Yelisey Sarayının siyasi çırpıntıları...
20.08.2024 [10:22]
Makronun impiçment məsələsi gündəmdə
Fransanın siyasi çevrələrində Makronun istefası məsələsi “Paris - 2024” -lə əlaqədar olaraq ertələnsə də, Olimpiya Oyunları başa çatdıqdan sonra yenidən gündəliyin mərkəzinə gəlib. Məlum olduğu kimi, Makron öz hakimiyyətinin ömrünü uzatmaqdan ötrü müxtəlif manipulyasiyalara əl atmaqdan çəkinmir. O, Olimpiada ərəfəsində hakimiyyətinin legitimliyini əsaslandırmaq üçün beynəlxalq birliyə, ayrı-ayrı idman federasiyalarına müraciətlər ünvanladı, eyni zamanda daxili auditoriyanı barışığa çağırdı.
Ancaq belə görünür ki, makronistlərin maxinasiyaları bir nəticə verməyib. Makron və onun başına yığdığı dəstə Olimpiada bəhanəsi ilə yalnız bir neçə gün “İstefa”, “İmpiçment” ittihamlarından yayına biliblər. Siyasi çevrələr Olimpiadaya ev sahibliyinin məsuliyyətini anlayaraq və Fransanın beynəlxalq imici məsələsini nəzərə alaraq “Paris - 2024” günlərində hakimiyyətin istefası məsələsini təxirə saldılar. Artıq Olimpiada bitib və daha Makronun bəhanələrinə yer yoxdur.
Fransada siyasi böhranı açıq müstəviyə çıxaran iki seçki
Əslində, bu gün Fransada yaşanan siyasi böhranı şətləndirən ən mühüm amil Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi yarıtmaz siyasətdir. Bu siyasət Fransanı böyük dərəcədə özünün tarixi ənənələrindən və bəyan etdiyi demokratiya, ədalət, qardaşlıq dəyərlərindən uzaqlaşdırıb. Makronun keçmiş müstəmləkə ölkələrində apardığı sümürmə siyasətində ifrata varması, daxildəki uğursuzluqlarını sərt müstəmləkə siyasəti ilə ört-basdır etməyə çalışması əks-effekt verir. Məhz onun prezidentliyi dönəmində Afrikada, dənizaşırı ərazilərdə Yelisey Sarayına qarşı kütləvi etirazlar başlayıb.
Eyni zamanda, bu gün açıq şəkildə etiraf olunur ki, Makron iqtidarının apardığı siyasət bir sıra hallarda Avropa İttifaqının (Aİ) maraqları ilə üst-üstə düşmür. Bunu elə Yelisey Sarayının Cənubi Qafqaz siyasətinin timsalında da izləmək mümkündür. Rəsmi Paris Makronun siyasi iradəsinə uyğun olaraq işğalçı Ermənistana hərtərəfli dəstək verir, hər zaman beynəlxalq hüquq normalarından çıxış edən Azərbaycana isə müxtəlif məzmunlu təzyiqlər göstərməyə çalışır. Aİ yalnız Fransadan ibarət deyil. Burada sağlam qüvvələrlə müqayisələr aparılır. Azərbaycanın Aİ məkanı üçün önəmi getdikcə artır. Avropanın yeni enerji xəritəsi məhz respublikamızın iştirakı ilə formalaşır. Ermənistanın isə Avropa üçün önəmi sıfıra bərabərdir. Belə olan halda, Makron iqtidarı nəyə görə Azərbaycanla Ermənistan arasında fərq qoyur və bu ölkəyə səxavətlə vəsaitlər yönəldir? Məgər həmin pullara Fransanın özündə ehtiyac yoxdurmu?
Elə buradaca Fransanın daxili mənzərəsinə nəzər salaq. Ölkədə permanent qaydada pensiyaçıların tətilləri, fermerlərin “peyin inqilabı” baş verir. Bu günlərdə “Sarı jiletlilər” hərəkatı yeni tətillərin anonsunu etdi. Eyni zamanda, beynəlxalq reytinq agentlikləri ölkəni gözləyən dərin iqtisadi böhran proqnozu veriblər.
Bütün bu kimi proseslər həm Avropa məkanında, həm də ölkə daxilində Makron iqtidarından narazılıqları artırıb. Bu da “İntibah” partiyasının timsalında makronistlərin əvvəlcə Avropa Parlamentinə, bunun ardınca isə Milli Assambleyaya keçirilən seçkilərdə uduzmaları ilə nəticələndi.
Makron seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır
Bu günlərdə Makrona ölkədə yaratdığı vəziyyətə və seçkilərin nəticələrinə hörmət etməyə çağırış olunub. Xatırladaq ki, baş nazir Qabriel Attal istefa verib və iyulun 16-da Makron onun istefasını qəbul edib. XXXIII Yay Olimpiya Oyunları zamanı barışığa çağıran Makron parlament seçkilərinin ikinci turundan bir ay sonra hələ də ölkəyə baş nazir təyin etməyib. Makron avqustun ortasından sonra bu məsələyə baxacağını bildirib. Bu isə ölkədə narazılıq doğurub. “Dövlət rəhbəri artıq dövlət qurumlarını və ölkəni blok edə bilməz”, - deyə Sosialistlər Partiyasının (PS) sözçüsü K. Ridel yerli televiziyaya müsahibəsində vurğulayıb.
Qeyd edək ki, solçular Lüsi Kastetin (Lucie Castets) baş nazir postuna namizədliyini irəli sürsələr də, Makron bu təkliflə razılaşmayıb. K. Ridel dövlət başçısının Yeni Xalq Cəbhəsinin namizədini geri çevirməsindən təəssüflənərək, gələn ilin dövlət büdcəsinin müzakirə edilməli və buna görə də baş nazir təyinatını sürətləndirməyin lazım olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, Makronun impiçment məsələsi də gündəmə gəlib. Belə ki, “Əyilməz Fransa” partiyasının üzvləri Makronu iyulda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığı və sosialist siyasi qüvvələrin irəli sürdükləri namizədi baş nazir təyin etməkdən imtina etdiyi üçün onu demokratiyaya zərbə vurmaqda, həmçinin dövlət çevrilişinə cəhddə günahlandırıblar. Partiya təmsilçiləri prezidenti ona qarşı impiçment proseduru başlamaqla hədələyiblər. Onlar bildirirlər ki, dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, Makron partiyası parlament seçkilərində iflasa uğrayandan sonra seçicilərin səsinin əksəriyyətini toplamış “Əyilməz Fransa” partiyasının qələbəsini tanımayıb. Həmçinin o, idarə etmək üçün Assambleyada kifayət qədər çoxluq qazana bilməyəcəyini anlayaraq, Yeni Xalq Cəbhəsi (NFP) qrupunun nümayəndəsi Lüsi Kastetin baş nazir təyin olunmasını rədd edib.
Verilən məlumatlarda bildirilir ki, bu yaxınlarda keçirilən sosial sorğu fransalıların 57 faizinin dövlət başçısının istefaya getməsini istədiyini göstərib. Hətta onun “İntibah” partiyasının tərəfdarlarının bir çoxu da hesab edir ki, seçkilərdə məğlubiyyət səbəbindən və baş nazirin siyasi opponentlər düşərgəsindən təyin olunacağı təqdirdə, Makron ölkəyə rəhbərlik edə bilməyəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxHadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37

