Prezidentin Fərmanı ilə
03.08.2022 [10:20]
Orqan transplantasiyası yeni mərhələyə qədəm qoyur
Günel ABBASOVA
Orqanların transplantasiyası insan həyatının xilası deməkdir. Hələ eramızdan əvvəl mütəxəssislər bununla bağlı çalışmalara başlayıblar. Zaman keçdikcə bu çalışmalar və yeni üsullar öz təsirini göstərərək proses bütün dünyada yayılıb. Ölkəmizdə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi - bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyudub və onlar transplantasiya ilə məşğul olmayıblar.
Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan və iqtisadi çətinliklər içində boğulan Azərbaycanda səhiyyənin vəziyyəti heç də ürəkaçan deyildi. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyədə dirçəliş başlayıb. Təsadüfi deyil ki, orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da Ulu Öndərin rəhbərliyi dövründə ərsəyə gəlir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.
Bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən orqan donorluğu və transplantasiyasına xüsusi diqqət ayrılır. Bu sahədə atılan addımların, imzalanan fərmanların, qəbul edilən qanunların nəticəsidir ki, Azərbaycan hazırda orqan transplantasiyasında yeni mərhələdədir. Ölkə başçısının avqustun 1-də imzaladığı fərman isə bu sahədə yeni və böyük perspektivlər yaradır.
Prezidentin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilərək Səhiyyə Nazirliyinin vəzifələri artırılıb. Belə ki, Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.
Orqan donorluğu ilə bağlı cəmiyyətdə həm psixoloji məqamlar mövcuddur, həm də bəzi hallarda bu sahədə qanunsuzluq müşahidə olunur. Ölkə rəhbərliyi tərəfindən bu məsələlər də daim diqqət mərkəzində saxlanır və prosesin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Prezident İlham Əliyev tərəfindən İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik edilməsi haqqında imzalanan qanun bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilməsi baxımından olduqca vacibdir.
Milli Məclisin deputatı Musa Quliyev “Yeni Azərbaycan”a dövlət başçısı tərəfindən imzalanan fərman və qanunların əhəmiyyətindən danışıb. Bildirib ki, imzalanan Fərman ölkəmizdə orqan donorluğu və transplantasiya sahəsində inkişafın artırılması baxımından olduqca vacibdir: “Azərbaycanda orqan donorluğu və transplantasiyası ilə bağlı Ulu Öndərin rəhbərliyi dövründə formalaşdırılan hüquqi baza bu gün də təkmilləşdirilməkdədir. Bunun nəticəsidir ki, müxtəlif illərdə orqan transplantasiyası ilə bağlı ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli qanunlar qəbul edilib. Avqustun 1-də cənab Prezidentin imzaladığı fərman və qanunlar həmin sənədlər kateqoriyasındandır. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq imzalanan fərman və qanunlar bu sahədə önəmli perspektivlər vəd edir və ölkəmizin orqan donorluğu və transplantasiyasında irəliləyiş əldə etməsinə nail olacaq”.
M.Quliyev qeyd edib ki, fərmanla həm “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə, həm də “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib: “Bu dəyişikliklərə əsasən Səhiyyə Nazirliyinin və Agentliyin vəzifələri artırılıb. Agentliyin vəzifələri sırasına insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək də əlavə olunub. Dövlət başçısının İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik edilməsi haqqında imzaladığı qanun layihələri də olduqca mütərəqqidir. Bir müddətdir biz bu sahədə qanun layihələrinə müəyyən dəyişikliklərin olduğunu görürdük. Deməli, ölkə rəhbərliyi həm də cəmiyyətin tələbini görür, problemləri duyur və buna uyğun qərarlar qəbul edir.
Sözügedən qanun layihəsində nəzərdə tutulan dəyişikliklərə əsasən, orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək. Qeyd edim ki, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunacaq”.
Deputatın sözlərinə görə, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə də cəzalar tətbiq olunacaq: “Yeni dəyişikliklə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eləcə də insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

