Gözəllik “qurban” tələb edir
22.08.2023 [11:50]
Daxili, yoxsa xarici qüsurlar?
Şahanə XANKİŞİYEVA
Gündən-günə inkişaf edən planetimizdə texnologiya öz sözünü deməyə davam edir. Tibbdə də “gücünü” göstərən texnologiya artıq insanların sevmədiyi “qüsurlarını” düzəltməyə də kömək edir. Bəli, söhbət estetik prosedurlardan gedir. Estetik əməliyyat etdirənlərin sayı gün keçdikcə artır. Əvvəllər daha çox qadınlar əməliyyatlara üz tutsa da, son illər kişilər də müəyyən mənada komplekslərindən azad olmaq istəyirlər. Kimi sağlamlığına qovuşmaq, kimi isə gözəl görünmək, komplekslərdən xilas olmaq üçün bu yola əl atır. Və əksəriyyət “ən gözəl olmaq” yarışına girmiş kimi özlərini yenidən “yaradırlar”.
İnsan yaradılış etibarilə canlılar arasında xüsusi yerə sahib olub, ən gözəl biçimdə xəlq edilib. Təkcə xarici görünüşcə deyil, daxilən də fərqlidir. Bəşər övladı başqa canlılardan fərqli olaraq, duyğu, hiss, qəlb və vicdana malikdir. Təəssüf ki, zahirən və daxilən mükəmməl yaradılan insan estetik əməliyyatla daha da gözəl olacağını sanır.
Daha “gözəl” yaşamaq, ya ölüm?
Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəllikləri ilə müqayisədə daha çox xarici gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son “naliyyətlərinə” aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində qalibiyyət əldə etmiş estetik əməliyyatların statistikası həddən artıqdır. Məsələn, təkcə Parisdə estetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur və hər il bu mərkəzlərdə 60 min estetik - plastik əməliyyatlar aparılır. Halbuki bir sıra uğursuzluqlar insan həyatına “baha başa gələ bilər”. Plastik əməliyyatların hamısı uğurlu olmur. Belə ki, xarici mütəxəssislərin hesablamalarına görə, hər 100 plastik əməliyyatdan 10-u uğursuz başa çatır.
Estetik əməliyyatlar psixoloji problemlərə yol açır
Bəzi ekspertlər bildirir ki, problemin əsas səbəblərindən biri də pasiyentlərin psixoloq rəyi almadan birbaşa estetik cərrahla təmasda olması, əməliyyata girməsidir. Hansı ki, dünyanın demək olar ki, əksər ölkələrində pasiyentlər mütləq şəkildə psixoloq rəyi aldıqdan sonra əməliyyata girə bilirlər.
Demək olar ki, gün ərzində rastlaşdığımız insanların 75 faizinin bu sunilikdən bəhrələnməsi reallığı danılmazdır. Ona görə də rastımıza çıxan insanların, ən əsası da qadınların bir-birinə bənzəməsi, ola bilsin ki, eyni həkimin “qələmindən” çıxmasıdır. Bir sözlə, deyə bilərik ki, artıq insanlar “klonlanır”...
Ancaq bu komplekslərin altında müəyyən dərəcədə psixoloji narahatlıqlar, özgüvənsizlik, travmalar da ola bilər. Bu səbəbdən xarici deyil, daxili narahatlıqları başlıca tutmağımız bizim üçün ən idealıdır. Uzun müddətdir ki, dünya alimləri plastik əməliyyatların xəstələrdə hansı psixoloji problemlərin olduğunu üzə çıxaran yeni araşdırmalar aparırlar. Sözsüz ki, belə əməliyyatlar əksər vaxt effektiv nəticə verir. Amma görünüşü dəyişmək psixoloji problemlərin həlli demək deyil...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”la fikrini bölüşən psixoloq Gülnar Orucova son dönəmlərdə estetik əməliyyatarın sayında artım müşahidə olunduğunu qeyd edib. “İstər kişi, istər qadın əgər vacibdirsə, əməliyyat olunmalıdır. Belə ki, özündə kompleks, diskomfortluq yaşayırsa, bu baxımdan plastik əməliyyat edə bilər. Ancaq günümüzdə bəzi həkimlər ehtiyac olmadığı halda belə kommersiya məqsədilə əməliyyat etməyə razı olurlar. Təəssüf ki, bu səbəbdən bəziləri pasiyentə əməliyyatı ehtiyacı olmadığını demir. Bu səbəbdən estetik cərrahların sayı günbəgün artmağa davam edir. Ən pisi isə ondadır ki, insanlar idman etmək, normal qidalanmaq əvəzinə “bədən şəkilləndirmə” cərrahiyəsinə üz tutaraq heç də effekti olmayan əməliyyatlar etdirirlər”.
Psixoloqun fikrincə, gözəlləşmək məqsədilə olunan əməliyyatlar bəzən istədiyimiz kimi olmayanda bizi daha çox kompleksə sala bilər. “Məsələn, “Abdominoplastika” əməliyyatından sonra insanlar bədənində qalan əməliyyat izlərindən sonra daha çox kompleksə düşürlər. Belə ki, onlar özlərini yalnız geyimdə xoşbəxt hiss edir, güzgüdə özlərinə baxa bilmirlər. Bunun üçün də əməliyyata qərar vermədən öncə dəfələrlə düşünüb-daşınmaq lazımdır. Bunun əməliyyatsız yollarına müraciət daha məqsədəuyğundur. Əgər bir insan artıq çəkilidirsə, bunu idmanla, pəhrizlə yoluna qoya bilər. Ancaq günümüzdə 80-90 kq çəkidə olan insanlar əməliyyatlara müraciət edir. Bu, “asan” yol deyil. Həkimlər isə özlərini pasiyentlərə imzalatdıqları “kağızla” zəmanətə alırlar.
Bu gün ən geniş yayılmış əməliyyatlardan biri də burun əməliyyatlarıdır. Hansı ki, bu plastik cərrahiyyə zamanı ölüm riski çoxdur. Əgər pasiyent əməliyyata qərarlıdırsa, əvvəlcə ondan psixoloq rəyi tələb olunmalıdır”.
Nəzərə alsaq ki, bu cür əməliyyatları etmək istəyi psixoloji narahatlıqlarda yaranır, o zaman əvvəlcə psixoterapevt tərəfindən yardım alsaq, daha məqsədəuyğun olar. Estetik həkimləri bəzən rəssam da adlandırmaq olar, çünki ən incə detalına qədər insan görkəmində müəyyən gözəlliklər yaradırlar. Ancaq bizi Yaradanın bənzəri olmayan “rəssam” olduğunu da unutmayaq...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

