Sökülən evlərin “tikilmiş” qiymətləri...
03.08.2022 [10:35]
Normativ hüquqi aktlar gözlənilirmi?
Yeganə BAYRAMOVA
Son illər Bakının siması dəyişməyə başlayıb. Paytaxtda böyük abadlıq və quruculuq işləri görülür, infrastruktur layihələri həyata keçirilir, son illər isə xeyli sayda hündürmərtəbəli yaşayış binaları tikilib. Bu binalar əksər hallarda köhnə, istismar müddəti çoxdan başa çatmış 1-2 mərtəbəli fərdi evlərin sökülməsi hesabına inşa edilib və proses hələ də davam edir. Təcrübə göstərir ki, köhnə evlərin sökülməsi, oradan yaşayanların köçürülməsi, vətəndaşlara yeni tikilən binalardan mənzillər verilməsi prosesi heç də asanlıqla getmir. İnsanlarla sahibkarlar arasında narazılıq yaranır.
Müxtəlif özəl tikinti şirkətləri pilot layihə çərçivəsində bu binaları sökərək, yerində müasir tələblərə cavab verən çoxmərtəbəli binalar tikir, köçürülən sakinləri mənzillə təmin edir, qalan mənzillər satışa çıxarılır. Lakin bu işlərin aparılmasında vətəndaşlarla tikinti şirkəti arasında bəzən anlaşılmazlıq və müəyyən çətinliklər yaranır. Bu anlaşılmazlıq isə adətən vətəndaşların qanunvericilikdən xəbərsiz olması ilə əlaqəlidir. Məsələn, vətəndaşın söküləcək evinin kvadrat metrinə görə təklif edilən məbləğ problemlərə səbəb olur. Bir qrup şəxslər tikinti şirkətlərin?? təklif etdiyi məbləği məqbul hesab edir və razılaşır, digərləri isə əksinə, təklif olunan məbləğin az olduğunu deyirlər. Beləliklə, vətəndaşlar arasında tarazlıq pozulur, problemlər yaranır.
Bakıda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?
Sualımızı cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Azərbaycan”a bildirib ki, istismar müddətini bitirmiş binaların sökülməsi zamanı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaşanan narazılıqlar daşınmaz əmlak bazarının ən aktual problemlərindəndir: “Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib. Bakıdakı köhnə binaların böyük əksəriyyəti istismar müddətini bitirib. Tikinti şirkətləri isə harada geniş həyəti olan binalar varsa, onları sökməyə başladılar. Bu səbəbdən istismar müddətini bitirmiş binaların söküntüsü dayandı. Növbəti mərhələdə sırf qəzalı vəziyyətdə olan, yəni Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qəzalı olduğu qeydə alınan binaların söküntüsünə icazə verilməsinə başlanıldı. Bakıda qəzalı vəziyyətdə təkcə çoxmənzilli yaşayış binası deyil, fərdi həyət evləri də var. Təbriz küçəsində, Yasamalda, “Papanin” kimi tanınan ərazidə yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir. Bunların sökülüb əvəzinə hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub”.
Vətəndaşlar tikinti şirkətinə inanmır
Ekspertin sözlərinə görə, köhnə binaların sökülməsi zamanı yaşanan problemlərin ilkin səbəbi vətəndaşın tikinti şirkətinə inanmamasıdır: “Köhnə binaları sökmək üçün tikinti şirkəti vətəndaşla danışıq aparır. Bu zaman əksər hallarda vətəndaşlar tikinti şirkətlərinə inanmır. Burada vətəndaş müəyyən qədər haqlıdır. Köhnə binaların söküntüsü ilə bağlı tikinti şirkətləri aidiyyəti dövlət qurumlarından bütün sənədləri alırlar. Sənədlər toplanmasa, binanın qəzalı olması barədə FHN-nin rəyi olmasa, tikintiyə icazə verilməsə, köhnə binanı söküb yenisini tikmək olmur. Şirkətlərin ən böyük səhvi odur ki, vətəndaşları o sənədlərlə tanış etmirlər. Hesab edirəm ki, bina qəzalıdırsa və sökülüb yenisi tikilməlidirsə, onun qəzalı olması, binanın sərəncamı, layihəsi ilə bağlı bütün sənədlər toplanıbsa, aidiyyəti dövlət qurumları tərəfindən bu icazələr verilirsə, vətəndaşlarla tikinti şirkətləri deyil, həmin dövlət qurumlarının nümayəndələri danışıq aparmalıdır. Həmin nümayəndə vətəndaşa bildirməlidir ki, biz dövlət qurumu olaraq bu binanın sökülməsi ilə bağlı qərar vermişik və zəmanət veririk ki, bu bina filan tarixdə söküləcək, filan tarixdə yenisi sizə təhvil veriləcək. Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır. Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər. Çünki bu proses sakinlər üçün də faydalıdır. Belə ki, onlara yeni binadan və əvvəlkindən daha dəyərli və daha yaxşı təmirli mənzil veriləcək. Bu prosesdə müəyyən kriteriyalar qoyulmalıdır. Hansı mənzilin əvəzində konkret olaraq neçə kvadrat sahəli mənzilin veriləcəyi müəyyən edilməlidir”.
E.Fərzəliyev vurğulayıb ki, Bakıda elə binalar var ki, sakinlərinin bir hissəsi köçüb, amma bir neçə sakin köçməyib deyə binanın söküntüsü aparıla bilmir: “Tikinti şirkəti həmin köçən sakinlərə məcburi kirayə pulu ödəyir. Digər tərəfdən, şirkət onlar qarşısında öhdəlik götürür ki, müəyyən müddətə bina tikilib sizə təhvil veriləcək. Amma digər sakinlərin binadan köçməməsi tikinti şirkətinin götürdüyü öhdəliyi pozur. Bir də görürsən, aradan 4 il keçir amma sakinlər evlərinə köçə bilmirlər. İstismar müddətini bitirmiş binaların və həyət evlərinin sökülməsi prosesinin sürətlə getməsi üçün dövlət qurumları addım atmalıdır. Tikinti şirkətlərində bu söküntüyə maraq olmasa, həmin binanı sökən olmayacaq və bu qəzalı binalar daha da qəzalı vəziyyətə düşəcək, təhlükə mənbəyinə çevriləcək”.
“Lux Recidence” tikinti şirkətinin əməkdaşı Kənan Dəmirov isə söyləyib ki, binaların sökülməsi prosesində vətəndaşların məmnunluğu ön planda olmalıdır: “Şirkət olaraq vətəndaşların mənzili faktiki olaraq neçə kvadratdırsa, söküntü işləri aparılandan sonra həmin şəxsə verilən mənzilə 20-30 faizə kimi güzəştlər edirik. Əlimizdən gəldiyi qədər mənzil sahiblərinin hüququnu qoruyuruq. Kompensasiyalar verilən zaman da mənzilin faktiki sahəsi neçə kvadratdırsa, ona uyğun məbləğ verilir. Hazırda bazar iqtisadiyyatında hər şey danışıqlardan asılıdır. Ümumilikdə isə mənzillərin bir kvadrat metri üçün 1500, 2000, 2500 manat təklif edilir”.
K.Dəmirovun sözlərinə görə, bu günə qədər vətəndaşlarla aralarında hansısa anlaşılmazlıq olmayıb: “Şirkət olaraq hər hansı bir məhkəmə prosesi ilə qarşılaşmamışıq. Çünki heç bir vətəndaşı incitməmişik, bütün proses razılaşma ilə aparılıb. Şirkət və vətəndaş arasında müqavilə bağlanır və bu müqavilədə müəyyən razılaşmalar olur, kirayə pulu təqdim edilir. Heç bir şirkət istəməz ki, adı məhkəmələrdə hallansın. Lakin bir də görürsən ki, bəzi sakinlər mənzilin bir kvadratı üçün 4-5 min manat istəyir, bu isə analoqu olmayan qiymətlərdir. Məsələn, olub ki, bir ərazidəki sakinlərin 80 faizini köçürmüşük ancaq iki nəfərə görə proses ləngiyib. Şirkət olaraq əsas hədəflərimizdən biri insanların mənzillərinə tez köçməsini təmin etməkdir. Təmir vaxtı vətəndaşların da istəyini nəzərə alırıq, istifadə etdiyimiz materiallardan hansını istədiyini öyrənirik”.
K.Dəmirov qeyd edib ki, şirkət olaraq binaların sökülməsi prosesində rayon icra hakimiyyətləri ilə müqavilə bağlayırlar: “Nazirlər Kabinetinin qərarı ilə pilot layihəni həyata keçiririk. Rayon icra hakimiyyətləri ilə müqavilə bağlayırıq ki, vətəndaşlara yeni mənzil verəcəyik və mənzil neçə kvadratdırsa, 15, 20, 30 faiz güzəşt olunacaq. Sakinlərin kirayə pulunu yüksək səviyyədə verməyə çalışırıq. Məsələn, 4 otaqlı mənzildə 2 ailə yaşayırdısa, həmin sakinlərə daha yüksək məbləğdə kirayə pulu veririk”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

