri araşdırılır
Bir qrup siyasi opponenti isə C.Baydenin qanunsuz fəaliyyətlərə yol verməsini onun impiçmenti üçün əsas olduğunu bildirirlər. “Ağ Evin prezidentin ailə üzvlərinin iddia edilən qanunsuz fəaliyyətlərinin araşdırılmasına mane olduğunu nəzərə alsaq, prezident C. Baydenin impiçmenti zəruridir”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib. “Bu zəruri addımdır”, - deyə spiker KİV təmsilçisinin ona ünvanlanan müvafiq sualına cavabında bildirib.
Conson əlavə edib ki, bir sıra səlahiyyətli qurumlar baydenlərin qanunsuz fəaliyyətlərinə dair sübutlar tapmaq üçün iş görürlər. Onun sözlərinə görə, bununla belə, Ağ Ev onlara mane olur və minlərlə səhifəlik sübutlar gizlədilir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

