“Fake” xəbərlər kütləvi tirajlanmasın deyə...
05.08.2022 [10:35]
İlkin mənbədən doğru informasiya çatdırılmalıdır
Yeganə BAYRAMOVA
İnformasiya hər bir ölkədə strateji bir üstünlük və silahdır. Dövlətlərarası və daxili münaqişələrdə tərəflər məhz bu tip hibrid silahlardan istifadə edir, insanların davranışlarına və psixoloji durumlarına hədəflənmiş həmlələri həyata keçirirlər. Hazırda internet məkanında informasiya müharibəsinin psixoloji silahlar qrupuna aid olan saxta xəbərlərin müxtəlif forma və metodlarına rast gəlinir. Bunlar qara piar, dezinformasiya, saxta məlumat, qeyri-dəqiq xəbərlər, tarixi gerçəkliklərin saxtalaşdırılmasıdır. Saxta xəbərlər yeni bir şey deyil. Amma doğru və ya yalan məlumatların kütləvi miqyasda yayılması indiki dövrdə çox asanlaşıb. Saxta xəbərlər əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. “YouTube”, “İnstagram”, “Twitter”, “Facebook”, “Whatsapp”, “Snapchat” kimi sosial media platformaları demək olar ki, hər kəsə düşüncələrini, fantaziyalarını və ya hekayələrini bölüşməyə imkan verir. Milyonlarla istifadəçisi olan bu sosial platformalar sanki dövlət içində bir dövlətdir və ictimai fikirlərdə təsir gücünə sahibdir. Artıq bir çox ölkələr internetdən və sosial şəbəkədən gələn informasiya risklərini idarə etmək üçün fərman və sərəncamlar hazırlayırlar, qanunvericilikdə müvafiq dəyişikliklər edirlər.
Hazırda ən ciddi və əsas problemlərdən biri insanların internetdə gördükləri məlumatların mənbəyini yoxlamadan paylaşmalarıdır. Bu da saxta xəbərlərin tez bir zamanda yayılmasına, hətta kütləviliyə, insanlar arasında çaxnaşmaya, ajiotaja, psixoloji manipulyasiyaya səbəb ola bilir.
Son günlər Laçında baş verən hadisələr, “Qisas” əməliyyatının başlaması yenidən fake xəbərlərin, qeyri-dəqiq informasiyaların çoxalmasına şərait yaratdı. Təəssüf ki, bəzi media orqanı rəsmi olmayan və aidiyyəti qurumların mövqeyinə zidd olan xəbərlərin tirajlanmasına yol verir. Bəzi internet saytlarında əsasən erməni mediasında yayımlanan dezinformasiyalar çoxluq təşkil edir. Təbii ki, bu da ilk növbədə dövlətin siyasətinə zidd olan addımdır.
Avqustun 3-də Müdafiə Nazirliyinin brifinqində Nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov da sözügedən məsələyə toxunub. Onun sözlərinə görə, Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq əməllərindən əl çəkmir və feyk məlumatlar yayırlar.
Nazirlik rəsmisi qeyd edib: “Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik”.
Xatırlatma:
44 günlük Vətən müharibəsində də əsası olmayan və qeyri-dəqiq informasiyalar mediada yer alırdı. Müharibə zamanı informasiya sahəsində düşmən təxribatlarının, insanlar arasında çaşqınlıq və ajiotaj yaratmaq məqsədi güdən yalan xəbərlərin, hərbçilərimizin olduğu mövqelər haqqında məlumatların, Azərbaycan Ordusuna məxsus müxtəlif hərbi texnikanın hərəkəti və dislokasiyası, həmçinin döyüş əməliyyatları zamanı çəkilmiş video və fotomaterialların qarşısını almaq məqsədilə ölkə ərazisində haqlı olaraq internetə giriş məhdudlaşdırılmışdı. Təbii ki, əsas məqsəd hərbi və dövlət sirrinin qorunmasını təmin etmək idi.
Müharibə bitsə də sülh müqaviləsinin imzalanmaması, hələ də revanşist xəyallarla yaşayan Ermənistanın təxribatlar törətməsi, qeyri-ciddi mənbələr tərəfindən “məlumatlar” yayılsa belə istənilən “fake news”dan əleyhimizə istifadə edilməsi ehtimalı hamımızdan məsuliyyətli olmağı tələb edir. Reytinq naminə hamımızın həssas yerimiz olan Qarabağla bağlı yalan məlumatların, görüntülərin paylaşılması qəti şəkildə yolverilməzdir. Utancvericidir ki, Azərbaycanda kifayət qədər mühüm məsələlər ilə məşğul olan Baş Prokurorluq, Müdafiə Nazirliyi kimi rəsmi qurumlar bununla bağlı xəbərdarlıq etməli olurlar. Ancaq kimlərsə bir az artıq oxunma sayı yığmaq və “like”almaq naminə yalandan “ordumuz filan yerə girdi”, “filan qədər yaralılar var” kimi saxta xəbər tirajlamağa davam edirlər. Maraqlıdır, belə ciddi mövzularda anlayışlı və məsuliyyətli vətəndaş olmaq bu qədərmi çətindir?
“Fake news”ları yalnız qeyri-peşəkarlar yaymır
Hüquqşünas Ələsgər Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, saxta xəbərlərlə mübarizənin ən yetkin yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır: “Ümumiyyətlə, saxta xəbərlərin geniş yayılması xüsusilə son texnologiyanın inkişafı ilə bağlıdır. Çünki bundan illər öncə sadəcə peşəkar media etik standartlar və hüquq çərçivəsində fəaliyyət göstərirdisə, indi artıq “2.0 web texnologiyası” ilə hər kəs yayıcı ola bilir. Bu, hər kəsin yayıcı olması, həm də qeyri-peşəkarların və ya məqsədli şəxslərin saxta xəbərləri tirajlaması deməkdir. Amma bütün bunlar sadəcə saxta xəbərləri qeyri-peşəkarlar tirajlayır anlamına gəlmir. Hazırda peşəkarların da saxta xəbər tirajlaması faktları çox geniş yayılıb. Buna qarşı mübarizənin ən təsirli yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır. Hansı halda saxta xəbərə yer verilir? İnformasiya vakuumu. İnformasiya vakuumunu aradan qaldırmadan saxta xəbəri önləmək olmaz. Saxta xəbər təbii ki, müəyyən mənada yenə yayılacaq. Amma çox cüzi şəkildə yayıla bilir. Dərhal saxta xəbərlə paralel surətdə doğru xəbər də yayıla bilir. Ona görə informasiya vakuumu bilavasitə saxta xəbər üçün münbit şərait deməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

