/ / Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09.11.2019 [10:15]
Dövlət tərəfindən turizmin inkişafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir və ölkəmizə gələn turistlərin sayı ilbəil artır
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər turizm sahəsində də özünü göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilir. Belə ki, son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda turizmin inkişafına təkan verir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Dövlət Turizm Agentliyinin (DTA) yaradılması bu tədbirlərin xüsusi istiqamətdə daha intensiv şəkildə aparılmasına və genişləndirilməsinə təkan verib.
Ölkəmiz zəngin turizm potensialına malikdir
Azərbaycanın turizm potensialını dəyərləndirərkən qeyd etmək gərəkdir ki, Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Belə ki, Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları ölkəmizdən keçir. Eyni zamanda, Azərbaycan nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir, onun fauna və florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Azərbaycan florasının rəngarəngliyi ölkəmizə ilk dəfə gələn turistləri heyran edir.
Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göygöl, Maralgöl, Qobustanın sərt və eyni zamanda, mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir. Həmçinin ölkəmizdə müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da var. İşğal altında olan Kəlbəcər rayonundakı İstisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
İl ərzində günəşli günlərin sayına görə Azərbaycan İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilir. Xəzər sahillərinin bütünlüklə istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizdə 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı qayaüstü rəsmlərini, atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, məscidləri, türbələri və digər tikililəri göstərmək olar.
Turizm potensialına malik dövlət qoruqları və milli parklar ölkəmizin tanıdılmasında mühüm rol oynayır
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini həyata keçirir. Bu məqsədlə Azərbaycanın müvafiq regionlarında DTA-nın çoxsaylı Turizm informasiya mərkəzləri yaradılıb. DTA-nın tərkibinə daxil olan təhsil müəssisələrində - Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecində gələcəyin çoxsaylı mütəxəssisləri hazırlanır.
DTA-nın nəzdində əsas hədəfi Azərbaycanın turizm brendinin formalaşdırılması və yerli, eləcə də beynəlxalq miqyasda təbliğ edilməsi ilə ölkənin qlobal turizm bazarında rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və Azərbaycanın turizm istiqaməti kimi tanınma səviyyəsinin artırılması olan Azərbaycan Turizm Bürosu (ATB) yaradılıb.
Bununla yanaşı, DTA-nın tərkibinə daxil olan Qoruqları İdarəetmə Mərkəzi dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyət göstərir.
Mərkəzin tərkibində aşağıdakı qoruqlar var: “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruğu. “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti isə ayrılıqda DTA-nın tərkibinə daxildir.
Xatırladaq ki, milli parklar da turizm potensialına malik ölkəmizin tanıdılmasında mühüm rola malikdir. Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Zəngəzur, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama və Qızılağac.
Yeni turizm infrastrukturunun yaradılmasına Heydər Əliyev Fondu sanballı töhfələr verir
Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Prezident İlham Əliyevin diqqəti sayəsində bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Belə ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da məhz görülən işlərin ardıcıl xarakter daşıdığını nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir.
Bundan başqa, turistləri cəlb etmək baxımından da “Yanardağ” Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır. Əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Qoruğunun açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 12 iyun 2019-cu il tarixində baş tutub. Qoruğun tərkibinə “Yanardağ” - əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri aparılır.
Qeyd edək ki, ölkəmiz üçün vacib sahələrdən biri olan sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Bu istiqamətdə görülən tədbirlər respublikanın sağlamlıq turizmi sahəsində mövcud potensialı, real imkanları və perspektivlərinin nümayiş etdirilməsi, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə hesablanıb.
Yeri gəlmişkən, son illərdə Naftalan şəhərinin əvvəlki turizm imkanlarının bərpası istiqamətində də böyük işlər görülüb. Qısa bir zamanda bərpa olunan, yaxud yenidən tikilən bir-birindən yaraşıqlı hotellər, kurort-sanatoriya mərkəzləri bu kiçik şəhəri nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevirib.
Sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artması ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin Dövlət Turizm Agentliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulamaq yerinə düşər.
Azərbaycanın turizm potensialının beynəlxalq auditoriyaya çatdırılması üçün genişmiqyaslı təbliğat və marketinq işləri görülür
Sevindirici haldır ki, dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının təzahürü olaraq ölkəmiz dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilib. Həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin təşkili, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gəlir gətirən sahəyə çevrilməsinə şərait yaradır.
Vurğulamaq lazımdır ki, ötən müddət ərzində turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Burada əsas məqsəd uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq, regionların turizm potensialından daha effektiv istifadə etməkdir. DTA tərəfindən yaradılan Destinasiya Menecmenti Təşkilatının (DMT) fəaliyyətinin əsasını da məhz həmin məqsədlərin həyata keçirilməsi təşkil edir. Təşkilatın Azərbaycanın bölgələrinin turizm potensialının tanıdılmasında, daha çox turistin cəlb edilməsində və regionların uğurlu inkişafında mühüm rol oynayacağına inam böyükdür. Çünki DMT-nin əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarət olsa da, digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır.
Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir sahələrindən biri sayılır. Bu baxımdan, Azərbaycanın bölgələrinin turizm potensialının xaricdə beynəlxalq auditoriyaya çatdırılması işində genişmiqyaslı təbliğat və marketinq tədbirlərinin təşkili xüsusi əhəmiyyətə malikdir. Turizmin təşviqi istiqamətində DTA-nın tabeliyindəki Azərbaycan Konqreslər Bürosu da tədbirlər təşkil edir. Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi üzrə sənayenin aktiv iştirakçıları üçün keçirilən maarifləndirici təlimlərin məqsədi ölkənin işgüzar turizm potensialının tanıdılmasıdır.
Ümumiyyətlə, turizm sahəsində görülən kompleks tədbirlərin və aparılan islahatların nəticəsi olaraq, ölkəmizə gələn turistlərin sayı artır. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-Viza”nın tətbiqi, xaricdə DTA-nın nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, son illərdə qeyri-neft iqtisadiyyatının daha da inkişafına nail olmağı əsas hədəf kimi seçən Azərbaycan özünün bütün bölgələr üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, mehmanxana və digər obyektlərin sayı artırılır, xidmətin səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülür, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılır, eyni zamanda, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir. Bu halda birmənalı şəkildə demək olar ki, Azərbaycanda dövlət tərəfindən turizmin inkişafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir və ölkəmizə gələn turistlərin sayı ilbəil artır.
Qaşqay ZİYƏDDİNOĞLU
Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
