11-ci sanksiya hücumu...
12.05.2023 [10:40]
Mübariz ABDULLAYEV
Artıq bir ildən çoxdur ki, davam edən və hər iki tərəfin böyük itkilər verdiyi Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni proseslər müşahidə edilməkdədir. Müharibədə Ukrayna tərəfində çıxış edən kollektiv Qərb Rusiyaya təzyiqləri artırır. Məqsəd şimal qonşumuzu yoraraq zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Bu günlərdə Avropa İttifaqının (Aİ) rəsmiləri Rusiyaya qarşı çoxdan müzakirəsi aparılan yeni sanksiyalar paketi üzərində işlərin tamamlandığını və sənədin üzv ölkələrə göndərildiyini bəyan ediliblər
Sanksiyalar müharibəsi
Rusiya-Ukrayna müharibəsi çox doğru olaraq həm də sanksiyalar müharibəsi kimi səciyyələndirilir. Xatırladaq ki, indiyədək Aİ mərhələlərlə şimal qonşumuza qarşı 10 sanksiya tətbiq edib. Bu sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. 1275 Rusiya vətəndaşı sanksiyalar altındadır, 200-ə yaxın qurumun aktivləri dondurulub, hüquqi şəxslərə qarşı 435 məhdudlaşdırıcı tədbir tətbiq edilib.
Rusiyadan enerji daşıyıcılarının ixracına qoyulan məhdudiyyətlər bu ölkə üçün daha böyük itkilər deməkdir. Qərbin şimal qonşumuza qarşı neft sanksiyaları ötən il dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel yuxarı qiymət limiti qoyub. Buna cavab olaraq Rusiya tavan qiymətindən istifadə edən ölkələrə enerji daşıyıcılarının ixracını dayandırıb
Tətbiq olunan qadağaların nəticəsi olaraq şimal qonşumuzun Avropaya enerji daşıyıcılarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Enerji daşıyıcılarının ixracının məhdudlaşması fonunda Rusiyanın neft-qaz gəlirlərinin 40 faizədək azaldığı bildirilir. Gəlirlərin azalması Rusiyada ciddi maliyyə sıxıntılarına səbəb olur. Bu, rəsmi səviyyədə də etiraf olunur. “Sanksiyalardan sonra bazara qarşı sərt tədbirlər görülüb. İqtisadiyyatımız sanksiyalar səbəbilə çətin bir struktur transformasiya prosesinə girir. İlk növbədə maliyyə sektorumuza təsir edən sanksiyalar indi daha çox iqtisadiyyatın real sektorlarına təsir etməyə başlayacaq”, - deyə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dumada çıxışı zamanı bildirib.
Rusiyadan enerji daşıyıcılarının ixracının məhdudlaşdırılmasına və bunun nəticəsi olaraq ölkənin gəlirlərinin azalmasına nail olan Qərb dayanmaq niyyətində deyil. “Qoca qitə”də Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi gündəlikdədir və bununla bağlı müzakirələr aparılaraq müxtəlif variantlar irəli sürülür. Qərbin beyin mərkəzləri yenə də Rusiyanın enerji sektorunu hədəfə alıblar. Məsələn, Rusiyadan ixrac olunan neftin hər bareli üçün müəyyənləşdirilən 60 dollarlıq tavan qiymətinin aşağı salınması təklif olunur. Qərb analitiklərinin qənaətlərinə görə, qiymət tavanının bir barel neft üçün 60 dollardan 25-35 dollara endirilməsi yenə də Rusiyanın istehsal və nəqletmə xərclərindən yüksək olacaq, lakin ölkənin neft ixracından əldə etdiyi gəliri gündə ən azı 100 milyon avro azalacaq. Rusiya indiyədək qiymət həddinə tabe olan gəmilərlə 3,1 milyard avro dəyərində xam neft göndərib. Qiymət həddinin aşağı salınması ilə yanaşı, görülən digər tədbirlər, məsələn, uyğunsuzluğa görə daha sərt cəzalar və tankerlərin satışına əlavə sanksiyalar qalıq yanacaq gəlirlərini gündə daha 200 milyon avro azalda bilər.
Məhdudiyyətlərdən yayınmaya “qırmızı işıq”
“Rusiyaya qarşı yeni, sayca 11-ci sanksiyalar paketi barədə Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen mayın 9-da Kiyevə səfəri çərçivəsində danışıb. Avropa Komissiyasının rəhbəri prezident V.Zelenski ilə görüşündə “Rusiyaya qarşı daha çox sanksiya” anonsu edib. Kiyevdə təşkil olunan brifinqdə isə Ursula Fon der Lyayen bildirib: “Birincisi, biz artıq mövcud olan məhdudiyyətləri dəqiqləşdiririk və idxal qadağası siyahısına daha çox məhsul növləri, xüsusən də üçüncü ölkələrə, sonra isə Rusiyaya gedən ən son texnologiya və ya təyyarə hissələri əlavə edirik. Əgər görsək ki, Avropa malları üçüncü ölkələrə gedir, sonra da Rusiyaya ötürülür, Avropa Komissiyası üzv dövlətlərə bu malların ixracına qarşı sanksiyalar tətbiq etməyi təklif edə bilər”.
Fikirlərinə davam edən Ursula Fon der Lyayen sanksiyaların Rusiyaya böyük zərbə vurduğunu xüsusi olaraq diqqətə çatdırıb: “Digər element Rusiya Federasiyasından və üçüncü ölkələrdən sanksiyaları qəsdən pozan kölgə təşkilatlarına qadağa qoyulmasıdır. Sanksiyalarımız işləyir. Məsələn, biz Rusiyadan idxalımızı təxminən üçdə iki dəfə azaltmışıq. Bu, Rusiyanın gəlirlərinə böyük zərbədir. Biz artıq 10 sanksiya paketi tətbiq etməklə Kremlə ağır hesab ödətmişik. Komissiya 11-ci paket üzrə təklifləri təsdiqləyib ki, bu paket məhdudiyyətlərdən yayınmanın qarşısının alınmasına yönələcək. Biz tərəfdaşlarla, o cümlədən G7 ölkələri ilə bu məsələ üzərində işləyirik”
11-ci sonuncu olmayacaq
Avropa Komissiyasında təsdiqlənən 11-ci sanksiyalar paketi hazırda Aİ ölkələrinin müzakirəsindədir. Rusiyaya qarşı yeni sanksiyalar paketinin bütün detalları tam açıqlanmasa da, bəzi məqamlar mətbuata sızdırılıb. “Bloomberq”-in məlumatına görə, yeni qadağalar malların Rusiya ərazisindən tranzitini əhatə edə bilər. Agentlik əminliklə yazır ki, sanksiyalar İranın, Çinin, Ermənistanın və bəzi digər ölkələrin 35 şirkətini əhatə edəcək. Bundan başqa, Rusiyanın hələlik adları və vətəndaşlığı açıqlanmayan 70-ə yaxın fiziki şəxsi də “qara siyahı”da yer alacaq. Rusiyanın informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərinin, bəzi KİV-in adlarının da yeni sanksiyalar paketinə salındığı bildirilir.
Bununla belə, Avropa Komissiyasının hazırlayıb təsdiqlədiyi 11-ci sanksiyalar paketinə münasibət qoca qitənin özündə də birmənalı deyil. Ayrı-ayrı ölkələr yeni sanksiyalar paketi ilə bağlı narazılıqlarını ifadə ediblər və Avropa Komissiyasını Rusiyaya qarşı daha sərt sanksiyalar paketi hazırlamamaqda günahlandırıblar. Məsələn, Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketini “genişəhatəli adlandırmaq mümkün deyil”. “Etiraf etmək lazımdır ki, bu, böyük paket olmayacaq. Mahiyyət etibarı ilə sənədə yeni müəssisələrin və sahələrin adları daxil edilməyib, halbuki, biz bunu təklif etmişdik”, - deyə nazir vurğulayıb. Qabrielyus Landsberqis bütün bunları “ümumi razılığa gəlinməməsi” kimi dəyərləndirib.
Avropa Komissiyasının təklif etdiyi yeni sanksiyalar paketi barədə Almaniyanın kansleri Olaf Şolts da danışıb. O bildirib ki, Avropa Komissiyasının Rusiyaya qarşı hazırladığı 11-ci sanksiyalar paketi sonuncu olmayacaq. “Biz sanksiya tədbirlərinin gələcəkdə daha səmərəli olması üzərində işləyirik. Bu, daimi işdir”, - deyə Almaniyanın kansleri mətbuat konfransında bildirib.
Dondurulmuş aktivlərin taleyi
Bu arada Rusiya Mərkəzi Bankının İsveçrədə dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi məsələsi yenidən gündəmə gəlib. Bundan əvvəl Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis məsələ ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırmışdı. Nazir KİV-ə bildirib ki, Rusiyaya məxsus aktivlərin Ukraynaya köçürülməsi ideyasını dəstəkləyir, lakin İsveçrə bankları bu mövqeyə qəti şəkildə qarşı çıxırlar. Buna səbəb olaraq göstərilir ki, belə qərarın verilməsi maliyyə sektoruna ağır zərbə vuracaq və aktivlərin müsadirəsi ölkə qanunlarına ziddir. Onun sözlərinə görə belə bir sual, demək olar ki, bütün Avropa ölkələrinin və bir çox başqa dövlətlərin hakimiyyətləri qarşısında durur. “Tapılan həllər Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olmamalıdır, çünki mülkiyyət hüququ hər kəsin ayrılmaz hüququdur. Vurulan ziyan bərpa edilməlidir, bu prinsip qüvvədə qalır. Amma qanun çərçivəsində hərəkət etmək lazımdır. Bu günə qədər İsveçrədə dondurulmuş vəsaitlərin müsadirəsi üçün heç bir hüquqi əsas yoxdur”, - deyə İqnazio Kassis əlavə edib.
Belə görünür ki, İsveçrə bəhs olunan məsələ ilə bağlı müzakirələrə nöqtə qoyacaq. Bu günlərdə İsveçrənin iqtisadiyyat üzrə dövlət katibliyinin rəsmi nümayəndəsi Fabian Mayenfiş bildirib ki, ölkəsi Rusiyanın Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin Ukraynanın bərpasına yönəldilməsini mümkün sayır. O, Rusiya aktivlərinin Ukraynanın ehtiyaclarına yönəldilməsi ilə bağlı Avropa Komissiyasında aparılan müzakirələri yaxından izlədiklərini deyib
Qeyd edək ki, təkcə Rusiya Mərkəzi Bankının İsveçrədə dondurulmuş aktivlərinin ümumi məbləği 7,4 milyard franka (8.3 milyard dollar) bərabərdir. İsveçrədə Rusiyanın dondurulmuş digər aktivlərinin məbləği isə bundan daha çoxdur.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
