Milli brendimiz - “ASAN Xidmət”...
05.04.2023 [10:16]
BMT çərçivəsində təşviq olunur
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən və bu istiqamətdə inamla irəliləyən Azərbaycan özünün müsbət təcrübəsi ilə dünyaya nümunə göstərir. O cümlədən ölkəmizin uğurlu dövlət idarəçiliyi modeli beynəlxalq miqyasda təqdir edilir və öyrənilir. Təsadüfi deyildir ki, aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir ki, qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulublar.
Mübariz ABDULLAYEV
Azərbaycanın dünya üçün “ASAN Xidmət” nümunəsi
Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir. Azərbaycanın vətəndaşlara müxtəlif dövlət xidmətlərinin təqdim olunması zamanı inklüzivliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı qarşıya qoyduğu hədəf odur ki, ölkədə həm qanunçuluq, nizam-intizam, şəffaflıq yüksək səviyyədə təmin edilsin, həm də vətəndaş məmnunluğu artsın. Ölkəmizin qarşıya qoyulan məqsədlərə çatmaq üçün seçdiyi “ASAN xidmət” sistemi bu baxımdan unikal bir platformadır. Xatırladaq ki, respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Hazırda ölkəmizdə 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
“ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. Bu mərkəzlərin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət strukturlarına etimadın daha da möhkəmləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin təmin edilməsidir. Bu prinsiplərə yüksək səviyyədə əməl olunması bütün ölkə miqyasında “ASAN Xidmət” mərkəzlərinə inamı artırıb. Əlamətdar haldır ki, “ASAN xidmət”ə 60 milyonuncu müraciət işğaldan azad olunan və postmüharibə mərhələsində yenidən qurulan Zəngilanda cari ilin fevral ayında qeydə alınıb. Bu müraciət Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkünə Nihat Orucov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. Qeyd edək ki, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 2022-ci il avqustun 4-də fəaliyyətə başlayıb. Burada “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Bütövlükdə, ölkə üzrə vətəndaşların “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətindən məmnunluq səviyyəsi 100 faizə yaxındır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “DOST” mərkəzləri
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində, şəffaflığın artırılmasında müsbət təcrübə kimi özünün doğruldan “ASAN Xidmət” nümunəsinin daha geniş şəkildə yayılması hədəflənib. Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı müvafiq Fərmanla “ASAN communal” mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə “ASAN kommunal” xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər həyata keçirilib. “ASAN Kommunal” mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bundan başqa, dövlət başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 722 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Azərbaycanda vətəndaşlara müxtəlif dövlət xidmətlərinin asan və şəffaf şəkildə təqdim edilməsi üçün yaradılan əlverişli platformalardan biri də “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləridir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST Agentliyi yaradılıb. İndiyədək qurumun 5 DOST mərkəzi yaradılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır. Konsepsiya əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb.
Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Qeyd edək ki, sözügedən mərkəzlərdə ötən qısa dövr ərzində 700 mindən çox vətəndaşa xidmət göstərilib. Verilən məlumatlara görə, 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faizin üzərindədir.
Beynəlxalq səviyyədə yüksək qiymət
Bəhs olunan qətnamənin yekdilliklə qəbul edilməsi və ona çoxlu sayda dövlətin həmmüəllif kimi qoşulması, “ASAN xidmət”in təsis olunması və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir. İndiyədək Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Beynəlxalq əməkdaşlığın coğrafiyası kifayət qədər genişdir. Bunu İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO və UCLG Afrika təşkilatları ilə imzalanmış Anlaşma Memorandumları da təsdiqləyir. 2019-cu ilin iyun ayında Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın (“ASAN Assosiasiyası”) yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq qurumlarının rəhbərləri imzalayıblar. “ASAN Assosiasiyası”nın əsas məqsədi dövlət xidmətləri və onun göstərilməsinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yollarını və vasitələrini müzakirə etmək; dövlət xidmətlərinin göstərilməsi strategiyası və onun həyata keçirilmə çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etməkdir. Son olaraq ötən ilin noyabr ayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum “ASAN xidmət” təcrübəsinin BƏƏ ilə, habelə qarşı tərəfin “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycanla paylaşılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycanın intellektual brendi olan “ASAN Xidmət”in bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi də qürurverici haldır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Sentyabr 22:28

Xəbər lenti
23 Sentyabr 21:49

Xəbər lenti
23 Sentyabr 20:35

Xəbər lenti
23 Sentyabr 20:01

Xəbər lenti
23 Sentyabr 19:59

Xəbər lenti
23 Sentyabr 19:57

Xəbər lenti
23 Sentyabr 19:38

Xəbər lenti
23 Sentyabr 19:19

Xəbər lenti
23 Sentyabr 18:30

Xəbər lenti
23 Sentyabr 18:06

Xəbər lenti
23 Sentyabr 17:44

Xəbər lenti
23 Sentyabr 16:37

İqtisadiyyat
23 Sentyabr 16:36

Xəbər lenti
23 Sentyabr 16:22

Xəbər lenti
23 Sentyabr 16:21

Xəbər lenti
23 Sentyabr 16:18

Xəbər lenti
23 Sentyabr 16:12

Sosial
23 Sentyabr 15:32

Xəbər lenti
23 Sentyabr 15:31

Xəbər lenti
23 Sentyabr 14:33

Xəbər lenti
23 Sentyabr 14:29

Xəbər lenti
23 Sentyabr 14:04

Xəbər lenti
23 Sentyabr 13:27

Xəbər lenti
23 Sentyabr 13:23

Siyasət
23 Sentyabr 13:18

Xəbər lenti
23 Sentyabr 13:06

Xəbər lenti
23 Sentyabr 12:45

Maraqlı
23 Sentyabr 12:36

Xəbər lenti
23 Sentyabr 12:20

İdman
23 Sentyabr 12:08

Xəbər lenti
23 Sentyabr 11:50

Xəbər lenti
23 Sentyabr 11:42

MEDİA
23 Sentyabr 11:40

Analitik
23 Sentyabr 11:32

Siyasət
23 Sentyabr 11:25

Siyasət
23 Sentyabr 11:14

Analitik
23 Sentyabr 11:04

Siyasət
23 Sentyabr 10:55

Siyasət
23 Sentyabr 10:49

Xəbər lenti
23 Sentyabr 10:40

Xəbər lenti
23 Sentyabr 10:35

Xəbər lenti
23 Sentyabr 10:30

Xəbər lenti
23 Sentyabr 10:28

Siyasət
23 Sentyabr 10:25

Xəbər lenti
23 Sentyabr 10:20

Xəbər lenti
23 Sentyabr 10:10

Gündəm
23 Sentyabr 10:00

Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51
