Su qıtlığı...
29.09.2023 [11:19]
Problemin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir
Y.SAHİB
Hələ qədim zamanlardan insanlar qidalanmaq və əkib-becərmək üçün axtarıb tapdıqları su qaynaqlarının ətrafında məskunlaşıblar. Suyu qlobal əhəmiyyətə malik strateji silah da adlandırırlar. Lakin dünya əhalisi artıqca bu nemət tükənməyə başlayır. Hazırda dünyanın ən çox susuzluqdan əziyyət çəkən ölkələri sırasında birinci yeri Afrika tutur. Əslində bu qitə beynəlxalq su hövzələrinin üçdə birinə malikdir, lakin bu qədər su mənbələrinin 6 faizindən istifadə edə bilir. Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, bərabər bölgü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.
Araşdırmalara görə, Azərbaycanda yerüstü su ehtiyatı orta illik 32,3 milyard. kubmetrdir. Quraqlıq illərdə isə bu göstərici 23 milyard. kubmetrə qədər azalır. Ölkədə adambaşına illik ortalama 3700 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23,764 milyon. kubmetr/gün su ehtiyatımız var.
2025-ci ildən sonra...
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Dəqiq hesablamalara görə dünyada 1 milyard insan su qıtlığından əziyyət çəkir. Bəli, problem qlobaldır. Baş verənlər əsasən, antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Bu, yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq.
Azərbaycan və Türkiyə rəsmiləri də su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və onu müşayiət edən heyətlə görüş keçirib.
Məlumata görə, görüşdə sudan səmərəli istifadə istiqamətində maarifləndirmə, iki ölkə arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunub. Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə edilib.
Artezian qurğuları yaradılmalıdır
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Azərbaycanla Türkiyə arasında su qıtlığına dair müzakirələrin aparılması ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, təbii olaraq, bu cür görüşlərin keçirilməsi, qarşılıqlı dialoqların aparılması və qardaş ölkənin təcrübəsindən yararlanmaq müsbət haldır.
Deputat qeyd edib ki, bir sıra effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar: “Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır. Su probleminin qarşısına almaq üçün bir sıra vacib tədbirlərə əhəmiyyət vermək lazımdır. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar. Ölkədə quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır”.
İnnovativ texnologiyalar tətbiq olunmalıdır
Millət vəkilinin fikrincə, bu işlər həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq: “Əhali də sudan qənaətlə istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə, hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə”.
Qənaət rejiminə ehtiyac var...
Deputat qeyd edib ki, təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir: “Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər su qıtlığına səbəb olub. Azərbaycanda da əkin sahələrində qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac var. Çünki əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq göstərir, hətta bəziləri tamamilə məhv olur. Xüsusilə, pambıq əkini ilə məşğul olan rayonlarda belə hal müşahidə edilib. Ancaq hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməkdədir. Yeni suvarma texnologiyalarının tətbiqi ön plana çıxarılıb. Bu faktdır ki, suvarma suyuna qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata keçirilir. Bizim su kanallarımız müasir tipli deyil, beton kanallarla əvəz olunmayıb və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq planlaşdırma həyata keçirilməlidir. Hansı ərazilərdə bitkilərin əkilməsi, hansı ərazilərə daha çox su verilməsi kimi məsələlər təhlil edilməli, buna uyğun strategiya müəyyənləşdirilməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

