Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə mediasının əsas mövzusudur

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə mediasının əsas mövzusudur

04.09.2014 [09:39]

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri Türkiyə mediasının əsas mövzusudur.
Anadolu xəbər agentliyi, “Sabah” və “Yeni Şəfəq” kimi beynəlxalq nüfuzlu qəzetlər Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi Azərbaycana ilk səfərini iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin bariz nümunəsi kimi təqdim edir.
Yerli KİV-lər Türkiyə dövlət başçısının Bakıda yüksək qonaqpərvərliklə qarşılanmasını, o cümlədən ölkə ictimaiyyətinin bu səfəri böyük maraq və sevgi ilə qəbul etməsini Azərbaycan xalqının Türkiyəyə olan tükənməz məhəbbəti kimi dəyərləndirir. Qeyd olunur ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dinamik inkişafı xalqlarımızın mənəvi sifarişinin, ortaq dəyərlərimizin qorunmasının vacibliyini ortaya çıxaran real həqiqətdir.
Ölkənin teleradio məkanında da ciddi müzakirə mövzusuna çevrilən səfərin ayrı-ayrı məqamları politoloqlar tərəfindən geniş şərh olunmaqda davam edir. Bir neçə televiziya kanalı səfərin təfərrüatları barədə Bakıdan canlı yayımla reportajlar verib.
Mütəxəssislər Rəcəb Tayyib Ərdoğanın ümumxalq səsverməsi yolu ilə Prezident seçilməsindən sonra Türkiyənin siyasi mühitində yaranmış yeni mənzərənin Azərbaycan-Türkiyə münasibətlərinin strategiyasında da yeni bir inkişaf mərhələsinin başlanğıcı olduğunu önə çəkirlər. Bildirilir ki, Prezident İlham Əliyev ilə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri Azərbaycan-Türkiyə qardaşlığını daha sıx tellərlə bir-birinə bağlayan mühüm amildir.

Paylaş:
Baxılıb: 1741 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30