Qripə qarşı vaksinlər gətirildi...
01.12.2023 [10:30]
Peyvəndlənək, ya yox?
Hər il olduğu kimi bu il də payız mövsümündə virus mənşəli xəstəliklərin yayılmasında artım müşahidə edilir. İmmun sisteminin zəifləməsi, hava şəraitinin qeyri-sabit keçməsi, vitamin çatışmazlığı müxtəlif infeksion xəstəliklərə şərait yaradır. Xəstəliyə yoluxanlarda yüksək qızdırma, halsızlıq, baş ağrısı kimi əlamətlərə rast gəlinir.
Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin dəyişməsi, temperaturun aşağı düşməsi səbəbindən virusa yoluxan insanların sayı artmaqdadır. Bu baxımdan payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunmuşdu.
Peyvəndlənmə könüllü aparılacaq...
Səhiyyə Nazirliyi bu il də ölkəyə qrip əleyhinə peyvəndlərin gətirildiyini açıqlayıb. Bildirilib ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Nazirliyin daim diqqət mərkəzindədir: “Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.
Əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir”.
Pulsuz olacaq...
Qeyd edək ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək. Bu barədə Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
50 yaşdan yuxarı insanlar...
İnfeksionist-həkim Vüqar Cavadzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qrip vaksini hər zaman insanlar üçün tövsiyə olunur: “Xüsusən də payız-qış aylarında qrip vaksini hər bir insan üçün lazımlıdır. Uşaqlara bu vaksin 6 aylığından vurulur. 5 yaşından yuxarı uşaqlar və 50 yaşından yuxarı insanlar üçün isə mütləq tövsiyə edilir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir”.
Kim istəyirsə, qrip peyvəndi vurdura bilər
V.Cavadzadənin sözlərinə görə, qrip xəstəliyinə dırnaqarası baxmaq olmaz. Çünki qrip ən ağır keçirilən xəstəliklərdən biridir: “Qrip peyvəndi rutin peyvəndlər sırasına daxil deyil. Körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir. Deyək ki, Hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası- bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə də qrip peyvəndi vurulmalıdır. Ümumiyyətlə, kim istəyirsə, qrip peyvəndi vurdura bilər. Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”.
Qrip COVİD-lə eyniləşdirilir...
Həkim qeyd edib ki, vaksinasiyadan başqa, əl gigiyenasına riayət etmək, sosial məsafəni qorumaq, qidalanmaya fikir vermək, fiziki aktivlik və təmiz havada gəzməklə qorunmaq olar: “Vətəndaşlardan bəziləri özlərini qorumağa çalışsalar da onların əksəriyyəti həmin hallara qarşı etinasız yanaşır. Qripi yeni növ koronavirusla eyniləşdirənlər də az deyil, çünki dünyada yoluxma halları artır, virusun yeni ştammları qeydə alınır. Ümumiyyətlə, bundan sonra da hər hansı bir ştamla rastlaşa bilərik və ştamın hansı olduğu yox, hansı əlamət daşıdığı önəmlidir, nə dərəcədə təsir göstərməsi daha çox əhəmiyyət daşıyır”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

