Ətraf mühitin çirkləndirilməməsi üçün vacib ADDIM
19.11.2022 [10:21]
Hibrid avtomobillərin sayı artmalıdır
Yeganə BAYRAMOVA
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev məlumat verib. O, bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı hibrid avtomobillərlə bağlı ƏDV-lərin güzəşt müddətinin uzadılmasının təqdirəlayiq olduğunu söyləyib. Ekspert qeyd edib ki, son illər hibrid avtomobillərlə bağlı güzəştlər, demək olar ki, bütün dünya ölkələrində kütləvi hal alıb: “İnsanların idarə etdiyi avtomobillərin ətraf mühitə daha az zərər vurması, ümumiyyətlə, zərər vurmaması üçün bir çox addımlar atılır. Hibrid avtomobillər yanacağa qənaət, eyni zamanda ətraf mühitə zərərli maddələrin buraxılmaması üçün əhəmiyyətlidir. Bu baxımdan bir çox Avropa ölkələrində də hibrid avtomobillərindən istifadə artırılır ki, heç olmasa havadakı çirkənlənmənin, ətraf-mühitin zəhərlənməsinin qarşısı alınsın. Azərbaycanda da bu sahədə addımlar atılmaqdadır.
Cənab Prezidentin 2018-ci ilin dekabr ayında imzaladığı “Dövlət Proqramı”nda ətraf mühitin çirkənməsinin qarşısını almaq və hibrid avtomobillərin ölkəmizə gətirilməsini genişləndirmək nəzərdə tutulmuşdu. Bu proqramdan irəli gələrək addımlar atılır. İlkin mərhələdə belə addımlardan biri hibrid avtomobillərlə bağlı ƏDV-lərin güzəşt müddətinin artırılması oldu”.
E.Muradlının sözlərinə görə, pandemiyanın təsirindən hibrid avtomobillərin ölkəmizə gətirilməsi sahəsində geniş addımlar atıla bilmirdi, çünki pandemiya maşın bazarına da ciddi təsir göstərmişdi: “Hökumət də bunları nəzərə alıb və bu sahədə müvafiq addımları atmağa davam edir. Hibrid avtomobillərinin sayı artırılmalıdır ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq mümkün olsun. Məlumdur ki, ətraf mühitin çirklənməsi insanların, ümumilikdə, genefondumuzun sağlamlığı üçün vacibdir. Dövlətimiz vətəndaşların sağlıq durumu üçün vəsaitlər xərcləyir. Ona görə də bu sahədə müvafiq addımlar atmaq üçün ilk növbədə ətraf mühiti çirkləndirən avtomobillərdən yox, hibrid avtomobillərdən istifadə genişləndirilməlidir. Bütün dövlətlər bunun üçün addımlar atır. BMT-nin dünya ölkələrinə, o cümlədən Azərbaycana müraciətləri olub. Azərbaycan da dünyanın bir parçası və söz sahibi olan ölkələrdən biridir. Bu baxımdan biz də həmin çağırışlara qoşulmalı, dünyada gedən proseslərə diqqət yetirməliyik. Ona görə də hibrid avtomobillərlə bağlı ƏDV-lərin güzəşt müddətinin uzadılması olduqca təqdirəlayiq haldır”.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

