ABŞ Türkiyəyə F-16-lar satacaqmı?
11.07.2023 [10:57]
Prezidentlərin son telefon danışığında müsbət nəticə əldə olunub
Nardar BAYRAMLI
Türkiyə ilə ABŞ arasında F-16 qırıcı təyyarələrinə dair müzakirələr müsbət nəticə verməkdədir. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın jurnalistlərə verdiyi məlumata görə, Prezident Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə F-16 qırıcılarının tədarükünün Birləşmiş Ştatların maraqlarına uyğun olduğunu bildirib. Ankaraya döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyəti şərh edən Ceyk Sallivan qeyd edib: “Bayden açıq və ardıcıl şəkildə F-16-nın satışının müttəfiqlik və ikitərəfli ABŞ-Türkiyə münasibətləri üçün məqsədəuyğun olduğunu bildirib. Bu, bizim marağımızdadır”.
F-16-ların verilməsi ABŞ-ın marağındadır
Xatırladaq ki, ABŞ administrasiyası hələ ötən il bu məsələ ilə bağlı Konqresə göndərdiyi məktubda da bu mövqeyini ifadə etmişdi. Amma məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix göstərilməmişdi.
Türkiyə dünyanın, o cümlədən regionun aparıcı dövlətidir. Son 10-15 il ərzində regionda baş verən mürəkkəb proseslər və təhdidlər fonunda Türkiyə regionda daha da fəallaşmağa başlayıb. Belə bir şəraitdə Türkiyə hərbi gücünü artırmaq və hava məkanını daha etibarlı qorumaq üçün NATO müttəfiqi olan ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də F-16 və F-35 hərbi təyyarələri almaq üçün müraciət etmişdi. 2012-ci ilin noyabrında Türkiyə Suriya ilə sərhədinin yaxınlığındakı ərazisində “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı NATO-ya ərizə ilə müraciət etmişdi. Alyans rəhbərliyi kimyəvi hücum təhlükəsinə görə həmin ilin dekabr ayında raketlərin göndərilməsi ilə bağlı qərar qəbul etdi. “Patriot” kompleksləri Ankaraya alyans üzrə müttəfiq ABŞ, Almaniya və Niderland tərəfindən ayrılmışdı. “Patriot” raket-zenit kompleksləri Türkiyəyə 2013-cü ilin yanvarında gətirilmişdi. Bu sistemlərin Türkiyə ərazisində yerləşdirilməsində məqsəd Suriya tərəfindən mümkün hücumların qarşısını almaq idi. Müttəfiqlər bu müdafiə sistemini Türkiyəyə icarəyə vermişdi. Həmin razılaşmanın müddəti 2015-ci ilin yanvarın sonunda başa çatdı. Lakin müttəfiqlər müxtəlif bəhanələrlə müqavilə müddətini uzatmadılar. Amsterdamın ardınca ABŞ və Almaniya “Patriot”ları Türkiyə ərazisindən çıxardı. Buna alternativ olaraq heç bir təklif irəli sürülmədi.
ABŞ hərbi təyyarələrini Türkiyəyə niyə satmaq istəməyib?
ABŞ F-35 və F-16-ların, eləcə də “Patriot” HHMS-ni Türkiyəyə satışını müxtəlif bəhanələrlə uzatdığı üçün Ankara 2017-ci ilin dekabrında Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzaladı. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında münasibətlərdə müəyyən gərginlik yaratdı. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb etdi. Əks-təqdirdə ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirdi. Lakin Ankaranın Rusiya ilə müqaviləni pozmadığı üçün Türkiyənin proqramdakı iştirakı dayandırıldı. Halbuki, Türkiyə F-35 layihəsinin 9 həmmüəllifindən biridir və proqrama milyardlarla dollar sərmayə qoyub.
Beləliklə, Qərbdən və NATO-dan olan müttəfiqlərinin laqeydliyi Türkiyənin Rusiya ilə hava hücumunda müdafiə sistemi üzrə əməkdaşlığına səbəb oldu. Nəzərə almaq lazımdır ki, Türkiyə münasibətlərin qurulmasında üstünlüyü, ilk növbədə, Qərb siyasi blokundan olan müttəfiqlərinə verib. Rusiya ilə münasibətlər daha çox regional əməkdaşlığa əsaslanır. Bütün bunlarla yanaşı, Türkiyə artıq hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb.
Onu da qeyd edək ki, hələ ötən il xarici KİV-lərdə məlumat yayılmışdı ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 təyyarəsinin “Blok 70” konfiqurasiyasını sifariş verib. Bundan başqa, Ankara daha 80 ədəd F-16-nın modernləşdirilməsini istəyib. F-16-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) əsas zərbə qüvvəsindən biridir.
Modernləşdirilmiş F-16-lar həm aparat, həm də proqram təminatında F-35 və F-22 radarlarına bənzəyən APG-83 adlı radar ilə təchiz edilib. Bu radarlar daha sürətlə ərazini daraya və bir çox hədəfi daha yaxşı izləyə bilir. Radarlar radioelektron mübarizə vasitələrinə müqavimət göstərə, həm hava, həm quru, həm də dəniz hədəflərini eyni anda izləyə bilər. Təyyarə, həmçinin yeni qabiliyyəti ilə radar istifadə etmədən bölgədəki hədəfləri passiv şəkildə aşkar edə və izləyə biləcək.
Türkiyə niyə əlavə F-16-lar almağa qərar verib?
S-400 zenit-raket komplekslərinin Rusiyadan alınmasından sonra Türkiyənin ABŞ tərəfindən F-35 proqramından çıxarılması ölkənin HHQ-sində yeni axtarışlara səbəb oldu. Ankaranın öz imkanları ilə inkişaf etdirdiyi Milli Döyüş Təyyarəsinin (MMU) kütləvi istehsalının 2030-cu ilədək çəkəcəyi ehtimal edilir. Hər il orta hesabla 24 təyyarə istehsal ediləcəyi üçün milli döyüş təyyarələrinin Türkiyə Hərbi Hava Qüvvələrinin mövcud parkını əvəz edə biləcək saya çatması 2040-cı illərə təsadüf edə bilər.
İndiyədək Türkiyə tərəfindən yeni təyyarələr almaq əvəzinə, mövcud olanları modernləşdirmək üçün də səylər göstərilib. “Blok 30” konfiqurasiyasından olan F-16-lar Türkiyənin TUSAŞ şirkəti tərəfindən modernləşdirilir. Bu modernləşmə ilə onların uçuş müddəti 8000 saatdan 12000 saata qədər artırılır. ABŞ-dan yeni F-16-ların alınması isə Türkiyənin müdafiə qabiliyyətini və hərbi gücünü əhəmiyyətli dərəcədə artıracaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

