ABŞ-ın imperialist siyasəti regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır
14.06.2014 [10:36]
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi subyekt olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə və hegemonluq mübarizələri ön plana çıxmağa başladı.
Məhz belə bir situasiyada təkqütblü dünya nizamını əldə saxlamağa çalışaraq hegemonluğunu mühafizə etmək istəyən ABŞ yeni qlobal strategiya ilə meydana çıxdı. Sonrakı hadisələr göstərdi ki, xalqlara və millətlərə qarşı irticaçı mövqedən çıxış edən bu strategiya yalnız ABŞ-ın hegemonluğuna xidmət edir, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. Dünya siyasətinin əsas tendensiyalarını müəyyənləşdirən bu geosiyasi subyektin xarici siyasətinin qlobal təhlükəsizliyə qarşı çevrilməsini, yalnız məhdud qüvvələrin maraqlarına xidmət etməsini göstərmək üçün dünya siyasətində cərəyan edən bir neçə məsələyə nəzər yetirmək məqsədəmüvafiqdir.
İraqın işğalı - Müsəlman Şərqində “idarəedilən xaos” ssenarisinin ilk nümunəsi
ABŞ-ın hegemonluğa söykənən irticaçı xarici siyasətinin mahiyyətini əks etdirən ən mühüm məqamlardan biri Müsəlman Şərqində konkret ssenarilər əsasında baş verən hadisələrdir. 2003-cü ildə nüvə silahının olması bəhanəsiylə regionun ən böyük dövlətlərindən biri olan İraq Respublikasının işğal olunması, ardından bu ölkədə idarə edilən xaos və anarxiyanın yaradılması konkret olaraq ABŞ-ın “demokratiya” və “təhlükəsizlik” pərdəsi arxasında neft ehtiyatlarını və bölgəyə nəzarəti ələ keçirmək planlarının ifadəsi idi. Məhz bunun nəticəsidir ki, parçalanmış milli-etnik struktura malik olan və ayrı-ayrı məzhəblərin mübarizə meydanına çevrilən İraq hələ də sabitlikdən uzaq, təhlükəsizliyin təmin olunmadığı xaotik məkan kimi çıxış edir. Beləliklə, İraqın işğalı Müsəlman Şərqində “idarəedilən xaos” ssenarisinin ilk nümunəsi kimi müşahidə olundu.
ABŞ imperializminin Yaxın Şərq hədəfi, “Mondializm” konsepsiyası və yeni geostrateji planlar
İraqın işğalından sonra Müsəlman Şərqində ABŞ tərəfindən yeni geostrateji ssenarilər gerçəkləşdirilməyə başlandı. Bu dəfə əsas strateji silah qismində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq idi. Bununla yanaşı, muzdlu terroristlərdən həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edildi. Tunis, Misir, Liviya və Suriyada baş verən, ciddi insan itkisi və tələfatlara səbəb olan destruktiv olaylar bəhs edilən geosiyasi məkanda xaos və anarxiyanı şərtləndirən faktor qismində çıxış etdi.
Yaxın Şərq və Şimali Afrikada baş verən məlum dağıdıcı proseslər hələ başlanğıc ərəfəsindəykən belə bir sual ön plana çəkilirdi: sözügedən olayların əsasında həmin ölkələrin xalqları dayanır, yoxsa bütün bu proseslər bəzi güc mərkəzləri tərəfindən idarə edilir? Amma hadisələrin gedişatı, baş verən bir sıra olaylar, irəli sürülən bəyanatlar təsdiq etdi ki, bütöv bir coğrafiyanı ağuşuna alan bu olaylar yenə də ənənəvi surətdə dünyanın geostrateji konturlarını müəyyənləşdirən güc mərkəzlərindən biri olan ABŞ tərəfindən həyata keçirilir və bu proseslərin əsasında dayanan təməl motivlər Vaşinqtonun transmilli səciyyəli geosiyasi və geoiqtisadi maraqlarıdır. “Mondializm” konsepsiyası (bu konsepsiya milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan “qlobal dövlət”in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirir-N.Q.) əsasında hərəkət edən Amerika Birləşmiş Ştatları özünün transmilli maraqları çərçivəsində “Böyük Yaxın Şərq və Şimali Afrika” əməliyyatını həyata keçirdi. Hadisələr göstərdi ki, ABŞ-ın mərkəzində dayandığı və “orkestr şefi” olduğu “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”, sözün əsl mənasında, xaos və kataklizm mənbəyidir.
Xaos və kataklizm mənbəyi olan “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin “orkestr şefi” ABŞ-dır
Bəs Vaşinqtonun dünyaya “sülh və təhlükəsizliyə xidmət edən” konsepsiya kimi təqdim etdiyi “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin mahiyyəti nədir? “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” ABŞ-ın “Mondializm” və “Yeni dünya düzəni” konsepsiyasının təməl strateji detalları əsasında formalaşdırılmış və icrasına start verilmiş imperialist genişlənmə strategiyasının konseptual əsaslarını təşkil etməkdədir. Bəhs edilən layihə 2001-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında Yaxın və Orta Şərqi, eləcə də Şimali Afrikanı bütövlükdə ələ keçirərək, “əyalət”ə çevirmək məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə Avrasiyanın ələ keçirilməsi demək olacaq və nəticə etibarilə “Avrasiya imperatorluğu” konsepsiyası addım-addım gerçəkləşdiriləcək. Çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək, geniş mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq bir regionda uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. Bununla da, ABŞ-ın dənizaşırı imperialist genişlənməsi missiyası yeni keyfiyyətdə davam etdiriləcək. Məhz sadalanan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə təsbit etmək olur ki, Tunis, Misir, Liviya və Suriya kimi region ölkələrində baş verən hadisələrin konseptual əsasını “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” təşkil edir. Deməli, dünyanı vahid mərkəzdən öz subyektiv qanunları əsasında idarə etməyə çalışan Amerika Birləşmiş Ştatları bəhs edilən bölgəni monopoliyaya almaq üçün sözügedən əməliyyatları həyata keçirdi.
ABŞ-ın “demokratiya nəğməsi” imperializmə xidmət edən istismar vasitəsi kimi...
Bütün bu sadalananların fonunda belə bir nəticəyə gəlmək olur ki, “Böyük Yaxın Şərq əməliyyatı” heç də iddia edildiyi kimi, bölgə ölkələrinə “demokratiya” transfer etmək məqsədi daşımırdı. ABŞ-ın ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut etdi ki, bu nəhəng güc mərkəzi “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya almağa çalışan Amerika Birləşmiş Ştatları özünün ekspansiya və işğallarına “demokratiya” adı altında bəraət qazandırmaqda və sözügedən məfhumlardan “qalxan” qismində istifadə edir. Məhz bu cür acınacaqlı situasiyanın fonunda qeyd edə bilərik ki, Yaxın Şərq və Şimali Afrikada baş verən olayların xaosa və anarxiyaya yol açmasının, insan qətliamının əsl səbəbkarı və günahkarı “demokratiya nəğməsi” ilə dünyanı manipulyasiya edən Amerika Birləşmiş Ştatlarıdır.
Beləliklə, bütün bunlar, eyni zamanda, bəşəri dəyərlərin, həmçinin, demokratiya və insan hüquqları kimi məfhumların insanların şüurunda dəyərsizləşməsinə səbəb olur.
Vaşinqtonun xarici siyasət strategiyasının qanunauyğun nəticəsi: xaos, anarxiya və tənəzzül
Müsəlman Şərqində ABŞ-ın geostrateji planları əsasında baş verən olaylar bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı hadisələrin milli tənəzzül mənbəyi qismində çıxış etməsini şərtləndirdi. Baş verən olaylar ona dəlalət etdi ki, ABŞ-ın XXI əsr yeni dünya düzəninin fonunda “sınaq laboratoriyası”na çevirməyə çalışdığı ölkələrdə baş tutmuş çevriliş və qiyamlar həmin dövlətlər və xalqlar üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıdı.
ABŞ-ın Yaxın Şərq və Şimali Afrikaya yönəlik geostrateji planlarının nəticələrindən bəhs edərkən bir məqama da toxunmaq gərəkdir: bəzi ekspertlər iddia edirdilər ki, sözügedən ölkələrdə baş verən iğtişaşların əsasında ölkədaxili sosial-iqtisadi və siyasi faktorlar durur. İddia edilirdi ki, işsizlik, sosial problemlər, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması başlıca səbəblər sırasında yer alır. Odur ki, məhz bu cür acınacaqlı vəziyyətdə yaşamaq istəməyən vətəndaşlar xarici qüvvələrin dəstəklədiyi ölkədaxili “marionetka”ların təşkilatçılığı ilə həyata keçirilən iğtişaşlara maraq göstərirlər..
Amma məsələni daha geniş rakursdan dəyərləndirdikdə belə bir məqamı aşkar etmək olur ki, bəhs olunan iğtişaşlar ABŞ-ın ixrac etdiyi “məhsuldur”. İşsizlik, sosial problemlər, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması kimi faktorlar isə, sadəcə, vasitə rolunu oynayır. Məlumdur ki, Vaşinqton bu cür inqilablar və çevrilişləri intensiv surətdə istifadə etdikləri daxili “beşinci kolon”lar hesabına həyata keçirir. Bundan sonra isə, həmin ölkələrin daxili resursları (iqtisadi, siyasi, həmçinin, insan ehtiyatları) ələ keçirilir, mənimsənilir və dağıdıcı məqsədlər üçün istifadə edilir. Xüsusilə də nəzarət altına alınan xalqların tarixi - milli dəyərlərindən məzhəb fərqliliyi yaradan, diskriminasiyaya yol açan istismar vasitəsi kimi istifadə edilir. Hətta hakimiyyətdən devrilmiş şəxslərin müxtəlif banklardakı maliyyə vəsaitləri belə mənimsənilir. Misir, Suriya, Liviya, İraq kimi ölkələrdəki vəziyyət sadalananlara əyani nümunədir.
ABŞ müstəqil milli dövlətlərə qarşı xüsusi təzyiq mexanizmi formalaşdırmağa çalışır
Məsələ kontekstində növbəti strateji məqam budur ki, ABŞ müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır. Suveren daxili və xarici siyasət həyata keçirən, Vaşinqtonun irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin bu ölkə tərəfindən təzyiqə məruz qalması gözləniləndir, çünki qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının xarici siyasəti hegemonluq fəlsəfəsinə söykənir.
Təsadüfi deyil ki, beynəlxalq miqyasda bəzi ölkələrin kəskin daxili və xarici situasiya ilə üzləşməsi ABŞ-ın “idarə edilən xaos” oyunlarının nəticəsi kimi səciyyələndirilir. Bir sıra ölkələri siyasi laboratoriyaya çevirən Vaşinqton vətəndaş cəmiyyəti institutları vasitəsilə təhlükəli tendensiyanın əsasını qoyur. Daha da dəqiqləşdirsək, həmin ölkələrdəki etiraz aksiyaları və xaotik vəziyyət ABŞ-ın birbaşa dəstəyi ilə bu ölkə daxilindəki QHT-lərin “əməyi” sayəsində yaradılır. Əlbəttə, vətəndaş cəmiyyətinə dəstək adı altında fəaliyyət göstərən bu institutların timsalında gerçək məqsəd xaos yaratmaq cəhdləridir və bu kontekstdə “demokratiya”, “insan haqları kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunmaqdadır.
Vaşinqtonun siyasi manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etmək istəyi absurddur
Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Bəzi hallarda Vaşinqton digər müsəlman ölkələrində etdiyi kimi müxtəlif vasitələrlə ölkəmizə təsir və təzyiq etməyə çalışır. Daha da dəqiqləşdirsək, ölkəmizin dinamik inkişafından, müstəqil siyasətindən və artan beynəlxalq nüfuzundan bir çox hallarda narahatlıq keçirən bu dövlət ölkəmizdə ictimai rəyə təsir etmək, dövlətimizə təzyiq etmək üçün nəinki qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edir. Bununla da Azərbaycan hakimiyyətini şantaj etməklə maksimum güzəştlər qoparmaq niyyəti güdür. Bu sırada, qeyd etdiyimiz kimi, daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ABŞ Senatındakı təzyiq aləti rolunu oynayan müəyyən dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
ABŞ Azərbaycanla strateji tərəfdaşlığın mahiyyətinə uyğun addımlar atmalıdır
O da qeyd edilməlidir ki, Vaşinqtonun regional münasibətlər sistemi çərçivəsində Azərbaycanla yeni keyfiyyətdə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq və uzunmüddətli qaydada davam etdirmək əvəzinə, müəyyən təsir elementlərindən istifadə etməsi anlaşılan və rasional seçim deyil. Çünki Azərbaycan bu ölkəyə münasibətdə olduqca rasional mövqe sərgiləyir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf edərək yeni keyfiyyət çalarları əldə etməsi üçün öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir.
Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət ölkəmizin müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Məhz bu məqamlar ABŞ-ın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirməsini şərtləndirir. Rəsmi Vaşinqtonun enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi münasibətlərin inkişafı, terrorizmə qarşı mübarizə, eləcə də, demokratiya və insan hüquqları məsələlərində ölkəmizlə əməkdaşlığa xüsusi diqqət yetirməsi, ilk növbədə, onun özü üçün faydalıdır. Buna görə də, ABŞ Azərbaycanla strateji tərəfdaşlığın mahiyyətinə uyğun addımlar atmalıdır.
İşğalçıyla işğala məruz qalanı fərqləndirməyən “demokrat”ın “ədalət”i...
Dünyaya “demokratiya” dərsi keçib, “ədalət” təqdim etməyə çalışan Amerika Birləşmiş Ştatlarının ədalətsiz və subyektiv yanaşmasını göstərən növbəti fakt işğalçıyla işğala məruz qalanı fərqləndirməməsi, hətta bəzi hallarda işğalçıya bu və ya digər formalarda müəyyən dəstək verməsidir. Məlum olduğu kimi, Vaşinqtonun sifarişi ilə hazırlanan müəyyən təşkilatların hesabatlarında beynəlxalq terrorizmə qarşı mübarizədə aktiv iştirak edən Azərbaycanla terrorist Ermənistan eyni qiymətləndirilir, sonradan isə bu ölkəyə qarşı maliyyə yardımı artırılır. Və yaxud Ermənistana verilən dəstək bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqeyini davam etdirməsinə stimul verir. Halbuki, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və ədalətsiz mövqe tutmaq əvəzinə münaqişənin həlli istiqamətində aktivlik nümayiş etdirməlidir.
Vaşinqton nəzərə almalıdır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Həmçinin, mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.
Beləliklə, aydın olur ki, ABŞ imperialist siyasəti ilə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
