Turizmdən gələn gəlir 10 milyard manata çata bilər
13.09.2023 [12:03]
Şahanə Xankişiyeva
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox turistin səfəri baş tutduğunu bildirib: “Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir. İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir", - deyə F.Nağıyev bildirib.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”la fikirlərini bölüşən turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda təhlükəzliyin yüksək səviyyədə qorunub saxlanılması əsas verir ki, ölkəyə turist axını sürətlənsin.
“Bunu davamlı etmək üçün Turizm Agentliyi müxtəlif tədbirlər planı həyata keçirir.
İstənilən halda ölkəyə gələn turist aşağı və ya yuxarı büdcədən asılı olmayaraq müəyyən vəsait xərcləyir. Və bizə də gələn turistlərin sayı daha çox vacibdir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri aparılır. Yol infrastrukturları yenidən tikilir. Eyni zamanda, Zəngilanda yerləşən müalicəvi sanatoriyalar, yeni tikilən hava limanı, həmçinin yeni layihələr turist axımının artımına səbəb olacaq. Məsələn, 500000 turist sayını, irəliləyən zamanda 1000000-a çatdırmaq lazımdır. Ona görə də fikirləşirəm ki, Fuad Nağıyevin açıqladığı rəqəmlərin reallığı mümkündür.”
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

