İrəvan Roma Statutunu ratifikasiya etsə...
06.09.2023 [11:30]
Ermənistan Rusiyanı növbəti dəfə “satır”
Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, sözügedən sənəd hələ ki qanunverici orqanın saytında dərc olunmayıb.
Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, BCM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
Xatırladaq ki, bu ilin martın 24-də Ermənistan Konstitusiya Məhkəməsinin (KM) sədri Arman Dilanyan bəyan etmişdi ki, rəhbərlik etdiyi qurum BCM-in Roma Statutu ilə təsbit edilmiş öhdəliklərini ölkənin əsas qanunlarına uyğun olaraq tanıyıb. Ölkə parlamentinin vitse-spikeri Akop Arşakyan isə qeyd edib ki, Roma Statutunun ratifikasiyası Ermənistana Azərbaycanla bağlı məsələləri Beynəlxalq Cinayət Məhkəməsində qaldırmağa imkan verəcək. O, əmin olduğunu bildirib ki, bu addım Rusiya ilə münasibətlərə təsir etməyəcək.
Ermənistan 125-ci olacaqmı?
Göründüyü kimi, dünənə qədər özünü Rusiyanın “müttəfiqi” hesab edən Ermənistan Roma Statutunun ratifikasiyası üçün sonuncu mərhələyə qədəm qoyur. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 15 iyun 1998-ci il və 17 iyul 1998-si il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Qeyd edək ki, beynəlxalq müqavilələrə tez-tez status da deyilir və bu sənəd gündəlik istifadədə isə Roma Əsasnaməsi adlanır. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalasa da, cəmisi 124 dövlət bu müqaviləni təsdiqləyib ki, Ermənistan da son mərhələni adlamaqla 125-ci tamhüquqlu təsdiqçi ola bilər.
Maraqlıdır ki, 2000-ci ilin sentyabrında Rusiyanın özü də bu əsasnaməni imzalayıb. Lakin 2016-cı ilə qədər rəsmi ratifikasiya prosesinə başlanılmayıb. Həmin ilin noyabrın 16-da isə prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb. Prezidentin sözçüsü Dmitri Peskov isə BCM-nin yurisdiksiyasından çıxmağı “dəqiq milli maraqlar”ın tələbi kimi qiymətləndirmişdi. Qeyd edək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Əsasnaməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddiyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
Simonyan “narahatdır”...
İndiki halda bu məsələ də Ermənistanda fikir ayrılığı yaradıb. Yuxarıda qeyd edildiyi kimi, ölkənin bir sıra rəsmi şəxsləri bu sənədin ratifikasiyasını Rusiya ilə əlaqələrə təsir etməyəcəyi fikrindədir. Amma Rusiyanın mövqeyi ortadadır - Rusiya Xarici İşlər Nazirliyi İrəvanın Rusiya Federasiyası rəhbərliyinə qarşı orderlər fonunda BCM-nin Roma Əsasnaməsinə qoşulmaq niyyətini qəbuledilməz hesab edir və məsələnin müttəfiqlik yolu ilə həllinə ümid etdiyini bildirir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlaması da daha çox “ehtiyatlı davranışı” özündə əks etdirir. Belə ki, Simonyan bildirib ki, Ermənistan Roma Statutunun vaxtından əvvəl ratifikasiyasına ehtiyac duymur. O, əlavə edib ki, belə bir addımın mənasını və onun səmərəliliyini başa düşmür, bunu etməyi yanlış sayır.
Erməni dönüklüyü...
Baş verənlər, perspektivdə gözlənilənlər Rusiya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Rusiya KİV-nin məsələyə münasibəti isə birmənalıdır - hətta vaxtilə Ermənistanın dəstəkçisi qismində çıxış edən, Azərbaycana qarşı antikampaniyalar aparan KİV-lər, ekspertlər, siyasi şərhçilər və Duma deputatları belə bu acı reallığı etiraf etmək məcburiyyətində qalıblar. Onlar bu durumu anlamadıqlarını bildirirlər. Ermənistanın bu dönüklüyü ermənipərəstləri belə narahat edir. Təbii ki, bütün bunlar erməni xislətinin ortaya çıxardığı acı reallıqdır. Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin qısa müddətdə rəng və yön dəyişməsi, bayraq kimi sağa-sola əsməsi ənənəvi haldır. Dünənə qədər Rusiyanın qapısında “qəbul” gözləyən Ermənistanın bu gün Rusiyaya qarşı belə kəskin qərarlar verən qurumla “əməkdaşlığa” can atması onların mahiyyətindən xəbər verir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10

