Fərdi evlərə tələbat çoxalıb
23.02.2023 [10:37]
10 minlik artım...
Yeganə BAYRAMOVA
Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə fərdi evlərə tələbat artıb. Nəticədə həyət evlərinin qiymətində müəyyən artımlar müşahidə edilir.
1 ildə 8 faiz artım
Ümümiyyətlə, Azərbaycanda son bir ildə mənzil qiymətlərində 8 faiz artım var. Mərkəzi Bankın “2022-ci ilin yanvar - dekabr ayları üzrə pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar yer alıb. İcmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nəzərən 8 faiz artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2, təkrar mənzil bazarında isə 8 faiz yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2022-ci ildə istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib. Bu da 2021-ci ilin göstəricisindən 24.8 faiz çoxdur. Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925.4 milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 5.8 faiz azdır.
10-15 min manat bahalaşma
Maklerlər də fərdi yaşayış evlərində bahalaşma olduğunu təsdiqləyirlər. Suraxanıda ev alqı-satqısı ilə məşğul olan Əli Orucov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, zəlzələdən sonra nəinki fərdi evlərin qiyməti bahalaşıb, hətta evini satmaq üçün müraciət edənlərin çoxu fikrindən daşınıb. O, fərdi yaşayış evlərinin qiymətində zəlzələdən sonra 10-15 min manatdan çox bahalaşma olduğunu bildirib. Ə.Orucovun sözlərinə görə, ev tikintisi ilə məşğul olan şəxslər əvvəl fərdi yaşayış evlərini 38-45 min manata satışa qoymuşdularsa, bu qiymət zəlzələdən sonra 55-57 min olub.
Yeni tikili binalarda mənzillərin qiymətinə gəlincə, makler qeyd edib ki, ilin əvvəli artım olsa da, hazırda qiymətlər stabildir.
Həyət evlərini bahalaşdıran səbəblər
Əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, adətən həyət evlərinə tələbat aprel-may ayından başlayırdı. Zəlzələ isə bu prosesi bir qədər tezləşdirib. Ekspert qeyd edib ki, bu bahalaşma yay boyu davam edə bilər: “Eyni zamanda, tikinti materiallarının da qiyməti bahalaşıb. Bu amil fərdi yaşayış evlərinin qiymətində bahalaşmaya səbəb olmuşdu. Digər tərəfdən, şəhərin mərkəzi hissələrində həyət evlərinin söküntüsü davam edir. Bu da fərdi evlərə təlabatı artırır. Bütün bunlarla yanaşı, zəlzələnin baş verməsi fərdi yaşayış evlərinin qiymətlərində artıma səbəb olub”.
Qiymət artımı nə vaxtadək davam edəcək?
E.Fərzəliyev bildirib ki, insanlar Türkiyədə baş verən zəlzələdən sonra təhlükəsizlik məqsədi ilə fərdi yaşayış evi almağa üstünlük verirlər: “Azərbaycanda fərdi evlərə marağın artması müvəqqəti amildir. Bu amilin təsirləri isə qısamüddətli olacaq. Psixoloji məqamlarla əlaqədar son iki-üç ay ərzində fərdi yaşayış evlərinə maraq artacaq. Bu da, eyni zamanda, fərdi yaşayış evlərinin qiymətinə təsir edə bilər”.
Ekspertlər bahalaşmaya səbəb kimi yalnız Türkiyədə baş verən zəlzələni göstərmirlər. Belə ki, ötən ilin əvvəlindən tikinti materiallarının qiymətinin artması və 2020-ci ildən evlərin tikintisi ilə məşğul olanların əlavə dəyər, mənfəət vergisinə cəlb edilməsi də bahalaşma səbəbi kimi qeyd olunur.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33

