Avropalı deputatlar - ikili standartların əsirləri
27.09.2014 [10:30]
Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qətnamə qəbul edib. Heç nə dəyişməyib - əvvəlki qərəzli mövqe qalmaqdadır. Sənədi qəbul edənlərin əksəriyyəti ermənipərəst mövqedə olanlardır. Ancaq qətnamə bütövlükdə Avropa Parlamentinin adından gedir. Belə təəssürat yaranır ki, Qərb hələ də başına gələnlərdən dərs almır. Özünü dünyanın ağası kimi aparmağın hansı fəlakətlərə aparıb çıxara biləcəyini dərk etmir. Avropalı deputatlar Azərbaycanda cinayət törətmiş, dövlətçiliyə qarşı çıxmış, başqa ölkənin xüsusi xidmət orqanları ilə əlbir olmuş adamların hüquqlarının müdafiəsindən danışır. 20 ildən çoxdur ki, öz yurdundan didərgin düşmüş 1 milyondan artıq insanın hüquqlarını isə qətiyyən yada salmırlar. Avropa bu əməlləri ilə sonu yaxşı olmayan yol seçdiyini göstərir.
Növbəti qətnamə: köhnə mahnının yeni ifası
İkili standartlar davam edir. Qərb hələlik baş verənlərdən heç bir nəticə çıxarmaq istəmir. Xatırlayırsınızsa, Serj Sarkisyan NATO-nun Uels sammitindən başıalovlu İrəvana gələrək partiyasının fəallarını toplamışdı. O, Azərbaycanın siyasi-diplomatik sahədə uğurlar əldə etdiyindən danışmış və bütün üsullardan istifadə edərək, cavab tədbirləri görmək vəzifəsini qarşıya qoymuşdu. Rəsmi İrəvanın isə yalnız bir iş üsulu var ki, bu da şantaj və böhtandır!
Bunlar məlumdur. Düşündürücüsü və təəssüf doğuranı isə odur ki, Qərbin nəzarətində olan təşkilatlar asanlıqla etməni təxribatına uyurlar. Təbii ki, burada daha dərin mexanizmlərin işlədiyindən dünya xəbərdardır. Eyni zamanda, Avropa Parlamenti kimi mötəbər qurumda bir pis ənənə özünü göstərməkdədir. Məhdud sayda deputatlar bütöv Parlamentin adından hansısa sənədi qəbul edir.
Məsələn, 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentinin 754 üzvündən cəmi 40-50 arası deputatın iştirakı ilə Azərbaycanla bağlı sənəd qəbul ediblər. Elə o zaman da avropalı millət vəkillərinin bir qrupu tələsik davranmışdılar. Onların əsas məqsədi anti-Azərbaycan xarakterli qətnamə qəbul etmək idi. Görünür, vəziyyət hələ də dəyişməyib.
Bu günlərdə həmin ssenari təkrar olundu. Cəmi 46 deputat Azərbaycanda guya hüquq müdafiəçilərinin hüquqlarının pozulduğunu ifadə edən sənəd qəbul etdilər. Avropa Parlamenti bütövlükdə Azərbaycanda insan hüquqlarının vəziyyətinin yaxşı olmadığını dünyaya car çəkir, başqa dövlətlərin xüsusi xidmət orqanlarına xidmət edənlərin azadlığa buraxılmasını tələb edir (bax: məs.,European Parliament resolution on the persecution of human rights defenders in Azerbaijan / europarl.europa.eu, 17 sentyabr 2014).
Bununla Avropa Parlamentinin bir qrup deputatı R.Mirqədirov, L.Yunus, A.Yunus kimi insanların öz vətənlərinin əleyhinə düşmənə satılmasını göz ardına alırlar. Ancaq onu da unutmayaq ki, bu kimi sənədlər bütövlükdə Parlamentin adından yayılır. Həmin səbəbdən biz təşkilatın yeritdiyi ikili standartlardan danışmaq məcburiyyətindəyik.
Burada iki məqam üzərində dayanmağa ehtiyac var. Birincisi ondan ibarətdir ki, Avropa Parlamenti daim anti-Azərbaycan mövqeyində olan, dövlətçiliyə və cəmiyyətə təhlükə kəsb edən şəxsləri və qurumları müdafiə edir. Buraya həm də QHT-lər daxildir. Müxtəlif qrantlar alaraq onlar vətəndaşı olduqları ölkənin bütövlüyünə ziyan verən işlər görürlər. Məhz belə əməllərin sahiblərini Qərb demokrat, hüquq müdafiəçisi, haqq carçısı və s. adlandırır, özünə gəldikdə isə, tamamilə başqa terminologiyalardan istifadə edir.
Bunları artıq demək olar ki, hamı bilir. Maraqlıdır ki, Qərb həmin saxta və ikili siyasətindən əl çəkmir. Azərbaycan vətəndaşları dövlətin əleyhinə çalışan yunusovları avropalılardan yaxşı tanıyırlar. Onlar hansı məntiqlə azadlığa buraxılmalıdırlar? Onda Azərbaycan vətəndaşları rəsmi orqanları təhlükəsizliklərini təmin etməməkdə ittiham etməzlərmi? Biz sakit yaşamağı, cəmiyyətin inkişaf etməsini və ölkənin ərazi bütövlüyünün təmin olunmasını tələb edirik. Hakimiyyət də cəmiyyətin bu tələbinə uyğun olaraq lazımi addımları atır. İnsanlar ötən əsrin 90-cı illərindəki vəziyyətə qayıtmaq istəmirlər.
Ermənistan prezidenti S.Sarkisyanı narahat edən də elə bu məqamdır - Azərbaycanda qarışıqlıq yarada bilmirlər, təxribatlar baş tutmur. Əvəzində, Bakı öz haqqını daha qətiyyətlə tələb etməyə başlayıb. Belə çıxır ki, beynəlxalq təşkilatlar bir sıra məqamlarda haqlının deyil, təcavüzkarın tərəfində durur. Bunun bir sonu olmalıdır.
İnsan haqları – manipulyasiya predmeti
İkincisi, Avropa Parlamenti heyrətamiz susqunluqla regionun digər dövlətlərində insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etmir. Konkret faktlar da vardır. Məsələn, 20 ildən çoxdur ki, Ermənistan 1 milyondan artıq azərbaycanlını deportasiya edib, öz yurdlarından didərgin salıb. Hansı səbəblərdən Avropa Parlamenti mütəmadi olaraq bununla bağlı qətnamə qəbul etmir. Niyə İrəvandan öz torpaqlarından qovduğu insanların hüquqlarının təmin edilməsi tələb olunmur?
Bu problemi həll etmədən Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olanların hüquqlarından danışmaq ədalətsizliyin ifrat formasıdır. Açıq görünür ki, Qərb qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirir.
Bundan başqa, niyə Gürcüstandan deportasiya olunmuş Ahıska türklərinin öz vətənlərinə qaytarılması prosesi getmir? Niyə bununla bağlı Avropa Parlamenti sənəd qəbul etmir? Bəzi dairələr illərdir ki, süni manevrlər edir, problemin həllini uzadır, Qərb isə bütün bunları “görmür”! Ancaq region xalqları baş verənləri yaxşı görür və yaddaşında saxlayır. Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının tam qorunub-qorunmadığı haqqında avropalı deputatların təsəvvürü varmı?
Anti-Azərbaycan xarakterli əvvəlki sənədlər kimi, Avropa Parlamentinin bu qətnaməsi də tarixin arxivindən başqa bir yerə yaramır. Əslində, burada Azərbaycan dövlətçiliyinə nə kimi zərər yetirilə biləcəyindən söhbət belə getmir. Bizim üçün düşündürücü odur ki, Qərb bir tərəfdən Azərbaycanın enerji potensialından maksimum xeyir götürməyə çalışır, digər tərəfdən isə dövlətçiliyimizə, milli təhlükəsizliyimizə zərbə vuranlarla bir sırada durur.
Dünyada gedən geosiyasi proseslər, Qərbin özünün təhlükəsizliyi müstəvisində bu tendensiyanı doğru hesab etmək çətindir. Joze Manuel Barrozu Bakıda Azərbaycanın XXI əsrin Avropa üçün strateji əhəmiyyət daşıyan layihəsini həyata keçirməsindən ağızdolusu danışır. Strasburqda isə bir qrup avropalı deputat anti-Azərbaycan məzmunlu, qərəzli bir qətnamə qəbul edir. Avropa İttifaqı öz daxilində özünü göstərən bu kimi ziddiyyətli məqamların aradan qaldırılması haqqında fikirləşməlidir. Əks halda, bu təşkilatın gələcəyi ilə bağlı bədbin ssenarilərin reallaşması qaçılmaz olacaqdır.
Problemə regional təhlükəsizlik aspektində yanaşdıqda da, ciddi təhlükələr gözə çarpır. İndiyə qədər separatçılığa dəstək verməklə və Qərbin təklif etdiyi təhlükəsizlik modellərindən yayınmaqla rəsmi İrəvan qeyri-müəyyən geosiyasi mənzərənin yaranmasına səbəb olub. O, regionda fəaliyyət göstərmək üçün bir sıra pozucu kənar qüvvələrə “yaşıl işıq” yandırıb. Deməli, Ermənistan faktiki olaraq regional əməkdaşlıq və təhlükəsizlik baxımından bölgədə pozucu əməllər törədir.
Bunun fonunda Azərbaycan inteqrasiyaya, regional əməkdaşlığa və təhlükəsizliyin təmininə dəstək verən layihələrin reallaşmasına xüsusi töhfələr verir. Azərbaycan əsgərləri beynəlxalq birliyin tərkibində müxtəlif regionlarda antiterror əməliyyatlarında yaxından iştirak edir. Təkcə regionun deyil, bütövlükdə Qərbin də enerji təhlükəsizliyinin təminində ciddi əməyi olan da Azərbaycandır. Bunlar o deməkdir ki, bu ölkə Qərblə əməkdaşlığa açıqdır, geosiyasi aspektdə heç bir təhlükə yaratmır, əksinə, bu istiqamətdə müsbət addımlar atır.
Bu halda Avropa Parlamenti qərəzli sənədlər qəbul etməklə kimlərə xidmət edir? Azərbaycanı özündən uzaqlaşdırmaqla digər neqativ hallarla yanaşı, öz təhlükəsizliyinə təhdidlər yaratmırmı? Qəribədir ki, Brüsseldə belə incə məqamlardan danışmırlar.
Azərbaycan hazırda elə inkişaf səviyyəsindədir ki, onun qarşısını kimsə kəsə bilməz. İşğal olunmuş torpaqların azad edilməsi günü də uzaqda deyil. Ölkə rəhbərliyi cəsarətlə bütün sahələrdə islahatları davam etdirir. Bu prosesdə uduzan Avropa İttifaqı ola bilər. Çünki belə getsə o, etibarlı tərəfdaşlarından birini itirə bilər. Brüssel bilməlidir ki, Qafqaz tarixən mürəkkəb region olub.
Newtimes.az
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

