USAID Azərbaycandakı fəaliyyətini qeyri-şəffaf və gizli əsaslarda qurur
16.07.2014 [09:56]
Layihələrin icrasında gizliliyin səbəbi bu qurumun fəaliyyətinin ölkənin qanunlarını pozması, dövlətçiliyə, milli maraqlara qarşı yönəlməsi ilə izah oluna bilər
Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda müstəqil medianın inkişafı üçün olduqca böyük həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan edib. Bununla bağlı mətbuatda yayılan məlumatlarda elanın vaxtının müddətinin çox qısa olduğu, yəni bu ilin 30 iyun - 7 iyul tarixlərini əhatə etdiyi bildirilir.
Qeyd edək ki, layihədə iştirak üçün müraciətlərə faktiki olaraq cəmi bir həftə vaxtın ayrılması bir çox potensial iştirakçıların layihədən kənarda qalması deməkdir. Çünki ayrılan müddət ərzində belə böyük qrant layihəsi üçün tələblərə cavab verən, normal layihənin hazırlanması mümkün deyil.
Məlumatlarda diqqət çəkən başqa bir məqam iri həcmdə maliyyənin ayrıldığı layihənin kifayət qədər ictimailəşdirilməməsidir. Adətən, qrant layihəsi elan olunarkən bu barədə məlumat bir çox media qurumlarına, eləcə də, qeyri-hökumət təşkilatlarına göndərilir, ictimaiyyətin bu barədə mümkün qədər geniş məlumatlandırılmasına çalışılır. Lakin USAID-in Azərbaycanda medianın inkişafı layihəsinin elanının saytlardan birində diqqət çəkməyən bir şəkildə yerləşdirilməsi ictimaiyyəti məlumatlandırmaqdan çox, şəffaflığın guya təmin olunduğunu əsaslandırmaq üçün formal addım təsəvvürü yaradır. Həmçinin, məlumatlara görə, USAID-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərbyönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Belə olan təqdirdə, USAID-in gizli qrant layihəsinin həqiqi məqsədi barədə suallar meydana çıxır.
USAID-in GİZLİ, QARANLIQ, QEYRİ-ŞƏFFAF YOLLARLA AZƏRBAYCAN MEDİASINA 2,4 MİLYON DOLLAR AYIRMAQDA MƏQSƏDİ NƏDİR?
Məlumatlara görə, sözügedən qrant layihəsinin məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanların kapitallaşdırılmasıdır. 3 il müddətinə nəzərdə tutulan layihədə əsas məqsəd sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir.
Əgər layihənin məqsədi, göstərildiyi kimi, həqiqətən də xoşməramlıdırsa, o zaman onun ictimaiyyətdən gizlədilməsinə heç bir ehtiyac olmamalıdır. Lakin böyük həcmdə maliyyənin yalnız müəyyən qrup təşkilatlara və ya şəxslərə verilməsinin nəzərdə tutulması barədə ehtimallar layihənin arxasında dayanan həqiqi məqsədlər barədə fikir yürütməyə əsas verir.
İlk növbədə qeyd edək ki, USAID-in rəsmi saytında da göstərildiyi kimi, qurumun məqsədi həm dövlətlərin inkişafına yardım etmək, həm də ABŞ-ın xarici siyasət maraqlarını təmin etməkdir. Belə olan təqdirdə, təşkilatın mediaya dəstək layihəsinin daha çox siyasi məqsəd daşıdığını, qurumun təmsil etdiyi ölkənin maraqlarına xidmət etdiyini söyləmək mümkündür.
Digər tərəfdən, böyük həcmdə qrant layihəsinin “mediaya dəstək” məqsədi güdməsi də diqqəti cəlb edir. Məlum olduğu kimi, hazırda dünya informasiya erası dövrünü yaşayır, informasiya siyasi, ictimai, iqtisadi, hərbi proseslərin ayrılmaz tərkib hissəsinə, bir çox hallarda aparıcı qüvvəsinə çevrilir. Məhz informasiya ilə ictimai rəyi yaratmaq, dəyişdirmək, yönləndirmək mümkündür.
Müəyyən məqsədlərə uyğun məzmunda informasiyanın yayılmasını təmin etmək üçün isə informasiya mənbələrinə nəzarətin ələ keçirilməsi, yeni mənbələrin yaradılması lazımdır. Əlbəttə ki, külli miqdarda vəsait hesabına hər hansı ölkə daxilindəki “beşinci kolon” funksiyasını yerinə yetirən media orqanlarının və QHT-lərin səfərbər edilməsi, ictimai rəyi yanıltmağa və idarə etməyə xidmət edən antimilli təbliğatın, dezinformasiyanın aparılması mükündür.
Buraya USAID-in beynəlxalq aləmdə o qədər də müsbət olmayan imicini də əlavə etsək, mənzərə bir qədər də aydınlaşır. Məlum olduğu kimi, dövlətlərin daxili işlərinə qarışdığı, siyasi qarşıdurmaları alovlandırmağa çalışdığı üçün USAID-in bir sıra ölkələrdəki ofislərinin fəaliyyəti dayandırılıb. Qurumun Azərbaycanda ötən illərdəki fəaliyyətinin də əsasən, müxalifyönlü, radikal siyasi düşüncəli qrupların dəstəklənməsinə və gücləndirilməsinə xidmət etdiyi məlumdur. Bu baxımdan, Azərbaycanda növbəti bələdiyyə və parlament seçkilərinin yaxınlaşdığını da nəzərə alsaq, USAID-in qarşıdakı 3 il üçün nəzərdə tutulan 2,4 milyon dollarlıq layihəsinin ölkədə seçkiqabağı və seçkilər dövründə ictimai-siyasi gərginliyin yaradılmasına yönəldildiyini ehtimal etmək mümkündür.
Yeri gəlmişkən, Azərbaycanda və digər ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn bənzər addımlar ABŞ-ın Milli Demokratiya İnstitutu, NED kimi tanınan Milli Demokratiya Fondu və digər təşkilatların fəaliyyətində də müşahidə olunub. USAID də daxil olmaqla bu təşkilatları birləşdirən cəhətlərdən biri də onların əməkdaşlıq etdikləri, layihələrinə cəlb olunan qurumlarının adlarının çox zaman gizli saxlanmasıdır. Belə gizliliyin səbəbi onların fəaliyyətinin ölkənin qanunlarını pozması, dövlətçiliyə, milli maraqlara qarşı yönəlməsi ilə izah oluna bilər.
ABŞ VƏTƏNDAŞLARININ ÖDƏDİYİ VERGİLƏR HESABINA MALİYYƏLƏŞƏN USAID MALİYYƏ MAXİNASİYALARI VASİTƏSİLƏ PULLARI AZƏRBAYCAN ÜZƏRİNDƏN SİLİR?
Qeyd edək ki, 51 milyard dollardan artıq maliyyə ehtiyatları olan USAID federal büdcədən, yəni ABŞ vətəndaşlarının ödədikləri vergilər hesabına maliyyələşir. Rəsmi şüarı “Amerika xalqından” olan USAID ölkələrdəki fəaliyyətini ABŞ əhalisinin adından icra edir. Lakin yəqin ki, ödədikləri vergilərin bir hissəsinin ayrı-ayrı ölkələrdəki stabilliyin pozulmasına yönəldilməsi, yaxud korrupsiya, çirkli pulların yuyulması yolu ilə mənimsənilməsi heç də əksər sıravi amerikalıların ürəyincə olmazdı.
Ümumiyyətlə, USAID-in başqa ölkələrdəki fəaliyyətinə ABŞ-ın özündə kifayət qədər tənqidi münasibət mövcuddur. Bu tənqidlər bir çox hallarda ABŞ vergiödəyicilərinin vəsaitlərinin israf edilməsi ilə bağlıdır. Üstəlik, USAID-in layihələrinin həyata keçirilməsi zamanı indiyədək çoxlu sayda korrupsiya, vəsaitin mənimsənilməsi halları aşkar olunub.
Təşkilatın fəaliyyətinin bəzi qaranlıq məqamları, eləcə də, Azərbaycanda 2,4 milyon dollarlıq bir layihənin diqqətdən kənarda saxlanması cəhdləri layihənin böyük həcmdə vəsaitin mənimsənilməsi üçün gözdən pərdə asmaq məqsədi daşıdığını da güman etməyə əsas verir. Görünür, ABŞ büdcəsinin mənimsənilməsi üçün qlobal miqyasda gerçəkləşən prosesin bir hissəsi vəsaitlərin maliyyə fırıldaqçılığı yolu ilə Azərbaycan üzərindən silinməsi yolu ilə baş verir.
ABŞ-ın MÜVAFİQ QURUMLARI MƏSƏLƏYƏ NƏ ÜÇÜN GÖZ YUMUR?
İstənilən halda siyasi, yaxud korporativ maraqlara xidmət etməsindən asılı olmayaraq, bu cür layihələrin elan olunması və icrası prosesləri, ilk növbədə, ABŞ-ın özünün müvafiq qurumlarının nəzarətində olmalıdır. Çünki ümumi daxili məhsulunun 104 faizinə bərabər olan, 17,6 trilyon dollar xarici borucu olan bir ölkə üçün hər il büdcədən milyonlarla dollar vəsaitin xarici ölkələrdəki naməlum, şübhəli layihələrə yönləndirilməsi ciddi narahatlıq doğurmalıdır. Burada müvafiq dövlət qurumları başda olmaqla ABŞ-ın korrupsiya, qanun pozuntusu ovuna çıxmış qeyri-hökumət təşkilatlarının da üzərinə məsuliyyət düşür. Konkret olaraq, büdcədən maliyyələşən ABŞ təşkilatlarının Azərbaycandakı fəaliyyəti təbii olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyinin də nəzarətində olmalıdır. Xatırladaq ki, məsələ ilə bağlı APA-nın sorğusuna səfirliyin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, USAID “Azərbaycan mediaya dəstək fəaliyyəti” layihəsində qrant proqramında iştirak edənlərin arasında sağlam rəqabəti və şəffaflığı dəstəkləyir.
Lakin Azərbaycan ictimaiyyətinin, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri layihədə sağlam və şəffaf rəqabətin təmin edilməsinə şübhə ilə yanaşır.
Məsələn, Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev qrant layihəsinin elan edilməsi ilə layihənin təqdim edilməsi arasında çox az vaxtın olduğunu deyib: “Şübhəsiz ki, belə yüksək məbləğli vəsaitlərə yüksək tələblərin olduğunu nəzərə alsaq, həmin tələblərdə müəyyənləşdirilmiş şərtlərin ödənməsi üçün müəyyən vaxt lazımdır. Bir qayda olaraq qrant müsabiqələri ən azı 21 gün - 1 ay müddətində elan olunur. Avropa Komissiyası qrant müsabiqələri ilə bağlı daha uzunmüddətli vaxt müəyyən edir. Şübhəsiz ki, layihə ilə bağlı müraciətlər üçün qısa vaxtın ayrılması, layihədə iştirak edənlərin dairəsini və rəqabət imkanlarını məhdudlaşdırır. Bu baxımdan, ən vacib məsələlərdən biri hər kəsin layihədə iştirakına imkanın yaradılmasıdır. Lakin layihədə iştirak üçün çox qısa müddətin verilməsi müəyyən qrup QHT-lərin iştirakına hesablanmış addım kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, belə bir təşkilat öz layihələrini daha uzun müddətə elan etmək imkanına malikdir”.
Milli QHT Forumunun sədri Rauf Zeyni isə bildirib ki, xarici təşkilatlar, o cümlədən USAID öz fəaliyyətini şəffaf təşkil etməlidir: “Hər hansı qrant layihəsi elan olunursa, o, mütləq ictimaiyyətə təqdim olunmalıdır, ictimailəşdirilməlidir, media onu geniş şəkildə elan etməlidir. Şəffaflıq ictimai nəzarətin təmin olunması deməkdir. Eyni zamanda, QHT-lərin layihə barədə geniş məlumata malik olması deməkdir. Elan cəmiyyətdən gizlədilməməlidir. Həmçinin, layihələrin hazırlanması üçün kifayət qədər vaxt verilməlidir. Təbii ki, biz bir çox beynəlxalq təşkilatların fəaliyyətini təhlil edərkən onların bəzi hallarda-qeyri-şəffaflığa yol verdiyini, bir qrup QHT-lərlə əməkdaşlıq etdikləri halda digərlərinə qrant verilmədiklərini görürük. İllər ərzində müşahidə olunan mənzərə bunu deməyə əsas verir. Qrantın yarı gizli şəraitdə elan olunması mətbuatda, ictimaiyyətdə narazılıqlar və haqlı şübhələr yaradır. Əgər beynəlxalq təşkilatlar, QHT-lər şəffaflıq istəyirlərsə, birinci özləri şəffaf olmalıdırlar. Onlar birinci növbədə cəmiyyətə açıq olmalıdırlar”.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov isə Azərbaycana qarşı ikili standartlara əsaslanan, qərəzli münasibətin xarici QHT-lər səviyyəsində özünü göstərdiyini deyib: “USAID Azərbaycanda öz fəaliyyətini istədiyi formada, qeyri-şəffaf şəkildə həyata keçirməyə cəhd göstərir. Bu əlbəttə ki, bizi də narahat edir. Belə hallar baş verməməlidir. Hər hansı bir layihə elan olunursa, bu cür irimiqyaslı işlər görülürsə, proses mütləq şəffaf, sağlam, müəyyənləşdirilən prinsiplər əsasında və Azərbaycan qanunlarına uyğun çərçivədə həyata keçirilməlidir. Əgər qaydalardan kənara çıxılırsa, qeyri-şəffaflıq, sağlam rəqabətə maneə törədilirsə, bu əlbəttə ki, ictimaiyyətdə böyük narahatlıq yaradır. Düşünürəm ki, burada Azərbaycanda seçki öncəsi hansısa dairələrin məkrli niyyətləri dayanıb. Vaxtilə də Azərbaycanda qarışıqlıq yaratmaq, ayrı-ayrı qrupları, şəbəkələri maliyyələşdirib, onların vasitəsilə hakimiyyət içərisində hansısa məqsədlərə nail olmaq üçün istifadə etmək cəhdləri olub. Azərbaycan dövlətçiliyi kifayət qədər möhkəm təməl üzərindədir. Belə halların Azərbaycanda baş tutması mümkün deyil”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
