Etibarnamə tələbinin ləğvi gündəmdə
05.08.2023 [11:50]
Avtomobil həvəskarlarının marağında olan vacib bir məsələ müzakirələrə çıxarılıb. Söhbət avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılmasından gedir. Deyə bilərik ki, bu məsələ bütün cəmiyyətin diqqət mərkəzindədir. Çünki hazırda ölkəmizdə minik avtomobilləri almaq və yaxud onları idarə etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Hazırda avtomobil cüzi istisna ilə hər ailəyə daxil olan bir əmlak növüdür. Qeyd edək ki, bəhs olunan məsələ indiyədək bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirələrə çıxarılsa da, vəziyyət dəyişməz qalıb. Bu gün ölkəmizdə notarial qaydada təsdiqlənən etibarnamələr əmlak üzərində mülkiyyət hüququ yaratmasa da, avtomobilləri bu sənədlə idarə edənlərin sayı getdikcə artır.
Etibarnamə tələbinin ləğvi MM-ə tövsiyə olunub
Respublikamızda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Bildirilir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.
Dünya təcrübəsi nə deyir?
Hazırda dünya miqyasında əmlak sahibi olmayan insanların avtomobilləri etibarnamə ilə idarə etmələri təcrübəsinə çox az rast gəlinir. İnkişaf etmiş əksər ölkələrdə bundan birdəfəlik imtina olunub. Respublikamıza yaxın coğrafiyada - MDB məkanına daxil olan ayrı-ayrı ölkələr də əmlak sahibi olmayan vətəndaşların avtomobilləri etibarnamə ilə idarə etmək tələbi ilə vidalaşıblar.
Azərbaycanda isə bu tələb hələ də qüvvədədir. Konstitusiya Məhkəməsinin qərarında da bildirildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Etibarnamələr kimə verilir?
Respublikamızda etibarnamələr əmlak sahibi olmayan vətəndaşlara əsasən üç halda verilir. Bunlar aşağıdakılardır:
- Əmlak sahibi ona məxsus olan avtomobili idarə etmək üçün ailə üzvlərinə, yaxın qohumlarına etibarnamə verir.
- Bu gün respublikamızda avtomobillərin, xüsusilə də “ikinci əl” avtomobillərinin etibarnamə əsasında alqı-satqısının həyata keçirilməsi praktikası geniş yayılıb. Əksər hallarda bazar iştirakçıları öz aralarında sövdələşərək prosesi asanlaşdırmaq üçün alqı-satqını etibarnamə əsasında həyata keçirirlər.
- Hüquqi şəxslər sahib olduqları avtomobillərin idarəçiliyi məqsədilə öz əməkdaşlarına etibarnamə verir. Xüsusilə də daşıma və taksi fəaliyyəti ilə məşğul olan şirkətlər bundan yararlanırlar.
Tələb niyə hələ də qüvvədə qalır?
Ölkəmizdə müvafiq qurumlar avtomobillərin etibarnamə ilə idarə olunması tələbinin qanunazidd halların aradan qaldırılması baxımından zəruriliyini əsaslandırırlar. Bildirilir ki, etibarnamə tələbinin qüvvədə qalması avtomobillərin oğurlanması kimi cinayətlərin əhatə dairəsinin daha da daraldılmasına öz təsirini göstərir. Digər səbəb kimi sığorta sistemindəki boşluqlar göstərilir. Yollarda qəzaların baş verməsi heç zaman istisna olunmur. Bəs etibarnamə olmayacağı təqdirdə qəzaların yollarada kim - əmlak sahibi, yoxsa avtomobili sadəcə idarə edən şəxs tərəfindən törədildiyinin müəyyənləşdirilməsi uzun bir prosesə çevrilməyəcək ki? Qəza anında sükan arxasında olan sürücünün müxtəlif vasitələrlə məsuliyyətdən yayınmağa çalışacağını da istisna etmək mümkün deyil. İndiyədək avtomobillərin əmlak sahibi olmayan vətəndaşlar tərəfindən etibarnamə ilə idarə edilməsi tələbinin aradan qaldırlması ilə bağlı müzakirələrin yarımçıq dayandırılması da məhz bu kimi amillərlə bağlı olub.
Cəmiyyətin istəyi: Etibarnamə nəyə lazımdır ki?
Bəs Azərbaycan cəmiyyətinin bəhs olunan məsələyə münasibəti necədir? Suala aydınlıq gətirmək üçün paytaxtın ayrı-ayrı məkanlarında qısa sorğu apardıq. Rəyi soruşulan sürücülərin və sükan arxasında olmayan vətəndaşların böyük əksəriyyəti avtomobillərin idarə edilməsi üçün etibarnamə tələbinə lüzum görmədiklərini bildirdilər. Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov etibarnamə tələbinin qüvvədə qalmasının respublikamızın müasir siması ilə uyğunluq təşkil etmədiyinə diqqət çəkib: “Etibarnamələrin ləğvi ilə bağlı məsələ Milli Məclisin plenar iclaslarından birində tərəfimdən qaldırılıb. Bu məsələnin yenidən gündəmə gətirilməsini və müvafiq qanunda dəyişiklik edilməsini vacib hesab edirəm. Bu gün bir çox ölkələrdə avtomobillərin idarəçiliyi üçün etibarnamənin verilməsi tələbi keçmişdə qalıb. Azərbaycan informasiya kommunikasiya texnologiyaların inkişaf etdiyi bir ölkədir. Biz dördüncü sənaye inqilabı dövrünü yaşayırıq. Ölkəmizdə bütün avtomobillər haqqında məlumatlar elektron resurslarda qeydə alınıb, yollarda nəzarət kameraları quraşdırılıb. O cümlədən hərəkətdə olan avtomobillərin harada olduğu barəsində ani olaraq bütün məlumatları əldə etmək mümkündür. Belə olan halda etibarnamə nəyə lazımdır ki?”
Fikirlərinə davam edən Azər Badamov deyib: “Avomobil bir əşyadır. Hətta ata öz oğluna, bacı qardaşa və ya ər arvada avtomobili idarə etmək üçün verirsə, burada etibarnamənin tələb olunması heç bir məntiqə uyğun gəlmir. Əgər kimsə avtomobili oğurlayırsa , o saat onu axtarışa verib yerini müəyyənləşdirmək mümkündür. Avtomobil qaçırılmayıbsa, axtarışa verilməyibsə və bununla bağlı sahibinin müraciəti yoxdursa, onun üzərində etibarnamə ilə əlaqədar tələbin qoyulmasının nə əhəmiyyəti var?. Etibarnamə elektron informasiya resurslarının olmadığı dövürdə avtomobilin sahibini müəyyənləşdirmək üçün lazım idi. Amma bu gün bütün yol polislərində planşetlər var. Onlar hətta avtomobili saxlamadan da onun barəsində məlumatları əldə edə bilirlər. Əgər əmlak sahibi digər bir şəxsə avtomobili canlı olaraq etibar edirsə, bunun üçün notariusa gedib bir kağız parçasının yazılmasının əhəmiyyətinin qalmadığını düşünürəm. Etibarnamə tələbinin ləğvi əlavə sənədləşmənin və insanların notariuslara gedib vaxt və vəsaitlərini xərclənmələrinin də qarşısını alar. Sonda bir daha qeyd etmək istəyirəm ki, bu gün avtomobillərin idarə olunmasına etibarnamə tələbinin qoyulması lazımsız prosedurdur və bu tələb ləğv olunmalıdır”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

