Kasetli bomba
20.07.2023 [10:42]
Ukraynanın xilası, yoxsa məhvi?
Murad Köhnəqala
ABŞ-ın Ukraynaya göndərəcəyi növbəti hərbi yardım paketində dünyada istifadəsi qadağan edilmiş kaset bombaları və mərmiləri də yer alacaq.
Kaset sursatlarından istifadə dünyanın bir çox ölkəsində, o cümlədən Amerikanın müttəfiqi olan əksər Avropa dövlətində qadağandır. Bombaların döyüş sonrası yaratdığı həyati təhlükə və ekoloji çirklənmə səbəbindən “Kaset sursatları haqqında konvensiya”ya uyğun olaraq onların istehsalına və tətbiqinə qadağa qoyulub.
Buna baxmayaraq, beynəlxalq hüquqa hörmət etməyən bəzi ölkələr, o cümlədən Ermənistan Azərbaycanın müharibə zonası olmayan ərazilərinə mülki insanların həyatına qəsd etmək məqsədi ilə 2020-ci il Vətən müharibəsi dövründə dəfələrlə kasetli bombalar atıb. Təəssüfləndirici haldır ki, Ermənistanın hətta müharibə qanunlarına belə zidd olan bu cür əməlləri beynəlxalq təşkilatlar tərəfindən də görməzdən gəlinib. Bu cür ikili yanaşmalar beynəlxalq hüququn qarantı sayılan qurumların fəaliyyətinə dünyanın hər yerində ciddi inamsızlıq yaradır.
Maraqlıdır, bəs beynəlxalq konvensiya ilə qadağan olunmuş kaset sursatlarını ABŞ hansı məntiqlə Ukraynaya ötürmək istəyir? Bu suala cavab verməzdən öncə kaset sursatları barədə bəzi vacib bilgilərə nəzər salaq.
Qorxunc təcrübə...
Məsələ burasındadır ki, atəş zərbəsi zamanı partlayan adi artilleriya mərmilərindən fərqli olaraq kaset mərmiləri döyüş meydanına çoxlu sayda bombacıqlar səpələyir. Onların bəziləri anındaca partlamır, döyüş başa çatdıqdan uzun müddət sonra da aktivləşdirilmiş halda qalır, istənilən canlı və ya texnika üçün ölümcül təhlükə yaradır. Bu cür kaset bombacıqları vaxtında aşkar edilib təmizlənməzsə, yayıldıqları ərazini daimi partlayış zonasına çevirirlər.
Ağ Evin Ukraynaya kasetli sursatlar göndərməsi məsələsinə gəlincə, yaxın tarixə nəzər salsaq, görərik ki, ABŞ-ın arsenalında bu silahlardan kifayət qədər var. Keçmişə nəzər saldıqda bəzi məqamlarda hətta bundan istifadələrə yol verildiyini də görmək mümkündür. Məsələn, 1990-cı illərdən başlayaraq ABŞ hərbi qüvvələri bu qorxunc silahları İraq ərazilərində də geniş miqyasda tətbiq edib. Hətta ABŞ-ın hərbi əməliyyatlar zamanı kaset silahlarından istifadəsi o dərəcədə geniş və aktiv olub ki, əksər dövlətlər bu sursatların qadağan edilməsi barədə beynəlxalq razılaşma imzalayıblar. Vyetnam müharibəsi zamanı Birləşmiş Ştatlar Vyetnama, eləcə də Laos və Kambocaya milyonlarla ton bomba, o cümlədən saysız-hesabsız kasetli bomba atıb. Bu gün həmin ölkələrin ərazilərində hələ də partlamamış hərbi sursatlar (PHS) mövcuddur. ABŞ Hərbi Dəniz Donanmasının keçmiş əməkdaşı, siyasi analitik Brayan Berlekit yazır ki, Laosda bu günə qədər insanlardan daha çox PHS var. Ümumən, bu ölkədə hər kişi, hər qadın və hər uşaq başına səkkiz belə partlayıcı qurğu düşür.
Müharibənin gələcəyə uzanan caynaqları
Berlekitin yazdığına görə, Vyetnam, Laos və Kamboca kimi Asiya ölkələr??də partlamamış hərbi sursatlar hər il onlarla insanı öldürür, yaxud da şikəst edir. 1975-ci ildən sonrakı dövrdə kasetli silahlar minlərlə insanı ya öldürüb, ya da ağır yaralayıb.
Hərbi ekspertlər bildirirlər ki, döyüş əməliyyatları zamanı bu cür hərbi vasitələrdən istifadə regional inkişafa da ciddi maneələr yaradır. Məsələn, Çinin cənubundakı Kunminq şəhərini Laosun paytaxtı Vientiane ilə birləşdirən ilk yüksək sürətli dəmir yolu inşa edilərkən mühəndislər əvvəlcə uzun müddət dəmiryol xəttini partlamamış hərbi sursatlardan təmizləmək məcburiyyətində qalmışdılar. Bu da əlavə vaxt və maliyyə itkisi deməkdir.
Kambocada son 40 ildə kasetli bombalar qarışıq partlamamış hərbi sursatlar təxminən 20.000 insanın həyatına son qoyub. Kamboca üçün bu, o qədər ağrılı məsələdir ki, bugünlərdə ölkənin baş naziri Hun Sen Vaşinqtonu Ukraynaya kaset sursatları göndərməməyə çağırıb. Bu arada onu da qeyd etmək lazımdır ki, Kamboca hakimiyyəti, o cümlədən baş nazir Hun Sen Rusiyanın Ukraynaya təcavüzünü lap əvvəldən pisləyib.
Qərbdə silah qıtlığı?
Bəzi amerikalı mütəxəssislərin bildirdiyinə görə, son onilliklərdə Qərbin ümumi hərbi sənayesi Rusiya kimi güclü rəqibə qarşı deyil, inkişaf etməkdə olan bir sıra zəif dövlətlərlə, yüksək hazırlığı olmayan ordularla kiçik müharibələrə uyğun qurulub. Bu səbəbdən ABŞ və onun müttəfiqləri Ukraynaya lazım olan miqdarda artilleriya mərmisi istehsal edə bilmirlər.
Digər tərəfdən, Rusiyanın hərbi texnikası Qərbin son model silahlarından nə qədər geri qalsa da, nəzərə alınmalıdır ki, Moskva Sovet İttifaqı kimi nəhəng hərb imperiyasının varisidir və kifayət qədər güclü hərbi-sənaye kompleksinə malikdir. Bu arada Qərb mediası məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələri gün ərzində 4000-7000 artilleriya atəşi açırsa, Rusiya Silahlı Qüvvələri üçün bu göstərici 20000-50000 arasındadır.
Analitiklərin fikrincə, Rusiyanın gücü təkcə artilleriya ilə məhdudlaşmır. Problem həm də Qərbin Ukrayna üçün kifayət qədər silah istehsal etməməsindədir. Pessimist proqnozlara görə, ABŞ və Avropada mərmi istehsalının yetərsizliyi ucbatından Ukrayna Silahlı Qüvvələri hazırkı atəş sürətini davamlı saxlaya bilməyəcək. Qərbin artilleriya mərmiləri zavodlarının Ukrayna üçün lazımi sursat hazırlaması isə hələ bir neçə il çəkəcək.
Ukraynanın aqibəti...
Bəzi hərbi-siyasi mütəxəssislər Ukraynanın kaset sursatları ilə təmin olunmasının səbəblərini də məhz bununla əlaqələndirir. Berlekit yazır: “Nədən kaset silahları? Ona görə yox ki, onlar Ukraynaya lazımi imkanlar verəcək, sadəcə ona görə ki, bu, yeganə çıxış yolu kimi görünür. Qərb etiraf edir ki, kasetli sursatlar mərmi çatışmazlığı səbəbindən Kiyevə verilir. Onlar etiraf edirlər ki, artıq ukraynalıların silah-sursatı tükənir”.
Analitikin fikrincə, müharibənin nəticəsi necə olur olsun, Ukrayna xalqının uzun illər məruz qalacağı əzabları nəzərə alaraq, Kiyevin qadağan olunmuş kasetli sursatlarla təmin edilməsi qərarını müdrik adlandırmaq olmaz. Bütün deyilənlər? baxmayaraq, ABŞ kimi dünya gücü sayılan ölkədə silah çatışmazlığı kimi bir problemin olması inandırıcı deyil. İstənilən halda görünən odur ki, müharibə mümkün qədər uzanacaq. Berlekitin fikrincə: “Ukraynanı ağır və çətin sınaq gözləyir. Ölkə kasetli silahlarla bombalanacaq. Müharibə bitdikdən sonra uzun illər ərzində minlərlə mülki insan bu bombalara tuş gəlib həlak olacaq”.
Göründüyü kimi, Qərb analitikləri, hərb mütəxəssisləri də Kiyevin kaset sursatları ilə təmin edilməsi qərarını birmənalı qarşılamır. Onların fikrincə, bu addım heç bir tərəfi hərbi cəhətdən gücləndirməyəcək və Rusiyanın əldən düşməsini təmin etməyəcək.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
