Avtomobillərin utilizasiyası...
29.07.2023 [12:30]
Prosedur müəyyənləşdi
2024-cü il sentyabrın 1-dən...
Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur.
2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu məqsədə çatmağın yollarından biri şübhəsiz ki, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdır. Ona görə də ölkəmizdə köhnə avtomobillərin utilizasiyası xüsusi aktuallıq kəsb edir.
Yeri gəlmişkən, avtomobillərin utilizasiyaya verilməsi proseduru müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Avtomobili utilizasiyaya bu şəxslər verə bilər...
Qanuna əsasən, nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:
- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs.
- aşağıdakı nəqliyyat vasitələri üzrə “Yol hərəkəti haqqında” Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar.
- Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən.
- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Tələb olunan sənədlər
Qeyd edək ki, nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb edilir:
- nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
- nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
- fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Sənədlərdə uyğunsuzluq olarsa...
Avtomobillər utilizasiyaya verilərkən təqdim olunan sənədlərdə hansısa çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən sənədlərdə çatışmazlıq və ya uyğunsuzluq olmadıqda isə utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt tərtib olunur və aktda aşağıdakılar göstərilir:
- nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat;
- nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları;
- nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar; güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.
İki iş günü müddətində...
Qeyd edək ki, akt ciddi hesabat blankıdır və üç nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir. Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra iki iş günü müddətində utilizator tərəfindən qanunun tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və üç nüsxədə tərtib edilir.
Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən üç iş günü müddətində operatora göndərilir.
Avtomobilin utilizasiyası üçün ərizənin, təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yanqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.
Utilizasiya üzrə operator
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən avtomobilin utilizasiyası üzrə operator müəyyən edilir. Operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:
- nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması;
- utilizatorların reyestrinin aparılması, saxlanılması və ona nəzarət;
- yazılı məlumatların alınması;
- təsdiqedici sənədlərin uçotunun aparılması.
Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz. Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana yazılı məlumat verir.
Güzəştlərin tətbiqi...
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini isə qanunda nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər, yəni utilizatorlar və digər şəxslər həyata keçirə bilər. Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.
Qeyd edək ki, Qanunun bu müddəaları 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40

