İsrail ilə Livan arasında üçüncü gərginlik fazası
08.04.2023 [10:56]
Oxlar Hizbullahı göstərir...
Livanın İsraili bombalamasının “sifarişçisi” Tehrandırmı?
İsrailin şimal əraziləri Livandan atılan raketlərlə atəşə məruz qalıb. Bununla bağlı məlumatı İsrailin Müdafiə Ordusu (SAXAL) yayıb. Məlumatda qeyd olunur ki, Livan tərəfindən atılan yaxınmənzilli raketlərdən biri yanacaqdoldurma məntəqəsinə düşüb. Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, baş verən yanğın nəticəsində üç İsrail vətəndaşı xəsarət alıb. İsrail tərəfi atılan raketlərin əksəriyyətinin “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb.
İsrailin xarici işlər naziri Eli Kohen isə məsələ ilə bağlı bildirib ki, heç kim bizi sınamasın, ölkəmizi, xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik. O vurğulayıb ki, İsrail cənubdan və şimaldan raket təhlükəsi ilə üz-üzədir: “Beynəlxalq ictimaiyyəti İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyanlara açıq bəyanat verməyə çağırıram”.
Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Livandan belə intensiv raket hücumları olmayıb. Xarici mətbuatın məlumatına görə, hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib, lakin raketlər Livan Hizbullah hərəkatının Məbəd dağında baş verən toqquşmalardan sonra fələstinlilərin İsrailə qarşı görə biləcəyi “hər bir tədbiri” dəstəkləyəcəyini bildirdikdən bir neçə saat sonra atılıb.
İkinci Livan müharibəsi - İsraillə “döyüşmək” Hizbullahın marağındadır?
Vurğulayaq ki, İsrail ilə Livan arasında siyasi-hərbi gərginliklər artıq uzun illərdir davam edir. Hətta 1975-1990-cı illər aralığında Livanda baş vermiş vətəndaş müharibəsi belə son hədəf olaraq İsrailə qarşı istiqamətlənmişdi. 1990-cı il proseslərinin ardından 1991-ci il martında Livan Parlamentinin çıxardığı əfv qanunu ilə bütün siyasi günahkarlar sərbəst qalmışdı. 1991-ci il may ayında isə əksəriyyəti Hizbullah xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan ordusu təkrar yaradılmışdı.
2006-cı ilin iyulun 12-dən avqustun 14-nə kimi davam edən İkinci Livan müharibəsi də Hizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında davam etmiş olan silahlı qarşıdurma kimi tarixə düşmüşdü. Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006 tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdı. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına “Katyuşa” mərmiləri göndərməsi isə İsrail tərəfindən Livanın döyüş hərəkəti (“act of war”) kimi şərh edilmişdi. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdi. Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar, uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdı.
Bu günün rakursundan baxdıqda isə, hərbi toqquşmalar 2006-cı ildə “məhdudlaşdırılsa” da, mübarizə günümüzə qədər davam etməkdədir. Siyasi böhranlar, kənar müdaxilələr, Livanın İsrailə qarşı təhdidinin formalaşdırılması kimi amillər bu iki dövlət arasında gərginliyi səngiməyə imkan vermir.
Haşiyəyə çıxmaq gərəkirsə, Livanın siyasi iderəçilik modelinə baxış bu məsələdə mütləq şərt rolunu oynayır. Belə ki, yarım əsrdən artıq mövcud olan dövlət quruluşunun “Livan modeli” (konfessionalizm) 1943-cü ildə Livanın Fransadan müstəqillik əldə etməsi prosesində yaradılıb. Bütün dini konfessiyaların ali hakimiyyətə az-çox bərabər çıxışını təmin etmək üçün aşağıdakı tendensiya formalaşdırılıb:
-ölkənin prezidenti maronit xristian;
- baş naziri sünni müsəlman;
- parlamentin sədri isə şiə məzhəbindən olmalıdır. Konstitusiyaya görə, Livan parlamentli respublikadır. Qanunvericilik hakimiyyəti isə 4 il müddətinə birbaşa seçilən 128 deputatdan ibarət Livan Parlamenti - Nümayəndələr Assambleyasıdır. Parlament prezidenti seçir, hökumətin tərkibini təsdiq edir, respublikanın qanunlarını və büdcəsini təsdiqləyir.
İran Livan siyasətindən əl çəkmir - Həriri “əməliyyatı”nın pərdə arxası yenidən aktuallaşır
Son seçkilərdə isə Livanda Hizbullahın səs sayları artır. Eyni zamanda, seçkilərdə iştirak edən digər şiə təmayüllü partiyalar (Amal hərəkatı) Hizbullahla birgə koalisiya yarada və parlamentin verdiyi qərarlara təsir göstərə bilirlər. Eyni zamanda, son dövrlərdə Livanda baş verən siyasi böhranın da təməlində məhz Hizbullahın dayandığı iddia olunur. Belə ki, ötən ilin mayında keçirilən seçkilərdə də şiə təmayüllü partiyaların daha çox səs qazanmasının ardından Amal Hərəkatının liderlərindən olan Nəbi Berri 30 illik parlament sədrliyi fəaliyyətini davam etdirdi.
Ümummiyyətlə, Livan ilə İsrail arasında baş verən münaqişələrin, toqquşmaların kökündə İran-Hizbullah faktorunun dayanması sirr deyil. Belə ki, hələ 2016-cı ildə sonuncu prezident Mişel Aun prezident seçildiyi zaman İran bundan olduqca məmnun olmuşdu - hətta o zaman XİN rəhbəri Məhəmməd Cavad Zərif Livana işgüzar səfər etmişdi və Livan ilə İran arasında iqtisadi- siyasi əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanların olduğunu vurğulamışdı. Nəzərə alınmalı idi ki, Mişel Aun siyasi fəaliyyəti dövründə hər zaman qatı anti-İsrail siyasəti ilə seçilib. Bu isə onun İranla yaxınlaşmasında əsaslı rol oynayıb.
Digər tərəfdən, vaxtilə Livanın baş naziri olan Rəfiq Həririnin qətli məsələsinin əsl səbəbləri yenidən aktuallışır - belə ki, 2005-ci ildə qətl edilmiş livanlı siyasətçi Hizbullaha qarşı idi. Onun qətlində beynəlxalq aləm Suriya tərəfini günahkar “elan etsə də”, rəsmi qərarın daha uzaqdan gəldiyi hiss olunurdu. Çünki məhz Hərininin öldürülməsi ilə Hizbullahın İsrailə hücumuna start verilmişdi.
Rəfiq Həririni oğlu Səəd Həriri də prosesə vaxtında reaksiya verməsəydi, eyni aqibəti yaşayacaqdı. Belə ki, 2016-cı ildə prezident seçilən Mişel Aun 18 dekabr 2016 -cı ildə Həririnin ikinci dəfə baş nazir vəzifəsinə təyin etdi. 4 noyabr 2017-ci ildə isə Həriri Səudiyyə Ərəbistanın televiziyasında bəyanat yaydı - Həriri İranın və Hizbullahın Yaxın Şərq regionunda siyasi təzyiqlərini artırması və sui-qəsdlərdən qorunması ilə bağlı olaraq vəzifəsindən istefa verdiyini bildirdi. Livan hökumətinin əksəriyyəti onun qaytarılmasını tələb etsə də, Həriri qayıtmadı. İran rəsmiləri isə onun bu açıqlamaları Riyadın basqısı altında verdiyini və girov götürüldüyünü iddia edirdilər.
Tehranın Livan üzərindən “xəbərdarlıqları”...
İranın son “fəallıqlarının” regionda yeni distabilliyə kökləndiyi sirr deyil. Nəzərə alınmalıdır ki, həm Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmini, həm də Orta Şərq siyasətində yeni çalarların meydana çıxması mühüm yeniliklər və çağırışlar formalaşdırır. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir. Məsələn, Türkiyənin timsalında bəzi dövlətlər bu təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün çalışır, Yaxın Orta Şərqin stabil inkişafı üçün yeni əməkdaşlıq platformaları müəyyənləşdirir. Bunun qarşılığında isə İranın timsalında bəziləri bölgədə terrorun inkişafına açıq dəstək verir, sülhün formalaşmasına, yeni iqtisadi layihələrin reallaşmasına mane olmağa cəhdlər göstərir. Baş verən proseslər yaxın zamanda Orta Şərq regionu üçün də yeni iqtisadi nizamın formalaşdırılacağından xəbər verir. İran isə ciddi-cəhdlə bu yeni nizamın formalaşması prosesində iştirak etmək istəyir - səbəb bəllidir:
- Orta Şərqdə fəaliyyət göstərən bəzi terror təşkilatları İranın himayəsi altındadır;
- İran yeni dövrdə özünün aqibəti üçün çox narahatdır;
- Daxili gərginlikləri azaltmaq üçün guya xarici müstəvidə “əməkdaşlıqları” gücləndirmək, köhnə “düşmənlərlə” yeni müharibə ab-havası yaratmaqdır.
Regionda meydana çıxan yeni iqtisadi-siyasi, hətta hərbi çağırışlar həm də yeni mərhələdə yeni siyasi nizamı formalaşdıracaq. Xatırladaq ki, İranın “təhdid” adlandırdığı regionlar yeni Şərq-Qərb tranzitinin əsas stansiyalarıdır. İsrail ilə əməkdaşlığın gücləndirilməsi fonunda Azərbaycanın da prosesdə iştirakı Tehranın ürəyincə deyil. Yaxın Orta Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin birliyi İranı bu regionda “ofsayd” vəziyyətinə salır - yeni iqtisadi nizamda Tehran çıxdaş olunur.
Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açması, İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edib. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyub. İranın isə qorxduğu amil həm də budur. Tehranın Livan üzərindən “xəbərdarlıqlarının” arxasında həm də ürkəklik dayanır. Çünki:
- Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər;
- Yaranan siyasi üçbucaq böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır;
- Bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur.
Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verəcək. İranın, Ermənistanın timsalında regional təhlükəsizliyə təhdid yaradan qüvvələrin isə bu yaxınlaşmadan narahatlıq keçirməsi təbiidir. Qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən bu kimi ölkələr yeni yaranan siyasi-hərbi reallıqları narahatlıqla izləməkdədir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
