Dövlətin mediaya növbəti dəstəyi
04.04.2023 [10:24]
3 il müddətinə vergilərdən azad olunması medianın iqtisadi imkanlarını artıracaq
Nardar BAYRAMLI
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.
Bu qərar dövlətimizin media sahəsinə növbəti qayğısı kimi dəyərləndirilir. Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də köklü dəyişikliklər yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra baş verdi. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən etibarən qarşıya qoyduğu məqsədlərdən biri də mətbuatın inkişafına əngəl törədən bütün maneələri aradan qaldırmaq idi. Onun 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı.
Senzuranın ləğvindən inkişafa doğru
Senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da, Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı. Senzuranın ləğvindən sonra mətbuatın daha sürətli inkişafına təkan vermək məqsədilə bir-birinin ardınca mühüm qərarlar qəbul olundu. Eyni zamanda, mətbuatın müstəqil inkişafına şərait yaratmaq, bu məqsədlə də mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir sıra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Sərəncam imzalandı.
Ulu Öndərin Azərbaycan mediasına göstərdiyi diqqət və qayğı siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. Prezident bundan sonra da KİV-in maddi-texniki bazasının gücləndrilməsi, jurnalistlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq addımlar atdı.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi.
2021-ci ilin dekabrında Milli Məclis tərəfindən “Media haqqında” yeni qanunun qəbulu da bu sahədə aparılan islahatların göstəricisidir. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verir.
3 il ərzində bu istiqamətdə əməli fəaliyyət göstərmək lazımdır
Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə medianın 3 il müddətinə vergilərdən azad olunması da dövlətin bu sahənin inkişafına diqqətinin növbəti göstəricisidir. Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qəzetimizə açıqlamasında deyib ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir: “Son illər bu sahəyə dəstək məqsədilə atılan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşrilə bağlı qəzet kağızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin bu siyasətinin davamlı xarakter daşıdığının göstəricisidir”. R.Məcid hesab edir ki, media cameəsinin gözləntilərini doğruldan və günün tələblərinə adekvat olan dəyişiklik bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq.
Bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini və müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm də media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir. “İndi isə əsas məsələ qarşıdakı 3 il müddətində bu istiqamətdə əməli fəaliyyət göstərməkdir. Çalışmaq lazımdır ki, bu fəaliyyət medianın vahid orqanizm kimi ölkə iqtisadiyyatında yerinin və mövqeyinin qərarlaşmasına imkan versin. Media subyektlərinin iqtisadi sferada sərbəst təmsilçiliyinin formalaşması onların gəlirlərinin artmasını da şərtləndirər, nəticədə redaksiyaların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaşdırması baxımından müsbət dinamikaya nail olunar”, - deyə Mətbuat Şurasının sədri vurğulayıb.
Perspektivdə yalnız pozitivlər görünür
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, bu yenilik media orqanlarına öz iqtisadi mənbələrini tədricən qrant və ianələrdən reklama və özəl fəaliyyətlərin üzərinə keçirmək imkanı qazandıracaq. Bu da daha çox iqtisadi müstəqillik deməkdir. Onun fikrincə, daha böyük hədəfimiz odur ki, medianın iqtisadi təminatlılığı müxtəlif, çoxsaylı və alternativ mənbələrə söykənsin: “Bu halda medianın müstəqilliyi daha möhkəm və davamlı xarakter ala bilər. Prezidentin vergi islahatında əsas məqsədlərdən biri budur: medianın iqtisadi təminat mənbələrinin biri dövlətdirsə, müstəqil mənbələrin timsalında yeni təminatlar da yaradılsın. Medianın vergilərdən azad edilməsinin bütün mümkün nəticələrini sözsüz ki, bu başdan tam görmək mümkün deyil. Bu, büsbütün praktik zəminli prosesdir və onun mümkün nəticələri zaman-zaman üzə çıxacaq. Hazırda tam və dəqiq məlum olan odur ki, indiki media-vergi islahatının heç bir halda mənfi nəticəsi olmayacaq və perspektivdə yalnız pozitivlər görünür. Bu islahatın media orqanları və əməkdaşlar üçün bir şans olduğunu nəzərə alsaq, 3 ildən sonra ən pis halda bu şansın hansısa hissəsini buraxmağımızdan və ya ondan yetərli bəhrələnə bilməməyimizdən məyus ola bilərik. Ancaq inanıram ki, qarşıdakı üç ildə dövlətin və medianın səylərini bir arada tuta bilsək, heç bir şans itkisi ilə üzbəsurət qalmayacağıq”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Sentyabr 22:28

Xəbər lenti
23 Sentyabr 21:49

Xəbər lenti
23 Sentyabr 20:35

Xəbər lenti
23 Sentyabr 20:01

Xəbər lenti
23 Sentyabr 19:59

Xəbər lenti
23 Sentyabr 19:57

Xəbər lenti
23 Sentyabr 19:38

Xəbər lenti
23 Sentyabr 19:19

Xəbər lenti
23 Sentyabr 18:30

Xəbər lenti
23 Sentyabr 18:06

Xəbər lenti
23 Sentyabr 17:44

Xəbər lenti
23 Sentyabr 16:37

İqtisadiyyat
23 Sentyabr 16:36

Xəbər lenti
23 Sentyabr 16:22

Xəbər lenti
23 Sentyabr 16:21

Xəbər lenti
23 Sentyabr 16:18

Xəbər lenti
23 Sentyabr 16:12

Sosial
23 Sentyabr 15:32

Xəbər lenti
23 Sentyabr 15:31

Xəbər lenti
23 Sentyabr 14:33

Xəbər lenti
23 Sentyabr 14:29

Xəbər lenti
23 Sentyabr 14:04

Xəbər lenti
23 Sentyabr 13:27

Xəbər lenti
23 Sentyabr 13:23

Siyasət
23 Sentyabr 13:18

Xəbər lenti
23 Sentyabr 13:06

Xəbər lenti
23 Sentyabr 12:45

Maraqlı
23 Sentyabr 12:36

Xəbər lenti
23 Sentyabr 12:20

İdman
23 Sentyabr 12:08

Xəbər lenti
23 Sentyabr 11:50

Xəbər lenti
23 Sentyabr 11:42

MEDİA
23 Sentyabr 11:40

Analitik
23 Sentyabr 11:32

Siyasət
23 Sentyabr 11:25

Siyasət
23 Sentyabr 11:14

Analitik
23 Sentyabr 11:04

Siyasət
23 Sentyabr 10:55

Siyasət
23 Sentyabr 10:49

Xəbər lenti
23 Sentyabr 10:40

Xəbər lenti
23 Sentyabr 10:35

Xəbər lenti
23 Sentyabr 10:30

Xəbər lenti
23 Sentyabr 10:28

Siyasət
23 Sentyabr 10:25

Xəbər lenti
23 Sentyabr 10:20

Xəbər lenti
23 Sentyabr 10:10

Gündəm
23 Sentyabr 10:00

Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51
