Qərb Rusiyanın milyardlarını necə mənimsəmək istəyir?
27.12.2023 [11:15]
Rus pulu Ukrayna üçün xərclənə bilər
Bu günlərdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrə başlayıb. Artıq dondurulmuş aktivlərin cüzi bir hissəsi - Milli Hesablama Depozitarının vəsaitləri ilə bağlı hüquqi prosedurlara start verilib.
Dekabrın 20-də məlum olub ki, Almaniya Federal Prokurorluğu Moskva Birjasının törəmə şirkəti olan Milli Hesablaşma Depozitarına məxsus təxminən 720 milyon avronu müsadirə etmək niyyətindədir. Bu ideya Almaniyanın ədliyyə naziri Marko Buşman tərəfindən də dəstəklənib. Buşman məsələ barədə açıqlama verərkən “liberal demokratiya qanunların köməyi ilə zorakılığa qalib gələcək” kimi fikirlər səsləndirib. Rəsmi səbəb kimi isə sözügedən vəsaitlərin dondurulduqdan sonra başqa banka (“JP Morgan”dan “Commerzbank”a) köçürülməsi cəhdi olub. Əməliyyat uğursuzluqla nəticələnsə də, bu olay sanksiyalardan yayınma cəhdi kimi təsnif edilir. Əlavə edək ki, həmin vəsaitlərin dörddə biri həcmində olan məbləğ rusiyalı özəl investorlara məxsusdur. Ümumilikdə, bloklanmış NSD aktivlərinin həcmi təxminən 60 milyard avro təşkil edir.
Artıq Qərb dövlətləri Rusiyaya məxsus dondurulmuş pul vəsaitlərinin müsadirəsi istiqamətində ilk addımları atır. Vəsaitlərin Qərb hökumət orqanları tərəfindən mənimsənməsinə 2022-ci ilin əvvəllərində müəyyən cəhdlər edilsə də, uzun müddətdir bu mövzu ətrafında sükut hökm sürürdü. Son iki ayda bu məsələ yenidən gündəmə çıxarılıb. Xüsusilə, ABŞ Konqresinin 2024-cü il üçün Ukraynaya maliyyə yardımı ayırmaq niyyətində olmaması, eyni zamanda, Avropa İttifaqının hələlik Ukrayna üçün yeni yardım layihələri hazırlamaması Qərb banklarında dondurulan rus pullarının təyinatını bir daha gündəmə gətirir.
Milyardların taleyi
Hələ noyabr ayının əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirmişdi ki, ilin sonuna kimi Rusiya aktivləri ilə bağlı fəaliyyət planı hazırlanmalıdır. Bu arada “New-York Times” jurnalı anonim mənbələrə istinadən ABŞ və Aİ-nin yüksək rütbəli rəsmiləri arasında sözügedən mövzuda müzakirələrin intensivləşdiyini bildirib. Rusiya mediasının yazdığına görə, Co Bayden administrasiyası Ukrayna müharibəsinin başlanmasının ikinci ildönümü - 24 fevral 2024-cü il tarixinə qədər G7 ölkələrinin digər nümayəndələrinə müvafiq strategiya hazırlamaq üçün bir sıra təzyiqlər göstərir.
Qərbin valyuta fondlarında dondurulmuş Rusiya kapitalının hara xərclənəcəyinə dair müxtəlif variantlar təklif olunur: məsələn, həmin pulların dağıdılmış Ukrayna iqtisadiyyatının bərpasına, yoxsa Ukrayna ordusunun birbaşa maliyyələşdirilməsinə sərf edilməsi ilə bağlı müzakirələr gedir. İdeya müəlliflərinin fikrincə, Ukrayna bu pullarla borclarını ödəyə bilsə, Rusiya nə vaxtsa öz pullarını geri almaq barədə heç xəyal da qura bilməyəcək. Rusiyanın xaricdəki aktivlərinin müsadirə edilməsindən danışılarkən ilk növbədə Rusiya Bankının beynəlxalq ehtiyatları nəzərdə tutulur. Ümumilikdə, Avropa Birliyi və digər G7 ölkələrində, o cümlədən Avstraliyada Rusiya Mərkəzi Bankına məxsus təxminən 260 milyard dollar saxlanır. Bunun 210 milyard dolları Aİ-nin, 191 milyard dolları isə “Euroclear” depozitarının yerləşdiyi Belçikanın payına düşür. ABŞ Rusiyanın 5 milyard dollarına, Almaniya isə cəmi 210 milyon dollarına nəzarət edir. Göründüyü kimi, G7 ölkələrində Rusiyanın dövlət aktivləri o qədər də çox deyil. Bu ölkələrdəki dondurma prosesi daha çox Mərkəzi Bankın beynəlxalq ehtiyatlarına aid olmayan vəsaitlərə və əmlaka təsir göstərsə də, hələlik bunlarla bağlı müzakirələr arxa plandadır. Çünki burada saxlanan maliyyə vəsaitləri məbləğcə o qədər də böyük deyil. Təbii ki, bu pulların da dondurulması Rusiyanın özəl şirkətlərinə xeyli ziyan vurub, G7 ölkələrindəki maliyyə itkisi milyardlarla müqayisədə heç də dəhşətli görünmür.
Qabıq dəyişən qanunlar
Bir az da irəli getsək, lap əvvəldən Rusiya aktivlərinin tam müsadirə edilməsi təklifləri hüquq ictimaiyyətinin mənfi reaksiyası ilə qarşılanmışdı. Əsas problem odur ki, belə hərəkətlərin presedenti yoxdur. Hətta icra hakimiyyətinin mülkiyyət münasibətlərini tənzimləmək məsələsində hüdudsuz imkanlara malik olduğu Birləşmiş Ştatlarda da mövcud qanunvericilik kiminsə istəyi ilə xarici aktivlərin mənimsənməsinə yaşıl işıq yandırmır.
Hələ 2001-ci ildə Dünya Ticarət Mərkəzinə terror hücumundan sonra ABŞ Konqresi xarici mülkiyyətə həbs qoyulmasına icazə verən düzəlişləri tez bir zamanda qəbul etdi. Düzəlişlərdən sonra qanun xarici aktivlərin dondurulmasına müəyyən şərtlər çərçivəsində - ABŞ-ın xarici qüvvələr tərəfindən hücuma məruz qaldığı və ya hər hansı xarici dövlətə qarşı hərbi əməliyyatlarda iştirak etdiyi bir vəziyyətdə icazə verirdi.
Bu qanun ilk dəfə 2003-cü ildə ABŞ-ın İraqdakı əməliyyatının aktiv mərhələsi başa çatdıqdan sonra cəmi bircə dəfə tətbiq edilib. Lakin o zaman vəsaitlər İraqın özünün müharibədən sonra yenidən qurulmasına yönəldilmişdi. ABŞ qanunlarına əsasən, xarici aktivlərin hökumətə ötürülməsinin başqa bir yolu “mülki müsadirə”dir. Lakin bu da yalnız cinayət işi üzrə barəsində hökm çıxarılan fiziki şəxslərin vəsaitinə aid ola bilər. Bu mexanizm vasitəsilə korporativ, xüsusən də dövlət vəsaitlərini müsadirə etmək, demək olar ki, mümkün deyil.
Digər ölkələrdə də qanun, xüsusən də “suveren qanun” - hansısa formada qorunan xarici vəsaitin və ya dövlət əmlakının müsadirəsi üçün geniş imkanlar açmır. Yeri gəlmişkən, suverenlik hətta defolt vəziyyətində belə borcun yığılması üçün ciddi perspektiv yaratmır.
Bu yaxınlarda Venesuela məhkəmədə Portuqaliyanın “Novo Banco” adlı maliyyə qurumuna qalib gəldi və 2019-cu ildə ABŞ-ın ölkəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi nəticəsində dondurulmuş təxminən 1,5 milyard dollarını geri qaytarmağa nail oldu.
Ən etibarlı valyuta
İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı ötən ildən etibarən öz ehtiyatlarını və xarici ticarətlərini dedollarizasiya etmək yolunda fəaliyyətə başlayıb. Bu prosesin əsas əlamətlərindən biri də qiymətli metalların, xüsusən də qızılın yüksək qiymətidir. İyul ayında 21 trilyon dollarlıq aktivləri idarə edən 85 suveren fondun və 57 mərkəzi bankın nümayəndələri arasında keçirilən sorğuya görə, mərkəzi bankların rəhbərləri Rusiyanın aktivlərinin dondurulmasından təşvişə düşdüklərini etiraf ediblər. Sorğuda iştirak edənlərin əksəriyyəti bu addımın qızılı banklar üçün daha cəlbedici etdiyini bildirib. Bank rəhbərlərinin fikrincə, qızıl qlobal risklərdən qorunmaq üçün ən yaxşı sərvətdir.
Rusiyada isə düşünürlər ki, onların maliyyə vəsaitlərinin mənimsənməsində həm dollar, həm də avro üçün kifayət qədər yüksək təhlükə var. Hətta rusiyalı ekspertlərə görə, avronun vəziyyəti dollarla müqayisədə qat-qat pisdir. Digər tərəfdən, Rusiya aktivlərinin dondurulması Avropa ölkələri üçün də zərərsiz ötüşmür. Rusiyalı şərhçilərin fikrincə, bu vəziyyətdə Rusiya vəsaitlərinin mənimsənməsi barədə qərar qəbul etmək Aİ üçün olduqca çətin, böhranlı bir prosesin başlanması demək olacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

