Münhen Konfransının bədbin gündəliyi: “Hamı uduzur...”
15.02.2024 [10:45]
Almaniyada - Bavariya Torpağının paytaxtı Münhen şəhərində 16-18 fevral tarixində 60-cı Təhlükəsizlik Konfransı keçiriləcək. Konfransda müzakirə edilən əsas mövzular, adından da göründüyü kimi, adətən, qlobal təhlükəsizlik məsələlərini əhatə edir. Qərb dünyasının ən böyük forumlarından olan Münhen konfransının bu ilki yığıncağı Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə təsadüf edir. Sözsüz ki, Ukrayna müharibəsi konfransın əsas müzakirə mövzularından biri olacaq.
Qərb sülhə mane olur
Münhendə 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları, 100-ə yaxın xarici işlər və müdafiə nazirləri bir araya gələcək. Konfransda Almaniya kansleri Olaf Şolz, ABŞ-ın vitse-prezidenti Kamala Harris, BMT-nin baş katibi Antonio Quttereş və NATO-nun baş katibi Yens Stoltenberqin də iştirak edəcəyi gözlənir. Almaniyanın “Tagesspiegel” qəzetinin məlumatına görə, toplantıda Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirakı planlaşdırılır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri ikinci dəfədir ki, təhlükəsizlik konfransı Rusiya və İran nümayəndələrinin iştirakı olmadan keçirilir. Yəni Ukraynada başladığı müharibəyə görə rəsmi Moskva və yaxın müttəfiqi Tehran toplantıya dəvət edilmir. Münhen Təhlükəsizlik Konfransının aparıcısı Housgenin sözlərinə görə, sözügedən ölkələrin heç biri hələlik konstruktiv dialoqa hazır deyil. Lakin maraqlısı odur ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın hər zaman danışıqlara hazır olduğunu bildirmişdi. Rusiya rəsmilərinin fikrincə, Ukrayna hakimiyyəti birbaşa Qərbin təsiri ilə dialoqdan imtina edir. Konfransın aparıcısı isə vəziyyəti “Moskva hələ ki, Ukrayna ilə bağlı danışıqlara hazır deyil” şəklində dəyərləndirib. Housgen “Rheinische Post” qəzetinə müsahibəsində Rusiyanın “NATO üzvü olan ölkəyə də hücum edə biləcəyi” təhlükəsindən dolayı narahatlığını bəyan edib.
Yeri gəlmişkən, bu ilki konfransa Almaniya Bundestaqında təmsil olunan müxalifət partiyaları dəvət edilməyib. Housgen “ekstremist” adlandırdığı siyasi partiyaların nümayəndələrindən ötrü “qırmızı xalı döşəmək” niyyətində olmadığını söyləyib.
Qərbin buynuzu, Çinin çomağı...
Konfransda Çin və İsrail nümayəndələrinin də iştirak edəcəyi gözlənir. Baxmayaraq ki, oktyabr ayında İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlara qarşı çıxdığı üçün Housgen İsrailin Almaniyadakı səfiri tərəfindən kəskin tənqid edilmişdi.
Forum ərəfəsində ənənəvi olaraq avro-atlantik məkanda və dünyada təhlükəsizliyin vəziyyətinə dair illik hesabat təqdim olunub. Sənədin pessimist əhval-ruhiyyəsi hesabatın “Hamı uduzur?” adlı başlığından da hiss olunur.
Araşdırmada dünya siyasətindəki mənfi tendensiyalardan, artan qlobal gərginlikdən və iqtisadi qeyri-müəyyənlikdən də bəhs edilir. Hesabatda vurğulanır ki, total qeyri-sabitlik şəraitində dövlətlər və bütöv regionlar arasında əməkdaşlıq səviyyəsi aşağı düşür, rəqabət isə artır. Bu da iqtisadiyyat, iqlim siyasəti və texnoloji tərəqqi sahəsində birgə fəaliyyəti ləngidir.
Daha sonra qeyd olunur ki, Qərb Hindistan-Sakit okean regionunda gərginliyin yüksəlməsindən, eyni zamanda, Çinin hərbi gücünün artmasından narahatdır. Bu səbəbdən regionun bir sıra ölkələri ABŞ-la daha sıx əlaqə qurmağa çalışır, Pekinlə münasibətləri sərinləşdirir. Bu da özlüyündə həm Çinin, həm də region ölkələrinin siyasi və iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olur. Oxşar tendensiya Afrikada da müşahidə olunur. Qara qitənin bir sıra ölkələrində - Burkina Faso, Mali və Nigerdə baş verən hərbi çevrilişlərə görə həmin ölkələr ABŞ və Aİ ilə əməkdaşlıq şanslarını itiriblər. Bununla da məlum ölkələr Qərbin müxtəlif proqramlar üzrə ayırdığı iqtisadi yardımlardan məhrum olunublar.
“Boz zona”nın gələcəyi
Hesabat müəlliflərinin Ukrayna-Rusiya ilə Aİ-NATO arasındakı “boz zona” adlandırdıqları Gürcüstan, Moldova və Qərbi Balkanlarla bağlı bölməsində isə bu ölkələrin mövcud durumdan nə zaman qurtulacağı haqda heç bir proqnoz verilmir. Bu situasiyada ortaya belə bir sual çıxır: “Ukrayna yorğunluğu” fonunda transatlantik tərəfdaşlar onu canlı qüvvə ilə əvəzləməyə, yaxud bunun münasib qiymətini ödəməyə hazırdırmı? Hesabatda bu da qeyd olunub ki, G7 ölkələri arasında Kiyevə davamlı yardıma, ağır silahların tədarükünə və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə ictimai dəstək getdikcə azalır. Müəlliflər Qərb liderlərini Ukraynaya ciddi dayaq durmağa, “Ukrayna yorğunluğu”nu aradan qaldırmağa çağırırlar.
Hesabata görə, dünyada “Rusiya qorxusu” xeyli azalıb. Bu, sənədin xüsusi hissəsində - “Münhen Təhlükəsizlik İndeksi”ndə qeyd olunub. “Təhlükəsizlik indeksi” qlobal təhlükə məsələlərinin sorğulara əsaslanan ölçüsüdür.
Hesabatda göstərilir ki, Böyük Britaniya və Yaponiya Rusiyanı öz təhlükəsizliyinə təhdid kimi görmür. Rusiyaya münasibətin dəyişməsi Almaniyada xüsusilə nəzərə çarpır. Ötən il Moskvanı özləri üçün qorxulu hesab edən almanlar hazırda Rusiya qorxusunu birinci yerdən yeddinciyə endiriblər. Almaniya üçün əsas təhdidlər siyahısının ilk üçlüyündə iqlim dəyişikliyi, dini ekstremizm və kütləvi miqrasiya kimi problemlər dayanır.
İtaliyada da Rusiya təhdid edən ölkə kimi ümumilikdə 12-ci yerdə göstərilib. ABŞ-da isə Rusiya Çindən sonra dördüncü yerdə qərarlaşıb. Amerikalıların ən böyük qorxuları kiberhücumlar və sosial qütbləşmədir.
Bütövlükdə dünyada Rusiyaya münasibət hələ də “yumşaq səviyyədədir”.
“Etiraf edilməlidir ki, Çin, Hindistan və Cənubi Afrika kimi BRİKS üzvü olan ölkələrdə Rusiyaya münasibət heç də pis deyil və həmin ölkələr Moskvaya hələ də müttəfiq kimi yanaşırlar”, - deyə hesabatda vurğulanır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

