Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gözümüzün nurunu alan linzalar

Gözümüzün nurunu alan linzalar

08.06.2023 [11:28]

Kor ola bilərsiniz...

“Gözəllik qurban tələb edir” deyiblər. Məhz bu deyimdən ilhamlanan xanımların əksəriyyəti gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bir çox plastik əməliyyatlar, gözəllik salonlarında keçirilən zaman, kosmetoloji prosedurlar və.s. xanımların gözəl və fərqli görünmək üçün əl atdıqları digər üsul kontakt linzalardan istifadədir. Linzalar gözlərin rəngini dəyişməklə yanaşı, onlara şəffaf, parıltılı görünüş də verir. Zaman keçdikcə linzaların orqanizmə vurduğu zərərlər də ortaya çıxır. Belə ki, kor-koranə istifadə edilən linzalar ciddi göz xəstəliklərinə səbəb olur.

Göz paraziti

Bir neçə il öncə dünya mətbuatı göz linzaları ilə bağlı maraqlı və qəribə bir məlumat yaymışdı. İngiltərədə yaşayan Eşli Haydın başına təhlükəli hadisə gəlib. 18 yaşlı qız linza istifadə etməyə başladıqdan sonra gözlərində bulanıqlıq və qaşınma başlayıb. Həkimə müraciət edən qıza dəhşətli bir diaqnoz qoyulub-gözünü parazit yeyir! Ətraflı analizlərdən sonra məlum olub ki, parazit gözə linzalar vasitəsi ilə daxil olaraq onun gözündə “akantamoba” adlı infeksiyanı yaradıb. Mikroskopik bir parazit olan “akantamoba” su və hava yolu ilə linzaya yapışaraq gözə daxil ola bilir. Göz bəbəyinə yapışan parazit və süfrələri əməliyyat vasitəsi ilə təmizlənib. Eşli kor olmaqdan son anda qurtulsa da, bu, dünyada hər gün 3 nəfərin linzalar səbəbindən kor olması gerçəyini dəyişmir...

20 manatdan 100 manatadək

Linza növləri arasında ən çox istifadə edilən və təlabat olan kontakt linzalardır. Əslində, onun digər linzalardan fərqi çox deyil. Sadəcə bu linzalar bəbəyin ölçüsündən bir qədər böyükdür və gözün giləsindən əlavə ağ hissəsinin az hissəsini də örtə bilir. Dolayısı ilə göz giləsi daha böyük görünür.

O ki qaldı linzaların qiymətinə, bu, standart deyil. Belə ki, kosmetik linzaların qiyməti 20-30 manat, optik linzanın qiyməti isə 50-100 manat arasındadır. Gözün tibbi cihazla ixtisaslı həkim tərəfindən müayinəsi üçün ödəniləcək məbləği də əlavə etsək, linza pasiyentə ən azı 100 manata başa gəlir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən oftalmoloq-həkim Vəfa Əzizova bildirib ki, linzalar gözlərin rəngini dəyişdiyi, parıltı verdiyi, eynəkləri əvəz etdiyi üçün onlara olan tələbatı daha da artırır: “Eynək taxmağı kompleks edənlər üçün də linzaların varlığı əla fürsətdir. Göz ən həssas orqanlarımızdan biridir. Onun üçün də istifadə etdiyimiz yardımçı vasitələr zamanı da çox diqqətli və ehtiyatlı olmalıyıq. Gözəllik, sağlamlıq üçün istifadə olunursa belə onun  müəyyən saxlama, qorunma qaydaları var ki, onlara əməl olunması mütləqdir. Əks halda bu, sağlamlıq üçün ciddi təhlükədir”.

Həkimsiz linza almayın

Oftalmoloqun sözlərinə görə, estetik məqsədlə istifadə olunan linzalar kompakt, görmə qabiliyyəti üçün istifadə olunanlar isə optik linza adlanır: “Hər bir linzanın müəyyən yararlılıq müddəti olur: günlük, həftəlik, aylıq, 6 aylıq və illik. Linzaları həkim təyin etməlidir. Hər insanın gözünün özünəməxsus keyfiyyətləri var. Ona görə də standart yanaşmaq doğru deyil. Bundan başqa, gözün linza qəbuluna hazır  olması da dəqiqləşdirilməlidir”.

Gözdə qırmızı ləkələr varsa...

Oftalmoloq, həmçinin vurğulayıb ki, bəzi insanlar linzanı bir neçə dəfə taxandan sonra onların gözlərində qızartı, yanma hissləri yaranır: “Bu halda da linzalardan istifadə yolverilməzdir. Linzalar bəzi mikrobları özünə cəlb edir. Bu mikroblar iki gün ərzində çoxalaraq, gözün irinləməsinə səbəb olur. Əgər linza istifadəçisi gözündə qırmızı ləkələr müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir. Çünki bu mikroblar çoxaldığı təqdirdə 24 saata gözdə fəsadlar yarada bilər”.

Soyuqdəymə zamanı ikiqat təhlükə

Həkim linzalardan istifadə zamanı ehtiyat edilməli  bir sıra məqamları da diqqətə çatdırıb: “Taxılma zamanı kontakt linzaların üzərində yığılan zülali maddələr gözdə allergiyaya səbəb ola bilər. Linzaların təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi məhlullar bu maddələri əridir. Kəskin soyuqdəymə xəstəlikləri zamanı linzalardan istifadə etmək tövsiyə edilmir. Məsələ burasındadır ki, bu xəstəliklər viruslar tərəfindən törədilir. Viruslar orqanizmin selikli qişalarında çoxalır. Gözlərimiz də selikli qişa ilə örtülür və bu səbəbdən viruslar gözlərin selikli qişalarında da çoxala bilər. Yumşaq kontakt linzalarına müxtəlif mikroorqanizmlər asanlıqla yapışır. Nəticədə soyuqdəymə xəstəlikləri zamanı linzalar taxan insanda viruslu konyuktivit və hətta keratit inkişaf edə bilər. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da kontakt linzalarla çox diqqətli olmalıdırlar. Bu xəstəlik zamanı sinirlər zədələnir, bədənin bəzi hissələrində həssaslıq azalır, yerli immunitet zəifləyir. Ümumiyyətlə, linzalardan heç bir fayda görməyən insanlar gözlərini və onların sağlamlığını təhlükəyə atmamaq üçün mümkün qədər istifadə etməməlidirlər”.

Göründüyü kimi, kəskin infeksiyalar zamanı linzadan istifadə tövsiyə olunmur. Çünki infeksiyaya məruz qalan xəstələr görmə qabiliyyətini 25 faiz itirə və ya tamam kor ola bilərlər. Ona görə də gözəl və fərqli görünmək uğruna kor-koranə linzalardan istifadə təhlükə mənbəyidir. Gözəl görünmək xatirinə gözlərinizin nurunu itirməyin...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30